18 Haziran 2014 Çarşamba

Qafqaz Universitetində məzun gecəsi keçirilib


Qafqaz Universitetində məzun gecəsi keçirilib         həftə.az
Qafqaz Universitetində XVII Məzun-2014 Buraxılış gecəsi təşkil edilib. Tədbir Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olan şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi, daha sonra dövlət himninin səsləndirilməsi ilə başladı. 
İlk olaraq çıxış edən universitetin rektoru Ahmet Saniç valideyn və tələbələri təbrik edib. Qonaqları salamlayaraq XVII məzuniyyət proqramına təşrif buyurduqları üçün təşəkkür edib. 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin xeyr-duası ilə qurulan universitetin hal-hazırda dunyanın 68 ölkəsində 4 minə yaxın məzunun olduğunu və həmişə onların xoş sədalarını eşitdiklərini qeyd edib. Onun sözlərinə görə, 16 ay öncə möhtərəm prezidentimiz İlham Əliyevin xeyr-duası ilə Beynəlxalq Təhsil Mərkəzinin qurulması universitetin fəaliyyətinin daha da inkişafına səbəb olub. Məzunları təbrik edən rektor həyatlarının hər dönəmlərində yenilikləri təqib etmələrini özlərini daima inkişaf etdirmələrini tövsiyə edib.
Rektor vurğulayıb ki, bu il universiteti 660 məzun bitirib. Onlardan 170 nəfəri pedaqoji, 60 məzun mühəndislik, 260 məzun iqtisad fakültələrini, 170 məzun magistr pilləsini başa vurub. Bu il isə Qafqaz Universitetinə keçən ilin qəbul planından 128 yer cox ayrılaraq 930 qəbul üçün yer ayrılıb ki, bununda 530 yeri dövlət sifarişi ilə olacaq.
Daha sonra tədbir çərçivəsində bilik müsabiqəsi və olimpiadalarda medal qazanan tələbələrə mükafatlar təqdim edildi. Onlara bu mükafatları beynəlxalq təhsil mərkəzinin idarə heyətinin sədri Xaliq Məmmədov təqdim etdi.
Daha sonra çıxış edən X.Məmmədov bildirib ki, bu gün Azərbaycan müstəqil dövlət olaraq iqtisadi cəhətdən sürətlə inkişaf edir və parlaq gələcək amal uğrunda inamla addımlayır. Təhsilimizin inkişaf etdirilməsinin başlıca məqsədlərindən biri də məhz prezident İlham Əliyevin yürütdüyü siyasətin əsasını təşkil edən neft kapitalının insan kapitalına çevrilməsinə nail olmaqdır. X.Məmmədov məzunlara gələcək həyatlarında uğurlar arzuladı.
Məzun gecəsində fakültə və bölmə birinciləri olmuş tələbələr də mükafatlandırıldı. Onlara bu mükafatları tədbirdə iştirak edən tanınmış ictimai-siyasi xadimlər təqdim etdilər.
Tədbirdə Qafqaz Universitetinin birincisi olmuş məzun Gülnar Ağabalayeva da çıxış edərək, təhsil müəssisəsinin rəhbərliyinə təşəkkür edib. Onun sözlərinə görə, 5 il bundan öncə Qafqaz Universitetini seçməklə, düzgün qərar qəbul edib. Bu illər ərzində yüksək peşəkar kollektivin səyləri nəticəsində dünya standartlarına uyğun biliklər əldə edib: «Mən Qafqaz Universitetinin məzunu olmağımla fəxr edirəm».
Tədbirdə beynəlxalq təhsil mərkəzinin idarə heyətinin sədri Xaliq Məmmədov, beynəlxalq təhsil mərkəzinin təhsil şurasının sədri Ənvər Özərən, millət vəkilləri, Cənubi Koreyanın ölkəmizdəki səfiri,
universitet rektorları, Turkiyənin Hacəttəpə universitetinin professoru, ölkəmizin tanınmış elm adamları məzunların valideynləri və yaxınları iştirak edirdilər.
Tədbirin sonunda universitetin xor dərnəyinin ifasında «Mən azərbaycanlıyam» mahnısının ifası ilə bədii hissə başlanıldı. Universitet tələbələrinin maraqlı ifaları ilə bədii hissə yekunlaşıb.

Bəhruz

“İldən ilə böyüyən ailəmizlə Qafqazdan Dünyaya” adlı məzuniyyət proqramı

“İldən ilə böyüyən ailəmizlə Qafqazdan Dünyaya” adlı məzuniyyət proqramı 168 SAAT1993 ilində  Umummilli Lider  Heydər Əliyevin xeyir duası ilə qurulmuş olan BTM-nin Qafqaz Üniversitetində “İldən ilə böyüyən ailəmizlə Qafqazdan Dünyaya” adlı məzuniyyət proqramı keçirilib.Sayca 17-ci məzununu iş dünyasında təhfil verən universitet indiyədək  dörd minə yaxın məzun verib.Bu il isə 170-i magistr olmaqla 660-nəfər Qafqaz universitetindən məzun olub. Qeyd edimki bu il TQDK tərəfindən keçən ilin qəbul planından 128-yer artırılaraq  530-u Dövlət sifarişi ilə olmaqla ümumilikdə 930 yer ayrılmışdır.

   Məzuniyyət proqramında Millət vəkilləri, Təhsil nazirliyinin nümayəndələri, BTM-nin idarə heyyətinin sədri Xaliq Məmmədov, BTM-nin təhsil şurasının sədri dr. Ənvər Özərən, xarici ölkə səfirləri, universitet rektorları, ölkəmizin tanınmış elm və iş adamları, media nümayəndələri və məzunların valideynləri iştirak ediblər.
       Qonaqları salamlamaqla və məzunları təbriklə çıxışına başlayan BTM-nin Qafqaz universitetinin rektoru  professor Ahmet Saniç universitetin 21 illik fəaliyyətindən, dünyanın 68-ölkəsində təhsilini davam etdirən və iş həyatında fəaliyyət göstərən məzunlardan, qazanılan uğurlardan danışaraq diqqəti bu uğurların memarlarına çəkib.O qeyd edib ki Umummilli Liderimiz Heydər Əliyev onun  xeyr duasi ilə açılmış bu universitetlə həmişə maraqlanmış bu gündə Möhtərəm Prezidentimiz İlham Əliyev bu təhsil ocağına eyni diqqət və qayğıyı göstərir. Məhs onun diqqətinin nəticəsidirki 1 mart 2013-cü ildə Çağ Öyrətim Şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkətinin bir təşkilatı olan Praktical Solution Grup arasında bağlanan müqaviləyə əsasən “Azərbaycan Beynəlxalq Tahsil Mərkəzi İçtimai Birliyi” qurulmuşdur.
   Çıxış edən natiqlər ölkəmizdə belə bir universitetin fəaliyyətindən və məzuniyyət proqramında iştirak etmələrindən qürür duyduqlarını dilə gətirərək məzunlara uğurlar arzulayıblar.
2013-2014-cü tədris ili ərzində Beynəlxalq olimpiadalarda yer tutmuş universitet tələbələri də proqram iştirakcılarına təqdim olunmuş və universitet tərəfindən onlara hədiyyələr verilmişdir.
Tədbir sənətcilərin iştirakı ilə konsert proqramı ilə yekunlaşıb. 

Qafqaz Universitetində məzun gecəsi keçirilib

Qafqaz Universitetində məzun gecəsi keçirilib   525-ci
Qafqaz Universitetində XVII Məzun-2014 Buraxılış gecəsi təşkil edilib. Tədbir Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olan şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi, daha sonra dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə beynəlxalq təhsil mərkəzinin idarə heyətinin sədri Xaliq Məmmədov, beynəlxalq təhsil mərkəzinin təhsil şurasının sədri Ənvər Özərən, millət vəkilləri, Cənubi Koreyanın ölkəmizdəki səfiri,
universitet rektorları, Turkiyənin Hacəttəpə univers itetinin professoru, ölkəmizin tanınmış elm adamları məzunların valideynləri və yaxınları iştirak edirdilər.
İlk olaraq çıxış edən universitetin rektoru Ahmet Saniç valideyn və tələbələri təbrik edib. Qonaqları salamlayaraq XVII məzuniyyət proqramına təşrif buyurduqları üçün təşəkkür edib. 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin xeyr-duası ilə qurulan universitetin hal-hazırda dunyanın 68 ölkəsində 4 minə yaxın məzunun olduğunu və həmişə onların xoş sədalarını eşitdiklərini qeyd edib. Onun sözlərinə görə, 16 ay öncə möhtərəm prezidentimiz İlham Əliyevin xeyr-duası ilə Beynəlxalq Təhsil Mərkəzinin qurulması universitetin fəaliyyətinin daha da inkişafına səbəb olub. Məzunları təbrik edən rektor həyatlarının hər dönəmlərində yenilikləri təqib etmələrini özlərini daima inkişaf etdirmələrini tövsiyə edib.
Rektor vurğulayıb ki, bu il universiteti 660 məzun bitirib. Onlardan 170 nəfəri pedaqoji, 60 məzun mühəndislik, 260 məzun iqtisad fakültələrini, 170 məzun magistr pilləsini başa vurub. Bu il isə Qafqaz Universitetinə keçən ilin qəbul planından 128 yer cox ayrılaraq 930 qəbul üçün yer ayrıl ıb ki, bununda 530 yeri dövlət sifarişi ilə olacaq.
Daha sonra tədbir çərçivəsində bilik müsabiqəsi və olimpiadalarda medal qazanan tələbələrə mükafatlar təqdim edildi. Onlara bu mükafatları beynəlxalq təhsil mərkəzinin idarə heyətinin sədri Xaliq Məmmədov təqdim etdi.
Daha sonra çıxış edən X.Məmmədov bildirib ki, bu gün Azərbaycan müstəqil dövlət olaraq iqtisadi cəhətdən sürətlə inkişaf edir və parlaq gələcək amal uğrunda inamla addımlayır. Təhsilimizin inkişaf etdirilməsinin başlıca məqsədlərindən biri də məhz prezident İlham Əliyevin yürütdüyü siyasətin əsasını təşkil edən neft kapitalının insan kapitalına çevrilməsinə nail olmaqdır. X.Məmmədov məzunlara gələcək həyatlarında uğurlar arzuladı.
Məzun gecəsində fakültə və bölmə birinciləri olmuş tələbələr də mükafatlandırıldı. Onlara bu mükafatları tədbirdə iştirak edən tanınmış ictimai-siyasi xadimlər təqdim etdilər.
Tədbirdə Qafqaz Universitetinin birincisi olmuş məzun Gülnar Ağabalayeva da çıxış edərək, təhsil müəssisəsinin rəhbərliyinə təşəkkür edib. Onun sözlərinə görə, 5 il bundan öncə Qafqaz Universitetini seçməklə, düzgün qərar qəbul edib. Bu illər ərzində yüksək peşəkar kollektivin səyləri nəticəsində dünya standartlarına uyğun biliklər əldə edib: «Mən Qafqaz Universitetinin məzunu olmağımla fəxr edirəm».

Tədbirin sonunda universitetin xor dərnəyinin ifasında «Mən azərbaycanlıyam» mahnısının ifası ilə bədii hissə başlanıldı. Universitet tələbələrinin maraqlı ifaları ilə bədii hissə yekunlaşıb.

http://525.az/site/?name=xeber&news_id=20033

Kafkas Üniversitesi'nden görkemli mezuniyet töreni

Kafkas Üniversitesi
Türk müteşebbislerin desteği ile Azerbaycan’ın başkenti Bakü’de kurulan Kafkas Üniversitesi, 17'inci dönem mezunlarını düzenlenen görkemli törenle uğurladı. Üniversite yerleşkesinde saygı duruşu ve milli marşların okunmasıyla başlayan mezuniyet programına; milletvekilleri, yabancı ülke misyon şefleri, akademisyenler, sivil toplum kuruluşu temsilcileri, iş adamları, öğrenci velileri ve öğrenciler katıldı. Eğitim, mühendislik ve itisadi idari bilimler fakültelerinden 660 öğrencinin diploma aldığı törenin, açılış konuşmasını yapan Kafkas Üniversitesi Rektörü Prof. Dr. Ahmet Saniç, mezun olan öğrencileri ve ailelerini tebrik etti.
Rektör Saniç 1993 yılında kurulan Kafkas Üniversitesi'nin 3 bin 700 öğrenciye eğitim hizmeti verdiğini, kuruluşundan itibaren mezun ettiği 4 binden fazla öğrencinin 68 farklı ülkede üniversitelerini liyakatla temsil ettiğini söyledi. Bölümlerini dereceyle bitiren öğrencilere çeşitli hediyelerin takdim edildiği törende konuşan Azerbaycan Uluslararası Tahsil Merkezi Yönetim Kurulu Başkanı Halik Memmedov da yaptığı konuşmada, üniversitenin dünyada kabul gören bütün uluslararası standartlara uygun eğitim verdiğini söyledi. Ülkenin hem ekonomik hem de devletçilik anlamında süratle geliştiğinin altını çizen Memmedov, söz konusu bu gelişme ile eş zamanlı olarak eğitime de çok önem verildiğini ifade etti. Halik Memmedov, '' Bu gün Azerbaycanlı talebelerin sesi soluğu dünyanın bir çok ülkesinden duyuluyor. Bana göre Kafkas Üniversitesi'nin bu başarıda çok özel yeri var'' dedi.
Daha sonra sahneye davet edilen dönem birincisi Mühendislik Fakültesi Bilgisayar Mühendisliği Bölümü öğrencisi Gülnar Ağabalayeva, yaş kütüğüne plaket çaktı. Cihan Haber Ajansı'na açıklamalarda bulunan Ağabalayeva hem bölüm hem fakülte hem de dönem birincisi olarak mezun olmasından duyduğu mutluluğu dile getirdi. Ağabalayeva kendisi için en büyük mutluluğun dönem birincisi olarak kürsüye çıkmak olmadığını, başarısına kendisi kadar çok sevinen insanlarla birlikte 5 yıl eğitim almak olduğunu söyledi.
Programın sonunda yıl içerisindeki yarışmalarda dereceye giren öğrencilere çeşitli hediyeler verildi. Mezuniyet programı, öğrencilerin seslendirdiği şarkı, folklar gösterileri ve nihayetinde kep fırlatma ile son  buldu.

Tural Bədirxanlı: "Kimin ideyası varsa, saxlamasın, həyata keçirməyə çalışsın"

Twitter azərbaycanlı gəncə 50 milyon dollar ödədi (FOTO)Bu günlərdə Twitter sosial şəbəkəsinin rəhbərliyi 50 milyon dollar ödəyərək “Namo Media” layihəsini satın alıb.
Layihənin 3 həmtəsisçisindən biri hazırda ABŞ-da yaşayan Tural Bədirxanlıdır. 
ANS PRESS onun Azadlıq Radiosuna müsahibəsini təqdim edir.
– Tural bəy, sizi yaxından tanıyaq. Haqqınızda yalnız onu bilirik ki, «Çağ Öyrətim»in Quba liseyini bitirmisiniz və Twitter həmtəsisçisi olduğunuz «Namo Media»nı 50 milyon dollara alıb.
– Qubada doğulmuşam. 6-cı sinifdən sonra Quba Özəl Türk Liseyinə qəbul olunmuşam. Bakalavr və magistr təhsilimi ABŞ-da almışam.
– Azərbaycandan niyə getdiniz?
– Qubada məktəbi bitirəndən sonra xaricdə təhsil almaq istəyirdim. Buna görə getdim ölkədən.
– Bir az «Namo Media»nın yaranma tarixçəsi və nəyi hədəflədiyi barədə bizi bilgiləndirin lütfən. Necə oldu ki, Twitterin diqqətini çəkdiniz?
– İndi banner reklamları mobil reklam bazarında böyük yer tutur. Amma bu reklam növü ilə bağlı xeyli problem də var. İstifadəçilər belə reklamı sevmir, reklamverənlər buna investisiya yatırmaq istəmir və beləcə, öz səhifələrində belə reklamlara yer ayıran «application» sahiblərinin qazancı az olur. İlkin nəticələr «Native Advertising» konsepsiyasının bu problemləri çözəcəyinə böyük ümidlər oyadır. Hamıdan öncə facebook və twitter həmin modeldən öz platformasında yararlanmağa başlayıb. Biz də «Namo Media»nı yaradaraq sözügedən reklam növünü təkcə facebook və twitterə deyil, bütün «application»lərə açdıq. «Silikon Vadisi»nin (San-Fransiskoda bir çox məşhur texnoloji şirkətin yerləşdiyi ərazi) ən öndə gedən investorları - «Google Ventures», «Andreessen Horowitz», «Trinity Ventures» və başqaları «Namo Media»ya 2 milyon dollara yaxın investisiya yatırıblar.
– Niyə məhz informasiya texnologiyaları diqqətinizi çəkdi?
– Kiçik bir qrupun dar zaman içində milyonlarla insanın yararlanacağı bir məhsul ortaya qoyması diqqətçəkən düşüncədir. «Software» (kompüter proqramları) sahəsində bu mümkündür. Məsələn, cəmi 4 ildir fəaliyyət göstərsə də 19 milyard dollara satılan və yarım milyard istifadəçisi olan «WhatsApp»ın yalnız 55 işçisi vardı. Başqa sahələrdə belə tez, hətta dərhal yüksək nəticə qazanmaq imkansızdır. Bir yenilik ortaya qoya bilməkdən ötrü külli miqdarda resursa ehtiyac var. Üstəlik, indi texnologiya artıq həyatımızın danılmaz parçasına çevrilib. Yəqin ki, gələcəkdə bu bağlılıq daha da artacaq. Belə bir vaxtda cəmiyyətə və insanların həyatına təsir edə bilmək baxımından texnologiya çox böyük gücə sahibdir.
– Təhsilinizi bitirəndən sonra nədən Azərbaycana qayıtmadınız?
– İki seçimim vardı - ya Azərbaycana qayıtmalı, ya da «Silikon Vadisi»nə gəlməli və burada dünyanı dəyişdirəcək ideyaların parçası olmalı idim. İkincini seçdim.
– «Namo Media»dan da başqa layihələriniz olub?
– Hə, olub. Amma onlardan heç biri «Namo Media» qədər uğur qazanmayıb.
– «Namo Media»nın satılması xəbərindən sonra facebookda sizin haqqınızda yazdılar ki, Tural Bədirxanlı Azərbaycana qayıtsaydı, uzaqbaşı iri şirkətlərin birində 2 min manatlıq bir işdə çalışacaq və inkişafını dayandıracaqdı. Belə düşünənlər nə dərəcədə haqlıdır? Yəni Azərbaycanda parlaq ideya və peşəkarlara ehtiyac yoxdur?
– Azərbaycan bazarı çox kiçikdir. Bu səbəbdən yalnız yerli bazarı əhatə edən ideyaların çoxu o qədər də maraqlı görünmür (təbii, istisnalar hər zaman var). Azərbaycanda da dünya bazarını hədəfləyən ideyalar üzərində işləmək mümkündür, amma bu zaman bir neçə problemlə üzləşirsən. Birincisi, dünya bazarına uyğun, rəqabətədavamlı məhsulu Azərbaycanda ortaya qoymaq çətindir. Axı bunu edə biləcək təcrübəli adamların sayı azdır. Digər məsələ isə odur ki, investisiya mühitinin darlığı ucbatından Azərbaycanda innovasiya imkanları məhduddur. Məncə, bəzi problemləri çözməkdən ötrü Azərbaycan şirkətlərinə «Silikon Vadisi» ilə inteqrasiya imkanı yaratmaq lazımdır. Yəni «know-how» transferinə ehtiyac var. 
– İndi twitterlə əməkdaşlıq edəcəksiniz. Hansı planlarınız var?
– «Namo Media» alqı-satqı nəticəsində twitterin bir parçasına çevrilib. Bizim məhsul və komanda da twitterlə bütünləşəcək və twitterin bir parçası kimi fəaliyyətimizə davam edəcəyik.
– Əksər azərbaycanlılar üçün 50 milyon dollar çox böyük puldur. Bunu eşidəndə necə qarşıladınız?
– Bu, mənim üçün cibxərcliyidir. Zarafat edirəm, əlbəttə, bu, çox böyük puldur.
– Payınıza düşən vəsaitlə necə davranacaqsınız?
– Düşünürəm ki, bir maşın alım, şəhərdə «yuxarı bazar-aşağı bazar» (Quba bazarlarına işarə edir) deyib sürüm. Zarafat bir yana, hələ ki, bu barədə fikirləşməmişəm.
– İndi sizə milyonçu demək olar?
– Bank hesabıma baxsanız, mənə bəlkə «minçi» deyə bilərsiniz...
– Azərbaycana qayıdacaqsınız?
– Ola bilər. Sonrakı addımlarımı planlaşdırarkən adətən 2-3 il sonrasını düşünmürəm, axı hər şey çox sürətlə dəyişir. Gələcəkdə nə olacağını bilmək çətindir.
– Tural bəy, ideyası aşıb-daşan Azərbaycan gənclərinə nə sözünüz, məsləhətiniz var?
- Məsləhətim budur ki, ideyaları varsa, saxlamasınlar, həyata keçirməyə çalışsınlar. Gerçək inkişaf məhz bu mərhələdə olur. İdeyanı həyata keçirdiyin zaman yeni ideya da doğa və bu ideya əvvəlkindən daha dəyərli ola bilər.
– Twitter Azərbaycanda facebook qədər populyar deyil. Twitterin Azərbaycanda daha geniş yayılmasını nə əngəlləyir?
– Təkcə Azərbaycanda yox, dünyanın bir çox yerində twitter populyar deyil. Twitterin indiki məhsulundan faydalanan özünəxas istifadəçi növü var. Yalnız yeni məhsul dəyişiklikləri ilə bu istifadəçi bazası daha da genişlənəcək. Azərbaycandakı istifadəçi bazası da.
– Sizcə, Azərbaycan təhsil mühiti informasiya texnologiyaları sahəsinə yeniliklər verə bilər, yoxsa bundan ötrü mütləq ABŞ, Avropa təhsil sisteminə və təhsil ortamına ehtiyac var?
– ABŞ və ya Avropa təhsili önəmli deyil. Daha vacibi açıqfikirli olub yaradıcı düşünə bilməkdir. Bunları dünyanın dörd bir yanında olan və fərqli perspektivə sahib insanlarla tanışlıqdan sonra öyrənmək mümkündür.



