Qafqaz Bizim Ailəmizdir

 Müasir dünyada texnologiyanın sürətli inkşafı və bütün sahələrdə artan rəqabət xüsusi bacarıq və peşəkarlığa sahib olmağı tələb edir. Universitet həyatı müəyyən bir sahədə elmə yiyələnmək və iş həyatının tələb etdiyi xüsusiyyətləri qazanmaq üçün əsas amildir. Tələbələrin cəmiyyətdə özlərinə yer tapa bilmələri, ailədə və iş dünyasında faydalı əlaqələr qurması üçün mütəxəsis diplomu almaqdan əlavə, onların sosial-mədəni fəaliyyətləri, əxlaqi və etik dəyərləri necə qavramaları da vacib faktordur.
Bütün bunları nəzərə alaraq Qafqaz Universiteti tələbələrə aşağıdakı imkanları təqdim edir:
Təhsil keyfiyyəti: yüksək keyfiyyətli, təmənnasız təhsil, ciddi tədris metodikası, düzgün qiymətləndirmə, təlim-tərbiyəyə verilən önəm, müəllimlərin tələbələrə fənnləri və ixtisası sevdirmələri.
Sərbəst düşüncə və təşəbbüskarlıq: tələbələrin fikrinə hörmət göstərilməsi, sərbəstlik, müstəqillik, tələbələrin cəmiyyət üçün faydalı insan olaraq yetişdirilməsi.
Müəllim tələbə münasibətləri: Tələbə və müəllim münasibətlərində dostluq və səmimilik, rektor və müəllimlərin tələbələrlə qurduğu dost münasibəti, ehtiyacları olduqda onları dinləmələri, müəllimlərin öz boş vaxtlarını tələbələri ilə bölüşməsi, onlarla yaxından maraqlanması.
Təqaüd və güzəştlər: dövlət sifarişli oxuyan tələbələr üçün təqaüd, ali məktəbə qəbul olunarkən yığdığı bala görə edilən güzəştlər, sosial fəaliyyətlərdə iştiraka görə verilən təqaüdlər və s.
Beynəlxalq əlaqələr: təhsil müddətində xaricdə təhsil və təcrübə imkanları, qarşılıqlı mübadilə proqramları, dil laboratoriyası və yüksək ingilis dili səviyyəsinin olmasına görə dünyaya inteqrasiya.
Sosial-mədəni və idman fəaliyyətləri: universitetdə fəaliyyət göstərən dərnək və klublarda tələbələrin özlərini inkişaf etdirmə fürsətləri, bilik yarışmaları, müsabiqələr, şənliklər, seminarlar, yerli və beynəlxalq konfranslar, tələbələrin öz layihələrini və ideyalarını həyata keçirmə imkanları.
İnfrastruktur: gözəl tələbə şəhərciyi, xoş atmosfer, proyektor və ağıllı lövhələrlə təchiz olunmuş auditoriyalar, müasir kompyuter laboratoriyaları, universitetin hər yerində istifadə edə biləcəyiniz Wi-Fi, ideal isitmə sistemi, təmizlik xidmətləri, futbol meydançası, rahat və səliqəli siniflər, kantin, yeməkxana xidmətləri, xarici universitet kitabxanaları ilə əməkdaşlıq edən zəngin elektron və klassik kitabxana və s.
Ceyranbatan gölünə açılan gözəl mənzərələrlə göz oxşayan Qafqaz Universiteti müasir dünyada texnologiyanın inkşafı ilə ayaqlaşacaq, aldıqları təhsillə bu sürətli inkişaf prosesinə uyğunlaşacaq bacarıqlara malik tələbələr yetişdirməkdədir.
Məqsədimiz Qafqaz ailəsinin səmimi muhitində valideyn, cəmiyyət və iş dünyasının tələblərini nəzərə alaraq tələbələrimizi həyata hazırlamaqdır.
Dos. Şahin Durmaz
“QUTechnopark”
İdarə Heyətinin Sədri, Qafqaz Universiteti Prorektoru

zaman.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır