"Gələcəyin Sahibkarları" layihəsi üçün imzalar atıldı


9 Oktyabr 2014-cü il tarixində İpək Yolu SİDİB ilə QUTechnopark (Qafqaz Universiteti Texnoparkı) arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalandı. Bu memoranduma əsasən bundan sonra İpək Yolu SİDİB və QUTechnopark tələbələrin gələcəyin iş adamı kimi yetişmələrinə öz töhfələrini verəcək. Memoranduma əsasən, tələbələr İpək Yoluna üzv şirkətlərin iş prosesləri və istehsalatları ilə yaxından tanış olacaqlar. Bundan başqa tələbələr bu şirkətlərdə təcrübə keçmə, məzun olduqdan sonra isə orada işləmə şansı qazanacaqlar.
Bundan əlavə müxtəlif mövzular ətrafında tələbələr ilə iş adamlarının görüşləri, dairəvi masa ətrafında müzakirələri təşkil olunacaq. Tələbələr həmçinin xarici ölkələrdən gəlmiş iş adamları, dövlət xadimləri ilə görüşmə şansı da qazanacaqlar. Əlavə olaraq, layihə müddətində tez-tez tələbələrin inkişafı üçün uyğun görülən mövzularla bağlı təlim və seminarlar, vorkşoplar təşkil olunacaq
.



Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır