23 Aralık 2015 Çarşamba

Qafqaz Universiteti Texnoparkında Tədqiqat Mərkəzinin açılışı olub

Qafqaz Universiteti Texnoparkında Tədqiqat Mərkəzinin açılışı olubRegionun  ən böyük informasiya texnologiyaları şirkətlərindən olan və bu sahədə innovasiyaların formalaşdırılması  və tətbiqi ilə tanınan Türkiyənin “Koç Sistem”  şirkəti  ölkə xaricində ilk araşdırma mərkəzi təsis edib. Belə ki, “Koç Sistem-Azərbaycan”  şirkəti  Qafqaz Universitetinin  Texnoparkında  Tədqiqat Mərkəzi yaradıb. Şirkət  bu Tədqiqat Mərkəzində Qafqaz Universitetinin potensialından faydalanaraq Azərbaycanda və regionun digər ölkələrində  müvafiq xidmət göstərməyi planlaşdırır. Dekabrın 15-də Tədqiqat Mərkəzinin  açılışı olub. Mərasimdə  Milli Məclisin komitə sədri, akademik Ziyad Səmədzadə, “Azərikimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin üzvü Muxtar Babayev, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, “Koç Sistem”in (Türkiyə) araşdırma  üzrə direktoru Ömer Özgür Çetinoğlu, eləcə də digər dövlət qurumlarından,  universitet və institutlardan nümayəndələr,  informasiya texnologiyaları sektorunda fəaliyyət göstərən şirkətlərin təmsilçiləri iştirak ediblər.
Açılış mərasimində çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç bildirib ki,  güclü  universitet olmağın ən önəmli şərtlərındən biri sənaye və iş dünyası  ilə sıx əməkdaşlıq etməkdir. Bu əməkdaşlıq iqtisadi və sənaye yönündə ölkənin inkişafını təmin edir. Qafqaz Universitetinin son illər Azərbaycan Prezidenti cənab İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirmək” ideyalarını hayata keçirməkdə olduğunu diqqətə çatdıran rektor yeni açılan mərkəzin bu işə böyük töhfə verəcəyinə əminliyini söyləyib və  “Koç Sistem” rəhbərliyinə onlara  dəstək olduğu üçün təşəkkür edib.
“Koç Sistem - Azərbaycan” şirkətinin baş direktoru, professor Ali Bülent Kutvan bildirib ki, Qafqaz Universiteti Texnoparkında Tədqiqat Mərkəzinin açılmasinda əsas mədsəd “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının reallaşmasında iştirak etmək, ölkənin rəqəmsallaşması prosesinə dəstək verməkdir.
Çıxışında yeni layihəni alqışladığını bildirən akademik Ziyad Səmədzadə  Azərbaycan sənayesi tarixində belə bir hadisənin baş verməsi mərasimində iştirak etməsindən sevindiyini dilə gətirib. Komitə sədri  son illər ölkəmizdə rəqabətədavamlı iqtisadiyyat və sənaye sahələrinin yaradılması  istiqamətində  mühüm işlər görüldüyünü diqqətə çatdırıb.
“Azərikimya”  İstehsalat Birliyi Müşahidə Şurasının sədri Muxtar Babayev  və digər çıxış edənlər də Tədqiqat Mərkəzinin açılışını yüksək qiymətləndirib, onun  Qafqaz Universitetinin  Texnoparkının inkişaf etdirilməsi, bütövlükdə universitetin maddi-texniki  bazasının genişləndirilməsinə, nəticədə  tələbələrin hazırlıq səviyyəsinin artmasına təkan verəcəyini söyləyiblər.
Çıxışlardan sonra    rəmzi açılışı bildirən qırmızı lent kəsilib və  qonaqlar Tədqiqat Mərkəzi ilə tanış olublar.  
Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi”
http://www.muallim.edu.az/arxiv/2015/47/14.htm

Koç Sistem Azərbaycan Şirkətinin Qafqaz Universiteti Texnoparkında qurduğu Tədqiqat Mərkəzinin açılışı olub


Koç Sistem Azərbaycan Şirkətinin Qafqaz Universiteti Texnoparkında qurduğu Tədqiqat Mərkəzinin açılışı olub
Azərbaycan Respublikası Milli məclisin İqtisadi Siyasət Komitəsinin sədri, millət vəkili, akademik Ziyad Səmədzadə, Azərikimya İstehsalat Birliyi Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, Abşeron Rayon İcra Hakimiyəti Başcısının muavini Fuad Cəbrayılov, Koç Sistem Türkiye Araşdırma - Gəlişdirmə və İş Uyğulamaları üzrə Direktoru Ömer Özgür Çetinoğlu, eləcə də digər dövlət qurumlarından (AR İqtisadiyyat və Sənaye Nazirliyi, AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Yüksək Texnologiyalar Parkı və s.), universitet və institutların nümayəndələri, informasiya texnologiyaları sektorunda fəaliyyət gösətərən şirkətlərin nümayəndələrinin iştirak etdiyi proqram ictimaiyyətin xüsusi marağına səbəb oldu. Belə ki, regionun ən böyük İT şirkətlərindən olan Türkiyədə qurulmuş Koç Sistem, ölkə xaricində ilk araşdırma mərkəzini təsis etdi. İT sektroun müxtəlif sahələr üzrə innovasiyaların formalaşdırılması və tətbiqi ilə tanınan Koç Sistem QUTexnopark-da qurduğu Araşdırma Mərkəzində Qafqaz Universitetinin də potensialından faydalanaraq, Azərbaycan və region ölkələrində xidmət göstərəcəyini planlaşdırır.
Açılış proqramında çıxış edən Qafqaz Universitetinin rektoru prof.dr. Ahmet Saniç bildirib ki, güclü ölkələrin güclü Üniversiteleri olur. Güclü Üniversitet olmanın ən önəmli şərtlərındən biri sənaye və iş dünyası və güclü sənaye quruluşları ilə əməkdaşlıq etməkdir. Bu əməkdaşlıq iqtisadi ve sənaye yönündə ölkənin inkişafını təmin edəcək . Qafqaz Üniversitesi illərdir Prezidentimiz cənab İlham Əliyevin ”neft kapitalını insan kapitalına çevirmək ” ideyalarını hayata keçirməkdədir. Bu gün də Texnopark quraraq Prezidentimiz İlham Əliyevin ideyası olan qeyri-neft sektorunun inkişafı istiqamətində işlər görülür. Koç Sistem rəhbərliyinə də bu işdə bizə dəstək olduqları üçün təşəkkür edirəm.
Koç Sistem Azərbaycan şirkətinin baş direktoru prof.dr. Ali Bülent Kutvan qarşılıqlı əməkdaşlığrın uğurlu perspektivlərindən bəhs edərək, ölkədə yüksək texnologiyaların inkişafına veriləcək töhfələrən danışıb. Qafqaz Universiteti Texnoparkında KoçSistem Azərbaycan MMC açdığı Tədqiqat Mərkəzinin əsas mədsədi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının reallaşmasında iştirak etmək, ölkənin rəqəmsallaşması prosesinə dəstək verməkdir. Həmçinin Azərbaycanın bütün bölgələri, ümumiyyətlə Qafqaz bölgəsi üçün özəl və dövlət qurumlar üçün idarəetmə modelləri təqdim etməyə hazırlaşırıq. Biz xidmətimizi daha genişləndirib, qlobal bazara çıxmağı hədəfləyirik. Hədəfimiz yerli məhsullar istehsal etmək və bunu Azərbaycan adı ilə dünyaya təqdim etməkdir”.
KoçSistem 2001-ci ildə ODTÜ Texnoparkında-də başladığı ARGE xüsusiyyətli fəaliyyətlərinə 2008-ci ildə İstanbulda meydana gətirdiyi Türkiyənin proqram təminatı sahəsindəki ilk və ümumi mənadakı 16-cı ARGE və İnnovasiya Mərkəzi ilə davam edir. KoçSistem ARGE və İnnovasiya Mərkəzi, sabahın ehtiyaclarına bu gündən həll yaradan 100-dən çox ARGE mühəndisi ilə gələcəkdə yerli və qlobal bazarların tələbinə, həm sektorun, həm də Azərbaycanın inkişafına xidmət edəcək və rəqabət üstünlüyü təmin edəcək layihələr icra edir. Bu gün QUtechnoparkda açılışını etdiyimiz Tədqiqat Mərkəzini bu istiqamətdə fəaliyyət göstərəcək. Tələbələr burada təcrübə keçəcək, parttaym içləyəcək, bizdə gənclərin yeni ideya və fikirlərindən istifadə edəcəyik.
Akademik Ziyad Zəmədzadə: Mən çox sevinirəm ki, bu gün Azərbaycan sənayesinin tarixində belə bir hadisənin baş verməsi mərasimində iştirak edirəm. Artıq çox gözəl çıxışlar etdilər. Dünya miqyasında normal fəaliyyət göstərmənin şərtlərini göstərdilər və bu şərtlərdən biri də heç şübhəsiz ki, rəqabətə davamlı iqdisadiyyat və sənaye sahəsi yaratmaqdır. Azərbaycanda bu istiqamətdə son illərdə çox işlər görülmüşdür. Qlobal sarsıntılara baxmayaraq Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir, neft faktorundan asılılığın azaldılması istiqamətində ciddi addımlar atılır və cənab Prezidentin təhsilin inkişaf strategiyası ilə bağlı imzaladığı sərəncamda da göstərilir ki, təhsil real iqtisadi həyatla əlaqələndirilməlidir. Qafqaz Universiteti dünyanın aparıcı Universitetlərindən birinə çevrilmək ərəfəsindədir. Biz çox sevinirik ki, artıq burada Abşeron rayonunda böyük gələcəyi olan bir Universitet yaradılıb və yarandığı gündən innovativ düşüncələr istiqamətində də böyük işlər görülür. 
Azərikimya İstehsalat Birliyi Müşahidə Şurasının sədri Muxtar Babayev : “ 6 ildir ki, Qafqaz Universiteti ilə sıx əməkdaşlıq edirik və buraya yaxşı bir kadr mənbəyi kimi də baxırıq. Qafqaz Universitetini bitirmiş onlarla mütəxəssis artıq AİB-in zavodlarında çalışır.Biz o kadrların hazırlığından çox razıyıq. Hesab edirəm ki, bu günki, açılış, Texnoparkın inkişaf etdirilməsi Unuvrsitetin maddi-texniki infrostruktur bazasının genişləndirilməsinə və bu da tələbələrin hazırıq səviyyəsinin artmasına təkan verəcəkdir. İnanıram ki, bu günki açılış, iş dünyası Universitet əlaqələri daha da inkişaf etdiriləcək və Kimya sənayesinin ehtiyacı olan kadrların hazırlanmasına da kömək edəcək.
Çıxış edənlər qeyd etdilər ki, universitetlərdə innovasiyaların inkikşafına verilən əhəmiyyət təqdirə layiq hal olmaqla, həm də ölkə prezidenti Cənab İlham Əliyevin qarşıya qoyduğu, neft kapitalının insan kapitalına çevrilməsi hədəfinə uyğun hesablanmış fəaliyyətlərdir.
KoçSistem Türkiye Araşdırma - Gəlişdirmə ve İş Uyğulamaları üzrə Direktru Ömer Özgür Çetinoğlu ;”Bu gün Türkiyədən buraya Texnoparkda tədqiqat mərkəzimizin açılışı üçün gəlmişik. Bizim şirkətin Texnoparklarda olan ikinci fəaliyyətidir və bizim Qafqaz Universitetinə olan etimadımızdır.
Təbrik və məruzələrdən sonra qırmızı lent kəsildi və, qonaqlar tədqiqat mərkəzi ilə tanış oldular. Qeyd edək ki, Koç Sistem QUTexnopark-da fəaliyyət göstərən müxtəlif şirkətlərdən biridir.
 

Ziyad Səmədzadə: “Təhsil real iqtisadi həyatla əlaqələndirilməlidir”

Ziyad Səmədzadə: “Təhsil real iqtisadi həyatla əlaqələndirilməlidir”
Ahmet Saniç: “Qafqaz Universiteti illərdir Prezident İlham Əliyevin neft kapitalını insan kapitalına çevirməliyik yönündə ideyalarını həyata keçirməkdədir”.
 
Dünən Qafqaz Universitetinin Texnoparkında “KoçSistem Azərbaycan” MMC-nin Tədqiqat Mərkəzi açıldı. Bu münasibətlə keçirilən tədbirdə bildirildi ki, əsas məqsəd “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının reallaşmasında iştirak etmək, ölkəmizin rəqəmsallaşması prosesinə dəstək verməkdir.
Qafqaz Universitetinin rektoru, prof. dok. Ahmet Saniç çıxışında bu mərkəzin əhəmiyyətindən danışdı: “Güclü ölkələrin güclü universitetləri olur. Güclü universitet olmağın ən önəmli şərtlərindən biri isə sənaye və iş dünyası ilə əməkdaşlıq etməkdir. Güclü sənaye müəssisələrinin olması və onların fəaliyyətlərində uğur qazanmasının şərtlərindən biri isə universitetlərlə əməkdaşlıq etmələridir. Bu əməkdaşlıq yüksək səviyyədə olarsa, iqtisadiyyat və sənayenin inkişafı baxımından güclü bir ölkə formalaşacaqdır. Qafqaz Universiteti illərdir Prezident İlham Əliyevin neft kapitalını insan kapitalına çevirməliyik yönündə ideyalarını həyata keçirməkdədir. 5 mindən artıq məzunumuz Azərbaycan və dünyanın 67 ölkəsində ya çalışmaqda, ya da magistratura və doktorantura təhsili almaqdadır. Texnoparklar quraraq yenə də Prezidentimiz İlham Əliyevin ideyası olan qeyri-neft sektorunun inkişafı mövzusunda çalışmaları davam etdiririk. “Koç holdinq” Türkiyə Cümhuriyyətinin qurulmasından etibarən bu ölkənin sənayesinə böyük xidmətlər göstərib, iş həyatında daima profesionallığı təmsil edib. Bu şirkətin 90 illik təcrübəsini Azərbaycanımıza gətirməsi baxımından bugünkü tədbirimiz çox önəmlidir. Universitetimizin professor, müəllim, tələbə heyəti bu təcrübələrdən yararlanmaqla yanaşı, bu şirkət də universitetimizin potensialından faydalanacaq, innovasiya və istehsal baxımından müsbət enerji bəxş edəcəkdir”.
“KoçSistem Azərbaycan” MMC-nin direktoru prof., dok. Ali Bülent Kutvan isə çıxışında dedi ki, təmsil etdiyi şirkət Azərbaycanın bütün bölgələri, ümumiyyətlə, Qafqaz bölgəsi üçün özəl və dövlət qurumları üçün idarəetmə modelləri təqdim etməyə hazırlaşır: “Biz xidmətimizi daha genişləndirib, qlobal bazara çıxmağı hədəfləyirik. Hədəfimiz yerli məhsullar istehsal etmək və bunu Azərbaycan adı ilə dünyaya təqdim etməkdir. Bununla Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan vermək istəyirik”.
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə: “Mən çox sevinirəm ki, Azərbaycan iqtisadiyyatı, Azərbaycan sənayesinin tarixində yeni bir hadisənin baş verməsi mərasimində iştirak edirəm. Müasir dövrümüzdə ən önəmli məsələlərdən biri də rəqabətə davamlı iqtisadiyyat, rəqabətə davamlı sənaye sahəsi yaratmaqdır. Azərbaycanda son illərdə bu istiqamətdə böyük işlər görülür. Dünyada baş verən qlobal sarsıntılara baxmayaraq, Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir. Ölkəmizdə neft faktorundan asılılığın aradan qaldırılması istiqamətində cəsarətli addımlar atılır. Cənab Prezidentin təhsilin inkişaf strategiyası ilə bağlı imzaladığı sərəncamda birbaşa göstərilir ki, təhsil real iqtisadi həyatla əlaqələndirilməlidir. Qafqaz Universiteti dünyanın aparıcı universitetlərindən birinə çevrilir. Biz çox sevinirik ki, artıq Abşeron rayonunda böyük gələcəyi olan universitet yaradılıb. Qafqaz Universiteti yarandığı gündən innovativ düşüncə, kreativ düşüncələr istiqamətində də böyük işlər görür və biz bunun bu gün əyani şahidiyik. Biz Milli Məclisin İqtisadi siyasət komitəsi olaraq bu universitetlə təmasda olacağıq, Azərbaycanda innovativ iqtisadiyyatın inkişafı istiqamətində qanunvericilik bazasının təkmilləşməsi üçün bu təcrübədən istifadə edəcəyik. Fürsətdən istifadə edərək, bir daha Qafqaz Universitetinin rəhbərliyinə, “KoçSistem Azərbaycan” MMC-nin rəhbərliyinə uğurlar arzulayıram”.
Azərbaycan Dövlət Neft Şirkətinin “Azərkimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Qafqaz Universitetinin Texnoparkında “KoçSistem Azərbaycan” MMC-nin Tədqiqat Mərkəzinin açılmasını mühüm hadisə adlandırdı: “Biz 6 ildir ki, Qafqaz Universiteti ilə çox sıx əməkdaşlıq edirik, dostluq edirik. Biz Qafqaz Universitetinə yaxşı bir kadr mənbəyi kimi də baxırıq. Burada yetişmiş onlarla mütəxəssis artıq kimya zavodlarında çalışır. Biz onların həm hazırlığı ilə, həm mühəndislik işləri görməsi bacarığı ilə tanışıq və onlardan çox razıyıq. Yeni açılan mərkəz də inanıram ki, tələbələrin hazırlanmasında öz effektini verəcəkdir”.
http://zaman.az/az/newsDetail_getNewsById.action?newsId=73853

5 Haziran 2015 Cuma

Ekspert TV-dən yeni layihə
  Artıq ali məktəblərə qəbul imtahanlarının start götürdüyü və abituriyentlərin ixtisas seçimi haqda daha ciddi düşünməyə başladığı bir dövrdə QU Texnopark rezidenti Millibayt nəzdində fəaliyyət göstərən Ekspert TV onların düzgün seçim etməsinə şərait yaratmaq məqsədilə yeni layihə həyata keçirir. Layihə Qafqaz Universiteti akademik heyəti tərəfindən ixtisaslar haqda əsas məlumat, onların tədrisi, ixtisasın praktikası, ona ehtiyac duyulan sahələr, gələcək iş imkanları barədə mühim bilgilərin video vasitəsilə auditoriyaya təqdim olunmasını nəzərdə tutur. Beynəlxalq münasibətlər, Mühasibat uçotu və audit, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi, Sənayenin təşkili və idarə olunması kimi bir çox mühəndislik, pedaqoji, iqtisadi və idarəetmə ixtisaslarının çəkilişi artıq yayımlanmışdır. Layihə hazırda uğurla davam etməkdə və abituriyentlərin, eləcə də orta məktəb müəllimləri və valideynlərin böyük marağına səbəb olmaqdadır. Layihə üzrə videoları izləmək istəyən şəxslər eksperttv.az saytında yerləşən Təhsil və Karyera sütunundan istənilən videonu seçə bilərlər. Layihənin ən böyük üstünlüklərindən biri məlumatları video vasitəsilə yayımlayaraq ixtisas seçimi kimi önəmli məsələnin həlli zamanı abituriyentlərə zamandan əlverişli şəkildə yararlanmaq şansı yaratmaqdır.  
 Qeyd edək ki, Ekspert TV birbaşa olaraq mütəxəsislərin dilindən müxtəlif sahələrdə izləyiciləri maraqlandıran suallara görüntülü şəkildə cavab verən internet portalıdır. Öz videoları ilə bütün yaş qrupu nümayəndələrinin suallarını cavablandırmağı nəzərdə tutan Ekspert TV yayımlanan videoların sayını müntəzəm olaraq artırmaqla istifadəçilərin üçün təmin etdiyi imkanları günbəgün daha sərfəli edir.

27 Mayıs 2015 Çarşamba

“Qafqaz” 18-ci məzunlarını yola saldı FOTOLAR








Qafqaz Universitetində “Qafqazdan dünyaya” adlı 18-ci məzuniyyət proqramı keçirilib. 
 
1993-cü ildə müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin razılığı ilə fəaliyyətə başlayan Qafqaz Universiteti hər il olduğu kimi bu il də məzunlarını böyük qürurla yola salıb. Təhsil aldıqları müddətdə onlarla yaxın ünsiyyətdə olan universitet rektoru, professor Ahmet Saniç məzunlara ürək sözlərini bildirib: “Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi: “Təhsil bir millətin gələcəyidir”. XXI əsr elm, texnologiya əsridir. Bu əsrdə siz gənclər görəndə Azərbycanın layiq olduğu zirvəyə çatacağına insanın şübhəsi qalmır. Və düşünürəm ki, gələcək Azərbaycan siz gənclərin, siz məzunların əlindədir. Sizə arzum odur ki, bilik və bacarıqlarınızı, Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafına həsr edəsiniz. Yolunuz və bəxtiniz açıq olsun”. Çıxışının sonunda rektor valideynlərin universitetə əmanət etdikləri övladlarını onlara qürurla təqdim etdiyini də dilə gətirib.
Məzunlari təbrik üçün kürsüyə çıxan Milli Məclisin deputatı Fazil Mustafa ürək sözlərini belə ifadə edib: “Qafqaz Universiteti elə bi təhsil verir, tələbələrlə elə ünsiyyətə girir ki, hesab edirəm ki, bu tələbələr və ya məzunlar universitetin haqqını verməlidirlər. Mən düşünmürəm ki, “Qafqaz” mühitində təhsil almış tələbələr bu haqqı unutsunılar”.
Təhsil Nazirliyinin nümayəndəsi Sülhəddin Gözəlov Abşeron Rayon İcra Hakimiyyətinin başcısının müavini Fuad Cəbrayılov və çıxış edən digər natiqlər də tələbələri təbrik edib və onlara uğurlar arzulayıb.
Məzunlara təbrik sözləri ilə yanaşı, onlara mükafatlar da təqdim olunub. Həmçinin təhsil aldıqları müddətdə qazanılan uğurlar qiymətləndirilib, universitet, fakültə, bölüm birinciləri müəyyən olunub. Mövcud olan ən yüksək balı toplayaraq universitet birincisi olan Mühəndislik fakültəsi Sənayenin təşkili və idarəolunması, (ingiliscə) bölümünün məzunu Hüseyn Abdulla da öz hisslərini ifadə edərkən Qafqaz Universitetinə və onun müəllimlərinə olan sevgisini də dilə gətirib: “5 il öncə bu universitetə qeydiyyatdan keçmək üçün gələndə ən uğurlu məzunların adını “Məzun kötüyü”nün üzərində görmüşdüm. O zaman özümə sual etmişdim, görəsən mənim də adım bura yazıla bilərmi? Çox sevinirəm ki, bu arzum bugün gerçəyə çevrildi. Bunun üçün dəyərli müəllimlərimə və Qafqaz ailəsinə borcluyam. Sizlərə söz verirəm ki, dünyanın hansı nöqtəsndə olmağımdan asılı olmayaraq Qafqaz adını uca tutacam və mənə olan etimadınızı doğruldacam”.
Qeyd edək ki, bu il Qafqaz Universitetindən 674 tələbə bakalavr pilləsindən, 286 tələbə isə magistr pilləsindən  məzun  olub.
