 Mənbə
ANS PRESS 

Universitet nümayəndələrimiz Azertexnolayn şirkətinin qonağı olub.


Universitet nümayəndələrimiz Azertexnolayn şirkətinin qonağı olub.Karyera Planlama Mərkəzinin təşkilatçılığı ilə universitet nümayəndələrimiz və Azertexnolayn şirkətinin Müdiri Pərviz Qasımov və Koorporativ inkişaf və təlim işləri üzrə aparıcı mütəxəssis Rəfael Salmanzadə arasında görüş keçirilib. Görüş zamanı tələbə və məzunlarımızın bu şirkətdə təcrübə keçmələri, yarımştat və tamştat işlə təmin olunmaları, şirkət gəzintilərinin təşkili və universitetimiz ilə şirkət arasında əlaqələrin inkişafı yolları müzakirə olunub. Görüş sonunda şirkət nümayəndələri əməkdaşlarımızı şirkətin ərazisi və iş prosesi ilə yaxından tanış edib və xatırə şəkili çəkilib. 

http://www.qu.edu.az/az/news/Universitet-n%C3%BCmay%C9%99nd%C9%99l%C9%99rimiz-Azertexnolayn-%C5%9Firk%C9%99tinin-qona%C4%9F%C4%B1-olub-5621.html

12 Haziran 2014 Perşembe

Qafqaz Universiteti 2011 məzunu Vəfa Səfərli: “İş həyat tərzimə çevrilib” – Uğur hekayəsi

“İş həyat tərzimə çevrilib” – Uğur hekayəsi

Vəfa Səfərli: “5-10 il sonra özümü auditoriyada, müəllim olaraq sınamaq istəyirəm”

İş tapmağın ən rahat yolunun universitet, hətta məktəb illərindən müxtəlif dərnəklər və təşkilatlara qoşularaq, onların işində aktiv iştirak etmək olduğunu düşünür. Gənclərə məsləhət görür ki, könüllü işlərdən, başqa sözlə, pul almadan işləməkdən, təcrübə proqramlarında iştirak etməkdən imtina etməsinlər. Deyir ki, universiteti bitirəndən sonra hər hansı gənc işsiz qalırsa, bu, bir çox hallarda tələbənin öz günahı olur. Çünki gənclər iş axtarmağa diplomalarını əldə etdikdən sonra deyil, tələbəykən başlamalıdırlar. Həmsöhbətimiz Azərbaycan Diplomatiya Akademiyasının Kommunikasiya departamentinin rəhbəri Vəfa Səfərlidir.
- Orta məktəbin son sinfini – 12-ci sinfi Amerikada təhsil almısınız. Necə oldu ki, Amerikada oxumağa qərar verdiniz?
- Orta məktəbin 11-ci sinfində oxuduğum zaman qəzetlərin birində Amerika Birləşmiş Ştatlarında bir illik mübadilə proqramı çərçivəsində oxuya bilmək imkanının olduğunu qeyd edən bir elan gördüm. O zamanlar orta məktəbdə, xüsusilə orta məktəb təhsilinin son pillələrində gənclərin beynində bir fikir olur: hazırlıqlar və universitetə qəbul. Belə bir vaxtda Amerikada təhsil almaq kimi fikrim olmasa da, ingilis dili bacarıqlarıma güvəndiyim üçün özümü sınamağa qərar verdim. İmtahanda 800-dən artıq şagirdin namizəd olduğunu gördükdə, bir qədər tərəddüd etdim. Bu qədər namizədin içərisində seçilmək şansımın yüksək olmadığını düşündüm. Amma son nəticə yaxşı oldu və Azərbaycandan ABŞ-ın müxtəlif ştatlarında tələbə mübadiləsində iştirak edən 50 tələbədən biri oldum. 

- Amerikada oxumaq sizə nə verdi, nəyi öyrətdi?
- Amerikada keçirdiyim bir il ərzində insanlar və onların gündəlik həyatlarının, dəyər və inanclarının, maraq dairələrinin tamamilə fərqli ola biləcəyini və bu fərqliliklərin, uyğunsuzluqların əslində çox gözəl olduğunu öyrəncim. ABŞ müxtəlif, fərqli millətlərin bir arada vəhdət şəklində yaşadığı bir ölkə hesab edilir. Bu ölkə həm də tolerantlığın beşiyi sayılır. Mənim birgə yaşadığım ailədə bu müxtəliflik çox gözəl əks olunmuşdu. Alman əsilli amerikan valideynlər Hindistandan olan bir qızı övladlığa götürmüşdülər. Ata fermer, ana isə həkim idi. Bütün bunlar insanın dünyaya baxışını, yeni mədəniyyətlərin öyrənilməsi baxımından çox önəmlidir. ABŞ-da aldığım təhsil, təhsil məfhumuna qarşı fikrilərimi də köklü şəkildə dəyişdi. Təhsilin və öyrənilmiş yeni bacarıqların digərləri ilə paylaşılmadıqca, insanın yaşadığı icmaya faydalı olmadıqca heç bir əhəmiyyət daşımadığını öyrəndim. 

- Bakalavr pilləsini Qafqaz Universitetində bitirəndən sonra magistraturada oxumaq üçün ADA-ya qəbul olundunuz. Nəyə görə məhz ADA? Xaricdə də təhsil almaq imkanı əldə edə bilərdiniz.
- Qafqaz Universitetində təhsilimi bitirdikdən sonra, dərhal magistarturaya sənəd vermək yerinə işləmək, təcrübə qazanmaq və əsl marağımı, gələcəyimi təsəvvür etdiyim iş sahəsini tapmaq istədim. Bu, çox önəmlidir. Təəssüf ki, bizdə gənclər bir çox hallarda təhsil seçimlərini edərkən öz istədikləri sahə üzrə deyil, ailəsinin, yaxud yaxınların seçdiyi sahələr üzrə təhsil alır, daha sonra kayera yolunda özlərini bu sahədə tapa bilmirlər. İctimaiyyətlə əlaqələr, PR, kommunikasiya və marketinq sahəsinə marağımı və bu sahə üzrə bacarıqlarımı özümdə işlədiyim müddətdə kəşf etdim. ADA Universitetinin Maastrixt Menecment Məktəbi ilə birgə həyata keçirdiyi, karyeralarında müəyyən yerə gəlmiş insanlar üçün həyata keçirdiyi ikili dərəcə proqramı haqqında məlumat aldığım zaman proqramın tam mənə uyğun olduğunu düşündüm. İşdən ayrılmadan, karyera yolunda hec bir fasilə vermədən MBA dərəcəsinə sahib olmaq çoxdankı arzum idi. Bilirsiniz ki, ADA Universiteti hazırda verdiyi keyfiyyətli təhsil, professor və müəllim heyəti, kampus və tələbə həyatının rəngarəngliyi baxımından Qərb universitetləri ilə rəqabət apara biləcək səviyyədədir. Dərslərin həm ADA, həm də MSM professorları tərəfindən tədris edilməsi, təhsilin 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı tərəfindən dəstəklənməsi də qərarıma müsbət təsir etdi. Şadam ki, ADA-nın bu proqramı üzrə təhsil alan ilk 30 tələbədən biriyəm. 

-İlk işə tələbəykən layihə meneceri kimi başlamısınız. Necə oldu tələbə hansısa layihəyə rəhbərlik etdi?
- Əvvəldə qeyd etdiyim ki, ABŞ-da olduğum bir il ərzində öyrəndiyim ən böyük dərs bilik və bacarıqların bölüşülməsinin, yaşadığın cəmiyyətin, oxuduğun universitetin həyatında aktiv şəkildə iştirak etməyin vacibliyi idi. Döndüyüm zaman istər Amerika Təhsilli Azərbaycanlılar Birliyi nəzdində, istər Qafqaz Universitetin daxilində tələbə klubları vasitəsi ilə, istərsə də Bakıda fəaliyyət göstərən gənclər təşkilatlarında işə başladım. Belə təşkilatların birində layihələr üzrə menecer kimi fəaliyyət göstərdim. Mindən çox gəncin üzv olduğu bu təşkilat daxilində mən və digər aktiv üzvlər təhsil, ətraf mühit, maariflənmə, mədəni müxtəlifliyin təbliği və s. bu kimi mövzular ətrafında gənclər arasında təbliğat aparır, müxtəlif layihələr və proqramlar həyata keçirirdik. Bu kimi layihələrin çapı o qədər geniş olmasa da, zənnimcə, hər bir tələbə mütləq universitet illərində belə təşkilatlarda aktiv şəkildə iştirak etməlidir. Çünki belə məkanlarda gənclər gündəlik ev-universitet həyatından uzaqlaşır, yeniliklərlə tanış olur, özlərini inkişaf etdirirlər. 

- Uzun müddət BMT-də çalışmısınız. Hazırda gənclər təcrübə toplamaq üçün belə pulsuz işləməyi sevmirlər. Amma siz bir çox gənclərdən fərqli olaraq, diplomunuzu aldıqdan sonra işə təcrübəçi kimi başlamısınız. 
- BMT-nin Azərbaycandakı ofisində, İctimai İnformasiya Departamentində dörd il fəaliyyət göstərmişəm. Burada da fəaliyyətə ilk növbədə təcrübəçi kimi başlasam da, iki il ərzində əvvəlcə assistent, daha sonra isə müavin vəzifəsinə qədər qalxmağı bacardım. Təbii ki, burada könüllü kimi fəaliyyət göstərdiyim layihələr, iştirak etdiyim konfranslar, o cümlədən aldığım təhsil böyük rol oynadı. 

- Gənclərin əksəriyyətinin arzuladığı beynəlxalq təşkilatdakı iş yerinizi - BMT-ni Azərbaycan Diplomatiya Akademiyasına dəyişdiniz. Necə oldu, belə bir qərar verdiniz?
- Mənim üçün universitetlər sadəcə dərslərin keçildiyi, təhsil verilən bir məkan kimi deyil, ölkənin gələcəyinin formalaşmasında birbaşa iştirak edəcək insanların fərd kimi yetişdirildiyi bir məkan olub. Tələbələrin bu inkişafına yaxından şahid olmaq, onların hər gün daha da inkişaf etdiyini görmək əvəzedilməz bir hissdir. Məhz belə bir mühitdə işləmək, gəncliyin nəbzinin atdığı və sürətlə inkişaf edən bir yerdə olmaq xüsusi bir qürurdur. Məhz bu səbəblərə görə, ADA Universitetindən iş təklifi aldığım zaman, tərəddüd etmədən qəbul etdim və seçimimdən çox razıyam. ADA-da yaradılmış işçi mühiti hətta bir çox beynəlxalq iş mühitlərinə də örnək ola bilər. 

- Sizin üçün iş nə deməkdir?
- Bu gün mən və karyera quran bir çox gənclər üçün iş artıq həyat tərzinə çevrilmişdir. Günümüzün minimum səkkiz saatını işdə keçirir, daha sonra iş görüşləri və müzakirələrdə iştirak edirik. Hətta dostlarımızın bir çoxu ilə iş əsnasında tanış olmuşuq. Bütün bunlara görə işləmək mənim üçün daima çevrənlə əlaqəni qorumaq, dəyişikliklərin mərkəzində olmaq deməkdir. İş həmçinin azadlıq, arzuları, ətrafında görmək istədiyin dəyişiklikləri həyata keçirmək üçün hər gün bizə verilən bir imkandır. Təbii ki, bütün bunları necə və hansı səviyyədə həyata keçirmək hər insanın şəxsi ambisiyasından aslıdır. 

- Bir çox gənc işsizlikdən şikayət edir. Amma sizin CV-nizə nəzər saldıqda görürük ki, 3-cü kursdan bu yana bir gün də işsiz qalmamısınız. İşsizlikdən şikayət edən gənclərə nə məsləhət görərdiniz?
- Hazırda Azərbaycanda əmək bazarında rəqabət çox güclüdür və bu, artan sürətlə davam edir. Universiteti bitirəndən sonra hər-hansı gənc işsiz qalırsa, bu, bir çox hallarda tələbənin öz günahı olur. Məhz buna görə də gənclər iş axtarmağa diplomalarını əldə etdikdən sonra başlamasınlar. Universitet, hətta məktəb illərindən müxtəlif dərnəklər və təşkilatlara üzv olaraq, onların işində aktiv iştirak etsinlər. Ən önəmlisi isə könüllü işlərdən, başqa sözlə desək, pul almadan işləməkdən, təcrübə proqramlarında iştirak etməkdən imtina etməsinlər. Təbii ki, günün tələbləri olan dil bacarıqlarının inkişaf etdirilməsi, texnolgiyadan istifadə, mütailə də özünü inkişafın ayrılmaz hissəsi olmalıdır. Bütün bu sadaladığım fəaliyyətlər, onların birbaşa gələcəklərinə etdikləri yatırımdır. 

- İş otağınızda divara yapışdırdığınız qeydlərdən biri də “Xoşbəxt olmağın 5 yolu”dur. Bu yollar barədə oxucularımıza da məlumat verərdiniz. Sizcə, həqiqətənmi bu 5 bəndə riayət etməklə insan özünü xoşbəxt hiss edə bilər?
- Xoşbəxtlik haqqında həddən artıq çox şeylər deyilib, yazılıb, xüsusilə son vaxtlar bu kimi mövzular çox dəbdədir. Lakin fikrimcə, hər kəs individual olduğu kimi, onları xoşbəxt edən nəsnələr də fərqlidir, yəni bu yolda ümumiləşdirmə aparmaq çox çətindir. İş masamın yanında duran bu qeyddə “ürəyinizdə nifrətə yer olmasın,” “daha çox sevin”, “daha çox töhfələr verin”, “başqalarından daha az şey gözləyin”, “boş yerə narahatçılıq keçirməyin” kimi qısa, hər kəsin bildiyi, lakin həyata keçirmək çox vaxt imkansız olan məsləhətlər yazılıb. Mən də hər kəsin bildiyi bu universal qaydaları bir xatırlatma kimi iş masamda saxlayır və maksimum əməl etməyə çalışıram. Bunlara əməl etməklə insan özünü özü ilə, öz şəxsi ilə tam, bütün hiss edə bilər, həyatına harmoniya gətirə bilər. Bu isə xoşbəxtliyə gedən ən qısa yoldur.

- Sizin üçün karyeranın zirvəsi haradır? Harada işləməyi arzulayırsınız?
- Məhz buna görə də gələcək planlarımda təhsilimi davam etdirmək və akademik sahə üzrə fəaliyyət göstərmək var. Beş, yaxud on ildən sonra özümü auditoriyada, müəllim olaraq sınamaq istəyirəm.

Lalə MUSAQIZI 
kaspi.az

126 tələbə ARDNŞ-nin təqaüdçüsü seçilmişdir

126 tələbə ARDNŞ-nin təqaüdçüsü seçilmişdir  ikisahil
İyunun 10-da ARDNŞ-nin baş ofisində Daxili Təqaüd Proqramı Müsabiqə Komissiyasının iclası keçirilmişdir.
Şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov iclası açaraq qeyd etmişdir ki, ARDNŞ istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2005-ci ildən başlayaraq Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Təqaüd Proqramını həyata keçirir. 2013-cü il fevralın 17-də 2013-2014-cü tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla ölkənin ali təhsil müəssisələrinin tələbələrinə təqaüd verilməsi üzrə növbəti müsabiqə elan edilmiş, müsabiqədə ali məktəblərin bakalavriat pilləsinin I-IV və magistratura pilləsinin I-II kurs tələbələri iştirak etmişlər. ARDNŞ-nin təqaüdünü almaq üçün müraciət etmiş 2357 tələbədən 1975 nəfəri müsabiqədə iştirak etmək hüququ qazanmış, onlardan 1639-u test imtahanına buraxılmışdır.
Mayın 4-də müsabiqənin I mərhələsi - test imtahanı keçirilmiş və ixtisas qrupları üzrə müvafiq keçid balını toplayan 280 nəfər namizəd Daxili Təqaüd Proqramının 2-ci mərhələsinə - müsahibəyə vəsiqə qazanmışdır. Mayın 19-dan iyunun 2-dək həftədə 3 gün olmaqla ARDNŞ-nin mütəxəssislərindən ibarət komissiya tərəfindən müsahibələr keçirilmişdir. Müsabiqənin şərtlərinə görə hər kurs üzrə 4 baldan yuxarı qiymət toplayan ilk 40 nəfər təqaüdçü seçilir. İclasda keçirilən müsahibənin nəticələrinə nəzər salınmış və qeyd olunan şərtə cavab verən 126 nəfər namizəd təqaüdçü seçilmişdir. Onlardan 51 nəfəri qaz-neft-mədən, 18 nəfəri avtomatika və İKT, 16 nəfəri kimya-texnologiya, 9 nəfəri tikinti, 9 nəfəri energetika, 7 nəfəri mexanika, 7 nəfəri geoloji-kəşfiyyat, 5 nəfəri iqtisadiyyat, 4 nəfəri isə ekologiya ixtisas qruplarından seçilmişdir. Qeyd olunmuşdur ki, bu il ARDNŞ-nin təqaüdünü almaq üçün müraciət edənlər daha çox Azərbaycan Dövlət Neft Akademiyası, Qafqaz Universiteti və İqtisad Universitetinin II və III kurs tələbələri olmuşdur.
126 tələbə ARDNŞ-nin təqaüdçüsü seçilmişdir

ikisahil.az

Azərbaycandan olan İT layihəsi beynəlxalq mükafata layiq görüldü


Azərbaycandan olan İT layihəsi beynəlxalq mükafata layiq görüldü  TƏDBIRLƏR
6-9 iyun tarixlərində Qazaxıstanın Astana şəhərində, Nazarbayev Universitetində "IT-Universe" adlı müsabiqənin final mərasimi keçirilib. Ötən ilin oktyabr ayından start götürən müsabiqədə məqsəd informasiya texnologiyaları sahəsində innovativ yeniliklərin və insanların tanınması, yeni kadrların qlobal səviyyədə meydana çıxarılmasıdır.Bu ilki tədbirdə Azərbaycandan 2 universitet — Azərbaycan Memarlıq və İnşaat Universiteti və Qafqaz Universiteti üzrə 3 iştirakçı finala vəsiqə qazanıb. Ümumi olaraq 60 universitetin və 200-ə yaxın iştirakçının qatıldığı müsabiqədə 4 istiqamət üzrə yarış keçirilirdi. Müsabiqədə Namət Məmmədzadə və Rəşid Əliyevin təsis etdikləri «esaver» layihəsi "ən yaxşı innovativ diplom" istiqaməti üzrə 2-ci yerə layiq görülərək fəxri diplom və gümüş medalla mükafatlandırılıblar.Müsabiqədə 1-ci və 3-cü yerləri isə müvafiq olaraq Qazaxıstan və Ukrayna təmsilçiləri bölüşüblər.Qeyd edək ki, eSaver ev kiçik ofis şəraitində avadanlıqla elektrik naqili arasında yerləşdirilməklə, avadanlığın istifadə etdiyi elektrik enerjisinin statistik məlumatlarını toplayır, ağıllı idarəetməni həyata keşirir, internet üzərindən nəzarət və idarəedilməsinə imkan verir. eSaver vasitəsi ilə siz nəinki sərfyyatı, hətta qoşulmuş avadanlıqların söndürülüb-yandırıılmasını belə nəzarət edə bilirsiniz. İnternet əlaqəniz olmadıqda, avadanlıq satistik məlumatı öz yaddaşına həkk etmək imkanına da malikdir. Avadanlıq, həmçinin, «ağıllı mikro proqram» vasitəsi ilə istifadə edilən elektrik enerjisinə qənaət etməyə köməklik göstərir.

Azərbaycanlı tələbələr Beynəlxalq Tələbə Olimpiadasında uğuru



Madin Azərbaycanlı tələbələr «IT-Universe» İnformasiya Texnologiyaları sahəsində Beynəlxalq Tələbə Olimpiadasında uğur qazandılar«IT-Universe» İnformasiya Texnologiyaları sahəsində Beynəlxalq Tələbə Olimpiadası 2013-cü ildən keçirilməkdədir.
Bu olimpiada profesionallıq, informasiya texnologiyalarının (İT) inkişaf etdirilməsinə və onların səmərəli tətbiqinə, cəmiyyətin İT-dən istifadəsi prosesinin yaxşılaşdırılmasına istiqamətlənmişdir.
Birlikdə İT-Dünyası quraq! - olimpiadanın əsas şüarıdır.
Olimpiadanın əsas məqsədi gənc İT-mütəxəssislərin hazırlanması sisteminin keyfiyyətini artırma məsələsi üzərində biznes, təhsil və hökümətin birgə işi, həmçinin Azərbaycan Respublikası, Belarusiya Respublikası, Ukrayna, Qazaxıstan Respublikası və İT-Olimpiadaya qoşulan digər dövlətlərin fəal və istedadlı gənclərinə dəstək verməkdir. 
Olimpiadanın nəticəsi:
- İT-mütəxəssislərinin, həmçinin öz professional fəaliyyətlərində İT-dən aktiv istifadə edən digər ixtisasdan olan tələbələrin hazırlanması;
- Biznesin, dövlətin tələblərinin və təhsil sisteminin imkanlarının sinxronlaşdırılması;
- İT bacarıqlarına sahib gənc və istedadlı mütəxəssislərin aşkar edilməsi və hazırlanması;
- Müəssisələr üçün İT-nin istifadəsinin yeni imkanlarının təyin edilməsidir.
Beynəlxalq Olimpiada proqramına növbəti kateqoriyalar daxil edilmişdir:
«1С: Müəssisə 8» mühitində proqramlaşdırma müsabiqəsi;
«1С: Mühasibat 8» proqramının istifadəsi müsabiqəsi;
«Proqramlaşdırma» müsabiqəsi;
D-Link şirkətinin «Protokollar, xidmətlər və avadanlıqlar» müsabiqəsi;
«Mobil proqramların işlənməsi» müsabiqəsi;
«Ən yaxşı innovativ diplom işi» müsabiqəsi.
Müsabiqələr 3 mərhələdə keçirilməkdədir. I mərhələ Ölkələrin Universitetlərində daxili müsabiqə kimi keçirilir. II mərhələ Ölkə birincliliyi kimi keçirilir. I və II mərhələləri müvəffəqiyyətlə başa vuranlar III final mərhələsinə vəsiqə qazanırlar. 2013-cü il final mərhələsi Ukraynanın Kiyev şəhərində keçirilmişdir.
«IT-Universe» İnformasiya Texnologiyaları sahəsində Beynəlxalq Tələbə Olimpiadasının 2014-cü il final mərhələsi 6-9 iyun tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində Nazarbayev Universitetində keçirilmişdir. Müsabiqədə Azərbaycan Respublikası, Belarusiya Respublikası, Qazaxistan Respublikası və Ukraynanın 35 universitetindən 100-ə yaxın tələbə iştirak etmişdir.
Bu müsabiqədə Azərbaycan Respublikasını «IT-Universe» İnformasiya Texnologiyaları sahəsində Beynəlxalq Tələbə Olimpiadasının Azərbaycan üzrə Milli Olimpiya Komitəsinin sədri Qafqaz Universitetinin baş müəllimi Etibar Seyidzadənin rəhbərliyi altında «Proqramlaşdırma» müsabiqəsində Qafqaz Universitetinin iki tələbəsi, «Ən yaxşı innovasiya diplom işi» müsabiqəsində Memarlıq və Azərbaycan İnşaat Universitetinin bir tələbəsi təmsil etmişdir. «Alqoritmik proqramlaşdırma» müsabiqəsində Qafqaz Universiteti Kompyuter Mühəndisliyi Bölməsinin tələbəsi Məhəmməd Vəliyev bürünc medal qazanmış, Elmi Əhmədov isə fərqlənmə diplomu ilə təltif edilmişdir. «Ən yaxşı innovativ diplom işi» müsabiqəsində isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika və İnformasiya Texnologiyaları ixtisasının tələbəsi Namet Məmmədzadə gümüş medal qazanmışdır. Olimpiadanın bütün mükafatçıları diplomlar, medallar və olimpiadanın əsas sponsorları olan Samsung və D-link firmalarının qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır.
Etibar Seyidzadə
«IT-Universe» İnformasiya Texnologiyaları sahəsində Beynəlxalq Tələbə Olimpiadasının Azərbaycan üzrə Milli Olimpiya Komitəsinin sədri

 
www.DTV.az

Azərbaycanlı tələbələr «IT-Universe» İnformasiya Texnologiyaları sahəsində Beynəlxalq Tələbə Olimpiadasında uğur qazandılar

Azərbaycanlı tələbələr «IT-Universe» İnformasiya Texnologiyaları sahəsində Beynəlxalq Tələbə Olimpiadasında uğur qazandılar piar.az
«IT-Universe» İnformasiya Texnologiyaları sahəsində Beynəlxalq Tələbə Olimpiadası 2013-cü ildən keçirilməkdədir.
Bu olimpiada profesionallıq, informasiya texnologiyalarının (İT) inkişaf etdirilməsinə və onların səmərəli tətbiqinə, cəmiyyətin İT-dən istifadəsi prosesinin yaxşılaşdırılmasına istiqamətlənmişdir.
Birlikdə İT-Dünyası quraq! - olimpiadanın əsas şüarıdır.
Olimpiadanın əsas məqsədi gənc İT-mütəxəssislərin hazırlanması sisteminin keyfiyyətini artırma məsələsi üzərində biznes, təhsil və hökümətin birgə işi, həmçinin Azərbaycan Respublikası, Belarusiya Respublikası, Ukrayna, Qazaxıstan Respublikası və İT-Olimpiadaya qoşulan digər dövlətlərin fəal və istedadlı gənclərinə dəstək verməkdir.
Olimpiadanın nəticəsi:
- İT-mütəxəssislərinin, həmçinin öz professional fəaliyyətlərində İT-dən aktiv istifadə edən digər ixtisasdan olan tələbələrin hazırlanması;
- Biznesin, dövlətin tələblərinin və təhsil sisteminin imkanlarının sinxronlaşdırılması;
- İT bacarıqlarına sahib gənc və istedadlı mütəxəssislərin aşkar edilməsi və hazırlanması;
- Müəssisələr üçün İT-nin istifadəsinin yeni imkanlarının təyin edilməsidir.
Beynəlxalq Olimpiada proqramına növbəti kateqoriyalar daxil edilmişdir:
«1С: Müəssisə 8» mühitində proqramlaşdırma müsabiqəsi;
«1С: Mühasibat 8» proqramının istifadəsi müsabiqəsi;
«Proqramlaşdırma» müsabiqəsi;
D-Link şirkətinin «Protokollar, xidmətlər və avadanlıqlar» müsabiqəsi;
«Mobil proqramların işlənməsi» müsabiqəsi;
«Ən yaxşı innovativ diplom işi» müsabiqəsi.
Müsabiqələr 3 mərhələdə keçirilməkdədir. I mərhələ Ölkələrin Universitetlərində daxili müsabiqə kimi keçirilir. II mərhələ Ölkə birincliliyi kimi keçirilir. I və II mərhələləri müvəffəqiyyətlə başa vuranlar III final mərhələsinə vəsiqə qazanırlar. 2013-cü il final mərhələsi Ukraynanın Kiyev şəhərində keçirilmişdir.
«IT-Universe» İnformasiya Texnologiyaları sahəsində Beynəlxalq Tələbə Olimpiadasının 2014-cü il final mərhələsi 6-9 iyun tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində Nazarbayev Universitetində keçirilmişdir. Müsabiqədə Azərbaycan Respublikası, Belarusiya Respublikası, Qazaxistan Respublikası və Ukraynanın 35 universitetindən 100-ə yaxın tələbə iştirak etmişdir.
Bu müsabiqədə Azərbaycan Respublikasını «IT-Universe» İnformasiya Texnologiyaları sahəsində Beynəlxalq Tələbə Olimpiadasının Azərbaycan üzrə Milli Olimpiya Komitəsinin sədri Qafqaz Universitetinin baş müəllimi Etibar Seyidzadənin rəhbərliyi altında «Proqramlaşdırma» müsabiqəsində Qafqaz Universitetinin iki tələbəsi, «Ən yaxşı innovasiya diplom işi» müsabiqəsində Memarlıq və Azərbaycan İnşaat Universitetinin bir tələbəsi təmsil etmişdir. «Alqoritmik proqramlaşdırma» müsabiqəsində Qafqaz Universiteti Kompyuter Mühəndisliyi Bölməsinin tələbəsi Məhəmməd Vəliyev bürünc medal qazanmış, Elmi Əhmədov isə fərqlənmə diplomu ilə təltif edilmişdir. «Ən yaxşı innovativ diplom işi» müsabiqəsində isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika və İnformasiya Texnologiyaları ixtisasının tələbəsi Namet Məmmədzadə gümüş medal qazanmışdır. Olimpiadanın bütün mükafatçıları diplomlar, medallar və olimpiadanın əsas sponsorları olan Samsung və D-link firmalarının qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır.
Azərbaycanlı tələbələr «IT-Universe» İnformasiya Texnologiyaları sahəsində Beynəlxalq Tələbə Olimpiadasında uğur qazandılar
Azərbaycanlı tələbələr «IT-Universe» İnformasiya Texnologiyaları sahəsində Beynəlxalq Tələbə Olimpiadasında uğur qazandılar

Piar.Az

Azərbaycanlı tələbələr Beynəlxalq Tələbə Olimpiadasında uğur qazandılar



Azərbaycanlı tələbələr Beynəlxalq Tələbə Olimpiadasında uğur qazandılar«IT-Universe» İnformasiya Texnologiyaları sahəsində Beynəlxalq Tələbə Olimpiadası 2013-cü ildən keçirilməkdədir. Bu olimpiada professionallıq, informasiya texnologiyalarının (İT) inkişaf etdirilməsinə və onların səmərəli tətbiqinə, cəmiyyətin İT-dən istifadəsi prosesinin yaxşılaşdırılmasına istiqamətlənib. “Birlikdə İT dünyası quraq!” - olimpiadanın əsas şüarıdır.
Olimpiadanın əsas məqsədi gənc İT mütəxəssislərinin hazırlanması sisteminin keyfiyyətini artırma məsələsi üzərində biznes, təhsil və hökümətin birgə işi, həmçinin Azərbaycan Respublikası, Belarusiya Respublikası, Ukrayna, Qazaxıstan Respublikası və İT Olimpiadaya qoşulan digər dövlətlərin fəal və istedadlı gənclərinə dəstək verməkdir.
Olimpiadanın nəticəsi: İT-mütəxəssislərinin, həmçinin öz professional fəaliyyətlərində İT-dən aktiv istifadə edən digər ixtisasdan olan tələbələrin hazırlanması; Biznesin, dövlətin tələblərinin və təhsil sisteminin imkanlarının sinxronlaşdırılması; İT bacarıqlarına sahib gənc və istedadlı mütəxəssislərin aşkar edilməsi və hazırlanması; Müəssisələr üçün İT-nin istifadəsinin yeni imkanlarının təyin edilməsidir.
Beynəlxalq Olimpiada proqramına növbəti kateqoriyalar daxil edilib: «1С: Müəssisə 8» mühitində proqramlaşdırma müsabiqəsi; «1С: Mühasibat 8» proqramının istifadəsi müsabiqəsi;
«Proqramlaşdırma» müsabiqəsi; D-Link şirkətinin «Protokollar, xidmətlər və avadanlıqlar» müsabiqəsi; «Mobil proqramların işlənməsi» müsabiqəsi; «Ən yaxşı innovativ diplom işi» müsabiqəsi.
Müsabiqələr 3 mərhələdə keçirilməkdədir. I mərhələ ölkələrin universitetlərində daxili müsabiqə kimi keçirilir. II mərhələ ölkə birincliliyi kimi keçirilir. I və II mərhələləri müvəffəqiyyətlə başa vuranlar III final mərhələsinə vəsiqə qazanırlar. 2013-cü il final mərhələsi Ukraynanın Kiyev şəhərində keçirilib. «IT-Universe» İnformasiya Texnologiyaları sahəsində Beynəlxalq Tələbə Olimpiadasının 2014-cü il final mərhələsi 6-9 iyun tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində Nazarbayev Universitetində keçirilib. Müsabiqədə Azərbaycan Respublikası, Belarusiya Respublikası, Qazaxistan Respublikası və Ukraynanın 35 universitetindən 100-ə yaxın tələbə iştirak edib. Bu müsabiqədə Azərbaycan Respublikasını «IT-Universe» İnformasiya Texnologiyaları sahəsində Beynəlxalq Tələbə Olimpiadasının Azərbaycan üzrə Milli Olimpiya Komitəsinin sədri Qafqaz Universitetinin baş müəllimi Etibar Seyidzadənin rəhbərliyi altında «Proqramlaşdırma» müsabiqəsində Qafqaz Universitetinin iki tələbəsi, «Ən yaxşı innovasiya diplom işi» müsabiqəsində Memarlıq və Azərbaycan İnşaat Universitetinin bir tələbəsi təmsil edib. «Alqoritmik proqramlaşdırma» müsabiqəsində Qafqaz Universiteti Kompyuter Mühəndisliyi Bölməsinin tələbəsi Məhəmməd Vəliyev bürünc medal qazanıb, Elmi Əhmədov isə fərqlənmə diplomu ilə təltif edilib. «Ən yaxşı innovativ diplom işi» müsabiqəsində isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika və İnformasiya Texnologiyaları ixtisasının tələbəsi Namet Məmmədzadə gümüş medal qazanıb. Olimpiadanın bütün mükafatçıları diplomlar, medallar və olimpiadanın əsas sponsorları olan Samsung və D-link firmalarının qiymətli hədiyyələri ilə mükafatlandırılıb.

















İlkin

Türkiyə eTicarət nəhənghlərindən Bakıda super təlim




Azərbaycanlı tələbələr “IT-Universe” İnformasiya Texnologiyaları sahəsində Beynəlxalq Tələbə Olimpiadasında uğur qazanıblar

