26 Şubat 2015 Perşembe

Tələbələrimiz CFA Research Challenge yarışmasında iştirak etdi

Tələbələrimiz CFA Research Challenge yarışmasında iştirak etdi
İlk dəfə olaraq Azərbaycan tələbələrinin iştirakı ilə keçirilən “CFA Research Challenge” müsabiqəsinin İstanbul lokal turuna yekun vuruldu.
2002-ci ildən etibarən təşkil olunan yarışma, hər il dərəcəsindən asılı olmayaraq komanda şəklində 55-dən çox ölkədə 800-dən artıq universitetin və 10 minlərlə tələbənin iştirakı ilə, tələbələrin maliyyə analizi bacarıqlarının nümayişi üçün keçirilir.  Yarışma ardıcıl olaraq 3 səviyyədə - CFA İnstitutuna üzv olan yerli cəmiyyətlərin təşkilatçılığı ilə lokal, CFA İnstitutunun bilavasitə ev sahibliyi ilə regional və qlobal səviyyədə keçirilir. Yarışmada iştirakçılardan hər hansı bir yerli (lokal) şirkətin dolğun maliyyə analizini aparmaq və analizin nəticələrinə uyğun hesabat və təqdimat hazırlamaq tələb olunur.
Qafqaz Universitetinin təşəbbüskarlığı ilə, universitetin Sahibkarlığın İnkişafı və Tədqiqatlar Mərkəzinin tələbə üzvlərinin sözügedən yarışmada iştirakını səhm bazarının fəaliyyət səviyyəsinə görə maliyyə bazarları inkişaf etməkdə olan Azərbaycan üçün uğurlu bir addım hesab etmək olar. İstanbul CFA cəmiyyətinin həyata keçirdiyi Türkiyədaxili turnirə qatılan komandamız “Turkcell”MMC-nin maliyyə analizi və CFA standartlarına uyğun hesabatını hazırlamış və lokal turnirin final mərhələsinə qədər irəlilələyərək 19 fevral 2015-ci il tarixində keçirilən finalda uğurla çıxış etmişdir. CFA İstanbul təşkilatını Avropa regional finalında Özyeğin Universiteti təmsil edəcək.
Ölkədə maliyyə analizi sahəsinin inkişafı üçün ixtisaslı kadrların sayının artmasına ehtiyac duyulur ki, bu ehtiyacı qarşılamaq üçün bu sahəyə maraqlı tələbə bazasının praktiki bacarıqlara yiyələnməsi zəruridir.Qafqaz Universitetinin bu istiqamətdə ilk addımı atmaqla gələcəkdə bu tipli müsabiqələrin biləvasitə CFA İnstitutuna üzv cəmiyyət kimi ölkə səviyyəsində təşkil etməsi qarşıda duran əsas məsələlərdəndir.

E-Ticarət Zirvə Toplantısı

E-Ticarət Zirvə Toplantısı Fevral ayının 20-də E-Ticarət İcması və Shopera.az-ın təşkilatçılığı, Kapital Bankın təşkilatı dəstəyi ilə E-Ticarət Zirvə Toplantısı keçirildi. E-TicarətZirvəsi  sahə üzrə mütəxəssislərin təqdimatında panel və müzakirələrdən ibarət olub şirkətlərin 2014-cü il hesabatını, 2015-ci il hədəflərini və 2020-ci ilədək olan strategiyalarnın müzakirəsini əhatə etmişdir. Azərbaycan elektron ticarət sahəsində faəliyyət göstərən şirkət və bankların iştirak etdiyi Zirvədə QUTechnopark nümyəndəliyi də iştirak etmişdir. Tədbirdə direktor İsa müəllim Qasımov QUTechnopark və YFM-nin E-Ticarət inkişafına verdiyi tövhələr mövzusunda məruzə ilə çıxış etdi. Çıxışının sonunda isə İsa müəllim mövzu ilə bağlı sualları cavablandırdı.

Әsmər Həşimli

Endirim kartından "Kitab dünyası"na gedən yol

Endirim kartından "Kitab dünyası"na gedən yol  Layihəsi haqqında məlumat verəcəyimiz şəxs Qafqaz Universiteti Biznesin idarə edilməsi və təşkili üzrə son kurs tələbəsi, "Kitab dünyası" layihəsinin təsisçisi Əyyub Hüseynzadədir. Əyyub bəy layihəsinin necə ideyadan əmələ çevrildiyi, qarşılaşdığı uğursuzluqları necə dəf etməsi, bu günə qədərki fəaliyyət yolu, üzləşdiyi əsas çətinliklər, QU Texnoparkın layihəsinə verdiyi töhfələrdən bəhs etdi.

Maddi dəstək olmadığı üçün uğursuzluğa uğrayan ilk layihəsi
Əyyub bəy startup olaraq fəaliyyətə başlamaq istədiyi ilk vaxtlarda-2009-cu ildə 4 nəfərlik bir komanda ilə yola çıxmışdı. Qafqaz Universiteti Dil hazırlığı kursunda təhsil alan kompyuter mühəndisliyi, maliyyə, kimya mühəndisliyi bölümlərindən iştirak edən tələbələr bir ideya ətrafında birləşmişdi. Tələbələr vebsayt açmağı və istifadəçilərin həmin vebsayt vasitəsilə əldə etdikləri kodu mağaza, otel, restoran, istirahət mərkəzi kimi yerlərə təqdim edəcəkləri təqdirdə müxtəlif endirim paketlərindən yararlanacaqlarını planlaşdırırdılar. Maraq isə həm saytın tanınması, həm də şirkətlərdən əldə olunacaq gəlir idi. Layihə heç bir maddi dəstəyə malik deyildi və ona başlamaq üçün yalnızca tələbələrin o vaxta qədər şəxsi büdcələrinə yığdığı müəyyən miqdarda puldan söhbət gedə bilərdi. Vebsayt- reklamline.az Türkiyədə təhsil alan bir tələbə tərəfindən quruldu və bir müddət fəaliyyət göstərdi. Hətta iki şirkət artıq tərəfdaşlıq etməyə razılıq vermişdi. Lakin dəstək olmadığı halda təməl sistemi qurmaq heç də asan olmadığından layihə fəaliyyətini dayandırdı.

Cəhdlər davam etdikcə maneələr artır
Bir qədər araşdırmadan sonra komandadan 2 nəfər 2 həftəlik e-ticarət təhsili üçün Türkiyəyə getməyə qərar verdi. Orada tamamilə fərqli, bir növ holdinq qurdular: "Dərələyəz holdinq". Dondurulmuş toyuqlar Türkiyə və Azərbaycandan alıb Avropa bazarına satılacaqdı. Bunun üçün tələbələr Türkiyənin xarici ölkələrdə olan səfirliklərinin nəzdində fəaliyyət göstərən ticarət müşavirlikləri ilə əlaqə saxladılar. Onlara özlərini Türkiyədə toyuq istehsal edən firma kimi təqdim edib onlardan market və topdansatış mərkəzlərinin siyahısını göndərmələrini xahiş etdilər. Böyük mağazalardan cavab gəldi: Ərəbistandan siyahı göndərildi, İndoneziyada toyuq idxalına embarqo qoyulmuşdu, Misirdən birbaşa zəng edildi, Türkiyədən belə toyuq istədilər, Hollandiyadan həmçinin müsbət cavab gəldi, Rumıniyada həmin vaxt at əti məsələsi var idi deyə 200 tona yaxın toyuq sifariş verildi. Daha sonra həmin 2 nəfər Azərbaycana gəldi. Bir neçə broyler şirkətinin rəhbərliyi ilə görüşdülər. Lakin çox gənc olduqları üçün onların fikirləri və cəhdlərini ciddi qəbul etmədilər. Nəticə etibarilə, artıq Əyyubgil bu işi kənara qoymaq qərarına gəldi. Maraqlıdır ki, Türkiyəyə fərqli ideya ilə getmişdilər, orada isə tam fərqli işlə məşğul oldular. Lakin artıq maddi baza tükənməkdə idi. Gəldikdən sonra isə sektoru tərk etməli olduqları qənaətinə gəldilər.

Müəllim vərdişinin izində yeni bir qapı
Indi isə lap əvvələ qayıdaq. Qafqaz Universiteti Dil hazırlığı kursunda Əyyubun müəllimi Birol Topuz bəy öz nitqlərinin birində işə gəlib-gedərkən uzun yolda vaxtını səmərəsiz sərf etməmək üçün kitab oxuduğunu qeyd etdi. Bu sözlər Əyyubu bir növ sarsdı və o, bu vərdişi öz həyatına tətbiq etmək qərarına gəldi. Artıq Əyyub bu hadisədən sonra davamlı olaraq kitab oxuyurdu. O vaxtdan bu günə qədər sadəcə ictimai nəqliyyatda bitirdiyi kitabların sayı 70-dən artıqdır. Seçdiyi kitablar isə məşhur iş adamlarının öz bizneslərini qurarkən üzləşdiyi çətinliklər və onların həmin problemlərə necə həll yolu tapmasından, bir sözlə biznesin inkişaf yolundan bəhs edirdi. Hazırda böyük holdinqə malik insanların kiçik maddi baza ilə qurduqları biznesi qurtarmaq üçün qarşılaşdığı uğursuzluqları əzmkarlıqla dəf etməsi Əyyuba xüsusi motivasiya verirdi. Ancaq bir məsələ var idi ki, aldığı kitabların sayının getdikcə artması maddi cəhətdən problem yaradırdı. Kitab isə onun üçün artıq bir ehtiyaca çevrilmişdi. Bu zaman Türkiyədən kitabı necə gətirəcəyii bildiyi üçün kitab sifariş verib, onları satıb, əldə edəcəyi pulla isə öz kitab ehtiyacını qarşılamağı düşündü. İşi davam etdirə bilmək üçün yenə də maddi dəstəyə ehtiyacı oldu. Və Əyyub bir daha eyni səbəbdən layihəsinin fəaliyyətinin dayanmasına şahid oldu. Lakin yenə də davamlı olaraq digər sektorları araşdırmaqda idi. Elə bu vaxt İsa müəllim Qasımova rast gəldi.

QU Texnopark arzularını realllığa çevirdi
Onunla görüşündə öz layihəsindən bəhs etdi və maddi dəstəyə ehtiyacı olduğunu qeyd etdi. Isa müəllim layihəyə investisiya yatırmaq fikrinə razılıq verdi. Bununla da "Kitab dünyası"nı təsis edildi. Facebook səhifəsi yaradıldı, universitet kitabxanası ilə razılaşma əldə olundu. Vebsayt QU Texnoparkın rezidenti olan Mina Group tərəfindən yığıldı. Beləliklə də iş ərsəyə gəldi. Hazırda isə layihə uğurla fəaliyyət göstərir.

Girişimcimizin üzləşdiyi əsas problemlər
Əyyub bəyin qarşılaşdığı əsas çətinliklərdən biri komandasının dağılması oldu. Üzvlər heç də hamısı eyni dərəcədə yüksək səylə işləməyi qəbul etmirdi. İkinci və ən böyük səbəb isə təbii ki, maddi çətinlik idi.

QU Texnoparkın böyük dəstəyi
QU Texnoparkın yaratdığı imkanlara gəlincə, hazırda Texnopark "Daxili startuplara dəstək" layihəsi çərçivəsində "Kitab dünyası"na dəstək verir. Maddi dəstəkdən əlavə, QU Texnopark mühitinin mənəvi dəstəyi çox nəmlidir. Həmçinin kitab stendi üçün yer ayrılması da mühüm əhəmiyyət kəsb edir, çünki QU Texnoparka gələn qonaqlar da layihə ilə yaxından tanış olur.

Girişimci olmaq istəyənlərə məsləhəti

Startup fəaliyyətinə başlamaq istəyənlərə isə Əyyub bəyin məsləhəti ondan ibarətdir ki, stereotiplərdən qurtulsunlar. Məsələn, ölkəmizdə kitab oxuyanların say azlığına inanan şəxslər mövcuddur. Amma "Kitab dünyası" öz fəaliyyəti ilə onlara bu qəlibləşmiş düşüncələrin yanlış olduğunu sübut edir. Belə ki, kitab satışının irəliləməsi yeni nəslin kitaba olan marağının bariz təzahürüdür. Son olaraq, əgər görmək istədiyiniz işə həqiqətən inanırsınızsa, səhv etsəniz belə, o işə başlamağa dəyər. Xüsusilə, tələbəlik dövründə qayğılarımızın az olduğu vaxtda bu fürsəti dəyərləndirmək lazımdır.
Əsmər Həşimli

25 Şubat 2015 Çarşamba

Allahdan rəhmət, yaxınlarına səbir diləyirik

Hörmətli dostlar,
Çox üzücü bir xəbəri sizinlə paylaşırıq. Hamımızın yaxından tanıdığı, illərdir Universitetimizdə çalışan Universitetimizin İnzibati işlər idarəsi Texniki şöbənin işçisi İmran Allahyarov dünən gecə vəfat etmişdir.
Mərhuma Allahdan rəhmət, yaxınlarına səbir diləyirik.
Allah cənnət nəsib etsin İnşaallah.

22 Şubat 2015 Pazar

Xocalı əsrin faciəsidir

Ötən əsrin ən ağır faciəsi, qəddarlığı, amansızlığı ilə Naqasaki, Xirosima, Xatın soyqırımları ilə bir sırada dayanan Xocalı qətliamı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini zəbt etmiş erməni təcavüzkarları 613 dinc sakini, o cümlədən 106 qadını, 63 uşağı və 70 ahıl insanı amansızlıqla, 56 nəfəri xüsusi qəddarlıq və işgəncə ilə qətlə yetirdilər. 1275 nəfərin əsir götürülməsi ilə nəticələnən azğın erməni hərbçilərinin amansız insan "ovu" 150 günahsız insanın itkin düşməsi, 76-sı azyaşlı uşaq olmaqla 487 nəfərin ömürlük şikəst olması ilə nəticələndi. Amansız qətllərlə dünya tarixində silinməz izlər buraxan Xocalı soyqırımı əslində, erməni təcavüzkarlarının yalnız Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı ən ağır cinayəti, insanlığa yönəldilmiş qəddarlıq təcəssümü idi.

 

“Xocalı soyqırımı xalqımızın qan yaddaşıdır”


 


QUTechnopark "Sağlam qida və aşçılıq sənəti" seminarını keçirdi

QUTechnopark "Sağlam qida və aşçılıq sənəti" seminarını keçirdi

    Fevral ayının 21-də QUTechnoparkın təşkilatçılığı ilə "Təşəbbüskarlıq seminarları" layihəsi çərçivəsində yeni bir seminar həyata keçirildi. Qonağımız MADO-nun baş aşçısı, "Möcüzə ləzzətlər" verilişinin teleaparıcısı, "Dünya Aşpazlar Cəmiyyəti"nin jüri üzvü, "Ustad sənətkar", "Qızıl əllər" mükafatları, "Sərhəd tanımayan şef" dərəcəsi və Azərbaycanda qida sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə Azərbaycan Bayrağı Ali Diplomuna layiq görülmüş, sahəsi üzrə Azərbaycanın ən professional mütəxəsislərindən olan Mübariz Vəliyev olmuşdur. Şef Mübariz sağlam qidalanma ilə sağlam nəsil anlayışları arasındakı ayrılmaz əlaqə, zərərli qidanın xəstə ruha gətirib çıxarması, onlarla bəslənməyin nəticələri, qida seçimlərimiz bizi sağlam həyatdan məhrum edirmi, dövrümüzdə sağlam qidalanmağımıza mane olan amillər, depressiyaya aparan zərərli qida maddələri , ətrafımızdakılara yardım etməyin verdiyi xoşbəxtli hissi, qənaətcilliyin önəmi, təhsil müəssisələrində azyaşlı və yeniyetmələrə verilən qidaların keyfiyyəti kimi mühüm mövzulardan bəhs etdi. Seminar MADO ilə QUTechnopark-ın ortaq layihəsi əsasında gərçəkləşdi.
  Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin ortaq müzakirələri təmin olunur.
  Şənbə Günləri keçirilən Təşəbbüskarlıq seminarları  müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.

Әsmər Həşimli




20 Şubat 2015 Cuma

QUTechnoparkın startupçı tələbələri

QUTechnoparkın startupçı tələbələri Fevral ayının 20-də QU Texnoparkın startupçı tələbələri Əyyub Hüseynzadə və Murad Həsənzadə ilə görüş keçirildi. Tələbələrimiz yeni fikirlərini, layihələrini bölüşdülər. 
"Kitab dünyası" layihəsinin təsisçisi, "Girişim savaşçısı "şirkətinin Azərbaycan təmsilçisi, Young Career Academy layihəsinin rəhbəri Əyyub Hüseynzadə və Murad Graphic Designer rəhbəri, yeni webi.az layihəsini həyata keçirmək istəyən Murad Həsənzadə üçün yeni imkanların təşkil olunması, layihələrin gələcək fəaliyyəti üçün yeni planların qurulması müzakirə edilmişdir. 
Görüş əsnasında Əyyub bəy yeni həyata keçirdiyi Berke Sarpaşın təqdimatında seminardan dolayı təbrik edilmiş, Murad bəyə isə yeni ideyası webi.az layihəsini gerçəkləşdirməsi üçün lazımi təlimatlar verilmişdir.