25 Mayıs 2015 Pazartesi

Biznes inkubator – gənclərə yeni imkan

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişaf, makroiqtisadi sabitlik təmin edilmiş, əlverişli biznes və investisiya mühiti yaradılmış, sahibkarlıq fəaliyyəti genişləndirilmişdir. Bu gün iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdəndir və bu sahədə özəl sektor xüsusi rol oynayır. Dövlət başçısının "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq, Azərbaycanda innovativ sahibkarlığın stimullaşdırılması üçün özəl bölməyə xüsusi diqqət göstərilir, müxtəlif istiqamətlər üzrə dövlət dəstəyi tədbirləri davam etdirilir. Bu siyasətə uyğun olaraq, ölkəmizdə investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün müvafiq innovasiya strukturlarının - innovasiya mərkəzlərinin, biznes-inkubatorların, texnoparkların yaradılması nəzərdə tutulur və artıq bu sahədə əhəmiyyətli işlər görülmüşdür. Belə ki, hazırda ölkəmizdə Sumqayıt Texnologiyalar Parkı fəaliyyət göstərir, Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Yüksək Texnologiyalar parklarının təşkili istiqamətində müvafiq işlər görülür.
biznes-inkubator-1
Azərbaycanda biznes inkubatorların yaradılması istiqamətində də tədbirlər həyata keçirilməkdədir. Belə ki, gənclərin məşğulluğunun təmin edilməsi, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsinin təşviq olunmasına dair Azərbaycan Respublikasının Prezidentinin müvafiq tapşırıqlarını və müxtəlif dövlət proqramlarında biznes inkubatorların yaradılmasına dair müəyyən olunmuş tədbirlərin icrasını təmin etmək məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 2013-cü ildən "Azərbaycan gənclərinin sahibkarlıq fəaliyyətində iştirakının dəstəklənməsi layihəsi"nin icrasına başlanılmışdır. Layihə çərçivəsində təşəbbüskar gənclər üçün biznes inkubatorların yaradılması da nəzərdə tutulmuşdur. Biznes inkubatorların yaradılması ilə ölkəmizdə sahibkarlığa göstərilən dövlət dəstəyi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirləri davam etdiriləcək, innovativ və perspektivli biznes sahələrinin inkişafına, biznes-inkubator-2eləcə də gənclərin məşğulluq səviyyəsinin artırılmasına nail olunacaqdır.
Yeri gəlmişkən qeyd edək ki, biznes inkubator - başlanğıc mərhələdə kiçik sahibkarlığın yaranması üçün onlara icarə üçün yer verən, məsləhət, hüquqi, mühasibat və digər xidmətlərlə kömək edən təşkilatdır. İlk biznes inkubatorlar ötən əsrin 50-ci illərində ABŞ-da meydana gəlib. Hazırda biznes inkubatorlar bütün dünyada mövcuddur və müvəffəqiyyətlə fəaliyyət göstərir. Ümumiyyətlə, biznes inkubatorlarda sahibkarlıq fəaliyyətinə yeni başlayanlara müxtəlif xidmətlər göstərilir və hər bir inkubatorda bu xidmətlərin sayı fərqli olur. Biznes inkubatorlarda göstərilən başlıca xidmətlər əsasən, ofisin zəruri avadanlıqlarla təmin olunması, mühasibat uçotunun, kargüzarlığın aparılması, biznesin irəliləməsi strategiyasının hazırlanmasında məsləhətlər, sərmayə axtarışı, biznesin aparılması və bu sahədə uğura nail olunması üçün müxtəlif təlimlərin, seminarların keçirilməsi və digər xidmətlərdir.
Artıq Azərbaycanda da biznes inkubatorun yaradılması istiqamətində ilk addım atılmışdır. Sentyabrın 10-da Xaçmaz rayonunda Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində biznes inkubator fəaliyyətə başlamışdır. Biznes inkubatorun yaradılmasının əsas məqsədi biznes-inkubator-3Quba-Xaçmaz iqtisadi rayonunda gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsidir. Məlumat üçün qeyd edim ki, son dövrlərdə bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilməkdədir. Belə ki, ölkədə gənclərin iqtisadi fəallığının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi məqsədilə 2002-2014-cü illər ərzində 3040 gənc sahibkara 278,4 milyon manat həcmində güzәştli kreditlәr verilmişdir ki, bu da 13 minə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Bundan başqa, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi üçün müxtəlif maarifləndirmə tədbirləri keçirilir, Almaniya-Azərbaycan ikitərəfli Proqramı çərçivəsində sahibkarlar və gənc menecerlər Almaniyaya ixtisasartırma kurslarına göndərilir. 2009-2014-cü illərdə 200-ə yaxın sahibkar və gənc menecer Almaniyanın müxtəlif şəhərlərində ixtisasartırma kursu keçmişdir. Görülmüş işlərin nəticəsidir ki, son illər sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar arasında gənclərin sayının artması müşahidə edilir.
Biznes inkubatorda fəaliyyət göstərəcək iştirakçılar bu ilin iyul ayında İqtisadiyyat və Sənaye, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən ibarət komissiya tərəfindən seçilmişdir. Ümumilikdə, biznes inkubatorda ilkin olaraq 20 gənc turizm, istehsal, kənd təsərrüfatı və xidmət sahələrində sahibkar kimi biznes-inkubator-4hazırlanacaq. Biznes inkubatorun fəaliyyəti üçün Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin 2 mərtəbəsində 500 kv metrə yaxın sahə ayrılmış və müasir tələblərə cavab verən ofis avadanlıqları ilə təchiz olunmuşdur. Burada gənclərə sahibkarlıq fəaliyyətinə başlamaq üçün nəzəri və praktik məlumatlar veriləcək, biznesin planlaşdırılması və idarə edilməsi, investisiya layihələrinin və biznes planların hazırlanması, marketinq araşdırmalarının aparılması, sərgilərin təşkili, potensial biznes tərəfdaşlarla əlaqələrin qurulması və digər məsləhət xidmətləri göstəriləcəkdir. Sonda verilmiş biliklərin gənclər tərəfindən mənimsənilməsi səviyyəsinin öyrənilməsi üçün monitorinqlərin keçirilməsi, nəticələrin təhlili və qiymətləndirilməsi planlaşdırılır.
Biznes inkubator Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış müvafiq tədris plan və proqramları, eləcə də zəruri metodiki vəsaitlərlə təmin olunmuşdur. Yerli mütəxəssislərlə yanaşı, gələcəkdə biznes inkubatorda xarici ekspertlərin fəaliyyəti də nəzərdə tutulur. Bundan başqa, biznes inkubator iştirakçıları fəaliyyət göstərdikləri sahələr üzrə gələcəkdə xarici ölkələrin müəssisələrində ixtisasartırma keçəcək, onlarla biznes əlaqəsi qurmalarına köməklik göstəriləcəkdir.
Xaçmazda biznes inkubatorun yaradılması sahibkarlığın inkişafına, xüsusilə gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsinə göstərilən növbəti dəstək tədbiridir. Biznes inkubator Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlığı daha da inkişaf etdirməklə yanaşı, innovativ və perspektivli biznes sahələrinin inkişafına töhfə verəcək, regionda məşğulluğun artırılmasında əhəmiyyətli olacaqdır.
Bu layihənin davamı olaraq, Balaxanı Sənaye Parkında, Sumqayıt Kimya Sənaye Parkında, Aran Regional İnkişaf Mərkəzində və s. biznes inkubatorların yaradılması nəzərdə tutulur.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
15-
16
17-
18
19