Azərbaycanlı tələbələr “IT-Universe” İnformasiya Texnologiyaları sahəsində Beynəlxalq Tələbə Olimpiadasında uğur qazanıblar  ictnews.az
Qazaxıstanın Astana şəhərində Nazarbayev Universitetində keçirilən "IT-Universe" İnformasiya Texnologiyaları sahəsində Beynəlxalq Tələbə Olimpiadasının 2014-cü il final mərhələsi artıq başa çatıb. Müsabiqədə Azərbaycan, Belarus, Qazaxıstan və Ukraynanın 35 universitetindən 100-ə yaxın tələbə iştirak edib.Tədbirdə ölkəmizi "IT-Universe" İnformasiya Texnologiyaları sahəsində Beynəlxalq Tələbə Olimpiadasının Azərbaycan üzrə Milli Olimpiya Komitəsinin sədri, Qafqaz Universitetinin baş müəllimi Etibar Seyidzadənin rəhbərliyi altında "Proqramlaşdırma" müsabiqəsində Qafqaz Universitetinin iki tələbəsi, "Ən yaxşı innovasiya diplom işi" müsabiqəsində Memarlıq və Azərbaycan İnşaat Universitetinin bir tələbəsi təmsil edib. "Alqoritmik proqramlaşdırma" müsabiqəsində Qafqaz Universiteti Kompüter Mühəndisliyi Bölməsinin tələbəsi Məhəmməd Vəliyev bürünc medal qazanıb, Elmi Əhmədov isə fərqlənmə diplomu ilə təltif edilib. "Etibar Seyidzadənin sözlərinə görə, "Ən yaxşı innovativ diplom işi" müsabiqəsində isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika və İnformasiya Texnologiyaları ixtisasının tələbəsi Namet Məmmədzadə gümüş medal qazanıb. Olimpiadanın bütün mükafatçıları diplomlar, medallar və olimpiadanın əsas sponsorları olan "Samsung" və "D-link" firmalarının qiymətli hədiyyələri ilə mükafatlandırılıb.
Qeyd edək ki, "IT-Universe" İnformasiya Texnologiyaları sahəsində Beynəlxalq Tələbə Olimpiadası 2013-cü ildən keçirilməkdədir. Bu olimpiada professionallıq, informasiya texnologiyalarının (İT) inkişaf etdirilməsinə və onların səmərəli tətbiqinə, cəmiyyətin İT-dən istifadəsi prosesinin yaxşılaşdırılmasına istiqamətlənib. "Birlikdə İT dünyası quraq!" - olimpiadanın əsas şüarıdır.
 Olimpiadanın əsas məqsədi gənc İT-mütəxəssislərin hazırlanması sisteminin keyfiyyətini artırma məsələsi üzərində biznes, təhsil və hökumətin birgə işi, həmçinin Azərbaycan Respublikası, Belarus Respublikası, Ukrayna, Qazaxıstan Respublikası və İT-Olimpiadaya qoşulan digər dövlətlərin fəal və istedadlı gənclərinə dəstək verməkdir.
Olimpiadanın nəticəsi İT mütəxəssislərinin, həmçinin öz professional fəaliyyətlərində İT-dən aktiv istifadə edən digər ixtisasdan olan tələbələrin hazırlanması; biznesin, dövlətin tələblərinin və təhsil sisteminin imkanlarının sinxronlaşdırılması; İT bacarıqlarına sahib gənc və istedadlı mütəxəssislərin aşkar edilməsi və hazırlanması; müəssisələr üçün İT-nin istifadəsinin yeni imkanlarının təyin edilməsidir.
 Beynəlxalq Olimpiada proqramına növbəti kateqoriyalar daxil edilib: "1S: Müəssisə 8" mühitində proqramlaşdırma müsabiqəsi; "1S: Mühasibat 8" proqramının istifadəsi müsabiqəsi; "Proqramlaşdırma" müsabiqəsi; "D-Link" şirkətinin "Protokollar, xidmətlər və avadanlıqlar" müsabiqəsi; "Mobil proqramların işlənməsi" müsabiqəsi; "Ən yaxşı innovativ diplom işi" müsabiqəsi. Müsabiqələr 3 mərhələdə keçirilir. I mərhələ ölkələrin ali təhsil müəssisələrində daxili müsabiqə şəklində keçirilir. II mərhələ "Ölkə birinciliyi" kimi keçirilir. I və II mərhələləri müvəffəqiyyətlə başa vuranlar III final mərhələsinə vəsiqə qazanırlar. 2013-cü il final mərhələsi Ukraynanın Kiyev şəhərində keçirilib. 
Həqiqət İSABALAYEVA

 ictnews.az

6 Haziran 2014 Cuma

Qafqaz Universiteti Texnoparkının direktoru: “Yüksək texnologiya istehsalında liderlər yetişdirəcək fəaliyyətlər diqqət mərkəzində olmalıdır”




Türkiyədə 2007-ci ildən etibarən hər il keçirilən Universitet Sənaye Əməkdaşlıq Mərkəzləri Platformasının (Üniversite Sanayi İşbirliği Merkezleri Platformu - ÜSİMP ) 7-ci Milli Konqresi artıq başa çatıb. Türkiyənin Erciyes Universitetinin ev sahibliyi və Mühəndislik Dekanları Şurasının əməkdaşlığı ilə Kayseri şəhərində baş tutan tədbirdə “Ar-Ge” (araşdırma - inkişaf etdirmə) və innovasiya ekosistemlərinin bütün əməkdaşları, o cümlədən dövlət və özəl sektor, ali təhsil sistemi, ictimai qurum və təşkilatların nümayəndələri bir araya gəliblər. Nəzəri və praktik tərəfləri ilə çox səmərəli təşkil olunan ÜSİMP 7-ci Milli Konqresində Azərbaycandan isə Qafqaz Universiteti İş Dünyası ilə Əlaqələr üzrə prorektoru, dosent Uğur Arif Bölək, Qafqaz Universiteti Texnoparkının (“QUTechnopark”) İdarə Heyətinin sədri, dosent Şahin Durmaz və “QUTechnopark”-ın direktoru, dosent İsa Qasımov iştirak edib.
ÜSİMP-in təşviq xəttində yüksək texnologiyaların inkişafı
 Milli Konqreslə bağlı fikirlərini “Rabitə dünyası” ilə paylaşan “QUTechnopark”-ın direktoru, dosent İsa Qasımov qeyd edir ki, ÜSİMP ölkənin inkişafını bir çox istiqamətlər əsasında təşviq edərək dəstəkləyir. Buraya universitetlərdə tədris və araşdırma fəaliyyətləri ilə yanaşı, yeni və yüksək texnologiya istehsalı, yeni texnologiyaların tətbiqinin genişləndirilməsi, universitetlərdə texnoloji transfer mexanizmlərinin inkişafı, sənayenin yüksək texnologiya idxal və istifadə edən formasından yüksək texnologiya istehsal və ixrac edən formasına çevrilməsi, iş dünyasının universitetlərlə sıx və səmərəli əməkdaşlıq formasında fəaliyyəti, ölkə iqtisadiyyatının müsbət saldoya malik, rəqabət gücü yüksək, həmçinin dayanıqlı inkişaf formasına çevrilməsi daxildir: “Konqresdə dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən faydalanaraq təhsilin tətbiq yönümlü inkişafında əhəmiyyətli islahatlara nail olan türkiyəli tədqiqatçılarla bir arada səmərəli müzakirələrə ortaq olduq. Belə proqramlarda müzakirə, müşahidə və tanışlıqlar gələcəkdə əhəmiyyətli layihələrlə öz nəticəsini verir”.
 “Davamlılığı olmayan proseslər böyük islahatlara səbəb ola biləcək elmi nəticələri ortaya çıxara bilmir”
Öz qənaətlərini qeyd edən texnopark direktorunun sözlərinə görə, inkişafda davamlılığın təmin olunması önəmlidir: “Layihələrin işlənməsi və tətbiqində davamlılıq prinsipinin təmin olunması səmərəli nəticələrin artmasına səbəb olacaq. Davamlılığı olmayan proseslər, əksər hallarda, böyük islahatlara səbəb ola biləcək elmi nəticələri ortaya çıxara bilmir. Davamlılığın təmin olunması prosesində dövlət və digər dəstəklər kimi amillərin nəzərə alınması və monitorinqi zəruridir.
Davamlılığın təmin olunması üçün dəstəklərin ayrılmasında müsbət niyyətlilik səmərəli nəticələrin ortaya çıxmasında ciddi rol oynayır”.
“Texnoparkın imkanlarından istifadə edən şirkətlərin fəaliyyətində “Ar-Ge” önəmlidir”
 Bəs texnoparklara hansı şirkətlər gəlməlidir? İ.Qasımov hesab edir ki, texnoparkın imkanlarından istifadə edən şirkətlərin fəaliyyətində “Ar-Ge” önəmlidir: “Yüksək texnologiya istehsalında liderlər yetişdirə biləcək fəaliyyətlər diqqət mərkəzində tutulmalıdır. Bu fəaliyyətlər ölkənin beynəlxalq nüfuzunun inkişafında əhəmiyyətli rol ala bilər”.
Mütəxəssisin fikrincə, Texnoloji Transfer Ofisləri (TTO) Universitetlərdəki bilikləri kommersiyalaşdıracaq: “Bəs bu bilikləri kim alacaq? İnvestisiya imkanı olan hər zaman öndə olmalıdırmı? Bu mövzuda qərar vermək lazımdır. Bu proses ölkədaxili çıxarları qorumaqla yanaşı, ölkəxarici çıxarlarımıza qarşı olmamalıdır. Texnoloji məhsullar satan bir ölkəyə çevrilmək üçün qərarlılığımız bu məsələyə aydınlıq gətirə bilər. Biz texnoloji istehsalında və ya texnolojinin satışında nə qədər qərarlıyıq? Buna da aydınlıq gətirilməlidir”.
 “Xeyrin qədər danış”
Universitet-sənaye əməkdaşlığında eyni dildə danışa bilən ortamın formalaşdırılması - “3 Ç prinsipi”nə də aydınlıq gətirən İ.Qasımov Milli Konqresdəki çıxışlardan sitat gətirib: “Kayseridə iş adamlarının dialoqunda belə bir maraqlı fikir vardı: “Universitet üçün hansı binanı inşa etdin? Xeyrin qədər danış”. Bu baxımdan beyin mərkəzlərinin də əhəmiyyəti xüsusi vurğulanmalıdır. Beyin mərkəzləri elə bir yerdir ki, orada dünyanın ən bahalı potensialı - sərvətləri mövcuddur. Beyin mərkəzlərindən faydalanmaq istəməmək və ya ona əhəmiyyət verməmək... Beyin problemi olan fərdlərə cəmiyyətimizdə dəli deyilir. Cəmiyyətimizin beynində problem olarsa, buna nə ad verəcəyik? Bəlkə, beyin mərkəzləri formalaşdıraq və cəmiyyətimizi arzu olunan formada inkişaf etdirək?” Həmçinin real vəziyyət bu gün “Universitetlərin “Ar-Ge” büdcəsi hansı vəziyyətdədir; “Kommersiyalaşa bilən araşdırmalar nə qədərdir” kimi sualları da meydana çıxarır.
 Təhsil müəssisəsindəki yanaşma ilə uzlaşmayan bazar yeni texnologiyalar istehsalına necə təsir edir?
 Araşdırma-təhsil-xidmət vəhdətinin vacibliyindən də söz açan “QUTechnopark” rəsmisi qeyd edir ki, yüksək əlavə dəyərlərə malik sənayeləşmənin təmin olunması zəruridir: “Məhsula çevrilə bilən araşdırma ortaqlığı ilə inkişaf edən elm - insanlığın xidmətindədir. Məktəbdəki yanaşmaya uyğun gəlməyən bazar yeni texnologiyalar istehsalına mənfi təsir edir və ya əksinə. Akademik təşəbbüskarlıq dəstəklənməli və inkişaf etdirilməlidir. Ümumiyyətlə, akademik araşdırma ilə sənayeni bir arada tuta bilmək önəmlidir. Həmçinin strateji düşünərək, ortaq çalışmaq lazımdır. İş fikirlərini anlatmaqdan zövq almalıyıq”.
 Yüksək texnologiyalar istehsalında vacib amil təşəbbüskar mədəniyyətə malik insanların bir arada çalışa bilməsidir
 İ.Qasımov hesab edir ki, yüksək texnologiyalar istehsalında əsas olan ortaya qoyulan imkanlardan daha çox təşəbbüskar mədəniyyətə malik insanların bir arada çalışa bilməsidir. Onun fikrincə, təşəbbüskar yanaşma və ya təşəbbüskar mədəniyyət yüksək texnologiya istehsalında davamlılığa müsbət təsir edən ən önəmli amillərdəndir.
 Silikon Vadisinin sakinlərinə ünvanlanan sual: “Nə işlə məşğulsan?”
 Mütəxəssis qeyd edir ki, Silikon Vadisinin ən üstün cəhətlərindən biri də orada təşəbbüskar mədəniyyətin formalaşdırılmasıdır: “Silikon Vadisində insanlara “Nə işlə məşğulsan” sualını verdiyiniz zaman, onlar zövqlə öz iş fikirləri haqqında sizə bəhs edirlər. Digər bir məqam isə Silikon Vadisində könüllü olaraq mentorluq mədəniyyətinin olmasıdır. Burada insanlar mentorluq təcrübəsini heç bir təmənna gözləmədən sizinlə paylaşa bilir. Bu, çox önəmli mədəniyyətdir. Silikon Vadisinin mələk yatırımçı mədəniyyəti də innovasiyaların inkişafı üçün münbit şərait formalaşdıran amillərdəndir. Mələk investorlar əllərindəki sərmayənin bir hissəsini yeni formalaşan “startup”-lara ayırmaqdan çəkinmirlər, hətta buna ciddi maraq göstərirlər”.
 Təşəbbüskara zərbə vuran, digər insanları isə təşəbbüskarlıqdan çəkindirən amillər
 Pakistanlı mentor Dr. Naeem Zafarin Silikon Vadisi təcrübələrinə əsaslanan İ.Qasımov deyir ki, ABŞ-da mələk investorlar olaraq qruplar formalaşdırılır və daha səmərəli nəticələr əldə etməyə çalışırlar. Bu yanaşma gənclər arasında təşəbbüskar yanaşmanı, mədəniyyəti daha da gücləndirir: “Təşəbbüskara ən pis təsir edən amillərdən biri də uğursuzluğu zamanı ətrafının ona göstərdiyi mənfi təsirlərdir. Bu vəziyyət təkcə həmin təşəbbüskarı deyil, onunla birgə daha çox insanı təşəbbüskar yanaşmadan uzaqlaşdıra bilir. Ona görə də təşəbbüskar mədəniyyəti çox önəmlidir. Bu prosesdə təşəbbüskarın cəsur xarakteri öz işini görməlidir. Əmin olun ki, firmanızı qurduğunuz zaman daha çox təsirli olacaqsınız”.
 Sonda “Bacardım” deyə bilənlər
 Mütəxəssisin qənaətinə görə, mələk investorluq sosial məsuliyyət duyğusu ilə “nəmlənsə” də, qazanc məqsədli olmalıdır. Bu vəziyyət davamlılığı da təmin edəcək: “Eyni zamanda ekosistemin bütün oyunçuları ilə işbirliyində ola bilmək lazımdır. Dördtərəfli işbirliyində universitet (sayılan, potensiallı olan, referansları olan), “Ar-Ge” büdcəsi olan şirkətlər, maliyyəçilər, təşəbbüskarlar iştirak edir. Bu prosesdə uğurlu olan “Bacaracağam” deyib, çalışmaya başlaya bilən və sonda “Bacardım” deyə biləndir”.
İ.Qasımovun sözlərinə görə, təşəbbüskarlıq mədəniyyətinin inkişafında maraqlı olması vacib olan tərəflərə universitetlər, iş dünyası, dövlət, cəmiyyət daxildir: “Texnologiyaların inkişafında təşəbbüskarlıq amili önəmlidir. Alimlərə nisbətən təşəbbüskar iş adamlarının fikirlərinin daha dolğun, daha real və gerçək olduğunu müşahidə edirəm. Mentorluq bacarıqları olan, həvəskar, təcrübəli alimləri yetişdirən bir cəmiyyət təşəbbüskarlar üçün münbit ortamdır. Alimlər yerinə yetirdiyi elmi araşdırmaların nəticələrinin tətbiqində nə qədər maraqlıdırsa, onun mentorluq bacarıqları da bir qədər çox inkişaf edə bilir. Elmi araşdırmalar sifariş əsasında baş verirsə, bu, nəticənin daha səmərəli olmasını təmin edir”.
 “Bu fikir bazara çıxarıldığı zaman nəyə yarıyacaq?”
 “Start-up”-ların inkişafının diqqət mərkəzində olduğu indiki məqamda ortaya belə suallar da çıxır: “Təkcə fikrə patent alınarmı? Bu fikir bazara çıxarıldığı zaman nəyə yarıyacaq? Fikri olmayan insan yoxdur. Hansı fikir innovasiyaya səbəb olacaq? Ticarətlə əlaqəsi olmayan təşəbbüskara necə dəstək verməli? Ona investisiya dəstəyi versək və ya çalışma üçün ofislə təmin etsək, nəticə necə olacaq?” Bu suallar fonunda mütəxəssisin gəldiyi ilk qənaət belədir: “Təşəbbüskarlıq mədəniyyətinin inkişaf etdirilməsi daha çox dəstəklənməlidir. Çünki dünyada rəqabətlilik sürətlə inkişaf edir. Alim gözləməməlidir ki, iş adamı onu çağırıb “mənim filan problemim var, onu həll edin”- deyəcək. Məncə, uğurlu nəticələr nümayiş etdirə bilən təşəbbüskarlar ticarətdən anlayanlardır”. Onun fikrincə, davamlı olaraq dəstək gözləyən təşəbbüskarların uğurlu olması çox da mümkün görünmür.
 Uğursuz təşəbbüskarın bəhanəsi
 Fikri olan təşəbbüskar öz fikrinin inkişafı üçün müxtəlif metodların zamanında tətbiq olunmasını da bilməlidir: “Doğrudur, dəstəkləyici ortam önəmlidir. Ancaq dəstəklər davamlılğını qorumaqla yanaşı, təşəbbüskarı rahatlığa öyrətməməlidir. Hər bir uğurlu təşəbbüskarın bacarıqlı bir fikri olmaqla, hər bir uğursuz təşəbbüskarın da bir bəhanəsi var. Əslində isə təşəbbüskarın uğursuzu olmaz. Öz fikri ilə şirkətini qurmağa çalışan şəxsin bu istiqamətdəki fəaliyyətləri uğursuz nəticələnsə də, qazandığı təcrübələr onun inkişafında mühüm rol oynayır. On görə də təşəbbüskarın uğursuzu yoxdur, desək, daha doğru olacaq”.
 Texnoloji Transfer Ofisində çalışanlar həm alimlərin, həm də iş adamlarının “dərdini” anlamalıdırlar
 Texnoloji Transfer Ofisi (TTO) akademik heyətlə və sənaye arasında uyğun ortamı təmin edə bilməlidir. TTO-da çalışanlar həm alimlərin, həm də iş adamlarının “dərdini” anlayan və həll yolu tapa bilən insanlar olmalıdır. TTO-lar universitet-sənaye əməkdaşlığında birləşdirici rola malik olmalıdır. Bəzən TTO çalışanları bu əməkdaşlığa mənfi təsir də edə bilər. Ona görə də TTO personalı seçərkən bu amili diqqət mərkəzində tutmaq lazımdır. Eyni zamanda təşəbbüskar mədəniyyətinin inkişafı üçün TTO-ların fəaliyyəti də önəmlidir: “TTO-lar alimlərin təşəbbüskar baxışının inkişafına səbəb olmaqla yanaşı, sənayeçinin problemlərinin həllində universitet potensialından geniş istifadə edir. Alimin təşəbbüskar fəaliyyəti onun dərs verdiyi tələbələrin də təşəbbüskar kimi formalaşmasında önəmli rol oynayacaq. Bu mənada universitetlərdə texnoparkların formalaşdırılması öz aktuallığını daha da artırır”.
 TTO - yüksək texnologiya istehsalında istiqamətverici rolu oynayan ən önəmli mexanizmlərdən biri
 Həmçinin TTO-lar yenilikçi baxışı hər zaman qorumağı bacarmalıdır: “Yüksək texnologiya istehsalında istiqamətverici rolu oynayan ən önəmli mexanizmlərdən biri də TTO olmalıdır. TTO-ların dəstəyi ilə tələbələrin praktik cəhətdən inkişafı dəstəklənməli və bu prosesdə sənayeçinin maraqları təmin edilməlidir. Tələbə və ya magistr kurs işi, layihə və s. kimi daxili fəaliyyətlərini iş dünyasında yerinə yetirməli və sənayeçinin problemlərinin ortaya çıxarılmasında rol almalıdırlar. Diplom və ya dissertasiya işlərinin daha böyük işlərin tədqiqinə yönləndirilməsi faydalı ola bilər. Bəs universitetlərdə tələbələri qiymətləndirərkən onun təşəbbüskarlıq baxışlarını yoxlamağa ehtiyac varmı? Hesab edirəm ki, əməkdaşlıqda ünsiyyət və hadisələrin fərqinə vararaq davranmaq daha vacibdir”.
 Həqiqət İSABALAYEVA
http://rabitadunyasi.info.az/News/?newsID=561&lang=az