18 Şubat 2015 Çarşamba

"BethClip" Dubayda keçiriləcək "STEP Conferance 2015"-də iştirak edəcək

"BethClip" Dubayda keçiriləcək "STEP Conferance 2015"-də iştirak edəcəkQafqaz Universiteti Texnoparkın həyata keçirdiyi Yeni Fikir 2014 Müsabiqəsinin qalibi BethClip lahiyyəsinin Dublində (İrlandiya) keçirilən Web Summit tədbirinə qoşulması və iştirakçılar sırasında olması lahiyyəyə xarici şirkət və investorlar tərəfindən marağın artmasına əsas səbəb olmuşdur.
2014-cü ili bir neçə digər uğurlarla da başa vuran "BethClip"-ə digər uğurlu təkliflər də gəlməkdə davam edir. Belə imkanlardan biri də  2015-ci ilin ilin əlvəlində isə Şərq aləminin WebSummit-i sayılan və "Dubay Silikon Vadisində" adı ilə keçirilən keçirilən "STEP Conterence 2015" proqramının təşkilatçılarından gələn dəvətdir.  "STEP Conterence 2015" proqramının bu ilin Mart ayında Dubayda keçiriləcək. Gələn dəvətə görə "BethClip" Layihəsinin rəhbəri Rəşid Əliyev "STEP Conterence 2015" proqramında iştirak edərək, investor və şirkətlər qarşısında təqdimat etmək hüququ qazanıb.
"STEP Conferance 2015" Proqramı BƏƏ-nin Dubay əyalətində keçirilən ənənəvi startup və İT innovasiyalarının sərgisini keçirməklə, bu sahə üzrə şəbəkələşmənin inkişafını təmin edir.
Tədbirdə " eTohum" biznes inkubatorunun CEO-su Burak Büyükdemir,  "LEGO" və "Nintendo" kimi böyük şirkətlərdə rəhbər vəzifələrdə olmuş Marko Hein, Lean Startup üzrə ekspert Adam Berk, London TechStars direktoru  və bir sıra digər spikerlər də qatılacaq.
TOP investor və biznes xablar (busness hub), şərqin 500 Starups-u sayılan Oasis 500, Türkiyənin eTohum, Avropanın İmpact HUB, BƏƏ-nin Silicon Oasis və digər inkubatorlar da tədbirdə təmsil olunacaqlar.
Tədbiri 40 000 ziyarətçinin ziyarət edəcəyi gözlənilir.
Bu tədbirdə əsaslı şəkildə şəbəkələşmək, partnyor tapmaq, investorlarla danışmaq, məsləhətlər almaq və yeni bazarlar kəşf etmək üçün çox böyük şərait var.
Tədbir Dubayın "böyük" Palma adası ərazisində yerləşən "Dubai İnternational Marine Club"-da keçiriləcək.
Tədbir haqda ətraflı məlumat https://stepconference.com saytından əldə etmək olar.
Tədbirin xeş teqi #STEP2015-dir.


Qafqaz Universiteti AzRoboHack2 elektronika yarışı layihəsini elan edir



AzRoboHack2 Layihəsinin məqsədi respublika universitet tələbəsinin potensialını ortaya çıxarmaq, tələbələrin mueyyen vaxtda çox iş görmək bacarığını inkişaf etdirmək, tələbələrin elektronikaya olan marağını artırmaqdır. Müxtəlif sahələrdə innovativ yanaşmaları ilə fərqlənən Qafqaz Universiteti və QU İKTETM bu layihə ilə Azərbaycanda bir ilkə imza atmışdır.

AzRoboHack2 – Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzinin (QU İKTETM), QUTexnopark, QU Kompyuter Mühəndisliyi bölməsi, IEEE Azerbaijan Chapter-in təşkilatçılığı, AZEL Elektronik LTD, ACCODERS, DNS Computers və CeDAWI-nin sporsonluğu, ExpertTV-nin mətbuati dəstəyi ilə keçirilən elektronika yarışı layihəsidir.

 Önəmli tarixlər
·Qeydiyyat - 17- 25 Fevral
·Seçim müsabiqəsi (Online) - 27 - 28 Fevral
·Qəbul haqqında məlumat – 1 Mart
·Təlimlər –    07.03.2015 (2 saat)
04.04.2015 (2 saat)
11.04.2015 (2 saat)
·Final -           2 May
  
Qeydiyyat
 Layihədə iştirak etmək uçün qeydiyyat formasını buradan doldura bilərsiniz = > QEYDIYYAT

Mükafatlandırma və sərgi
Münsiflərin dəyərləndirməsi əsasında ilk üç yeri tutan komandalar pul mükafatı qazanacaqlar:
·Birinci yer – 500 manat və Arduino Kit 
·İkinci yer –  300 manat və Arduino Kit
·Üçüncü yer – 200 manat və Arduino Kit
Digərlər iştirakçılara həvəsləndirici mükafat və sertifikatlar.


Layihədə iştirak şərtləri:
·Layihədə bütün Azərbaycan universitetlərinin bakalavr və ya magistr tələbələrindən təşkil edilmiş komandalar iştirak edə bilər.
·Hər komandanın iki üzvü ola bilər.
·İştirakçıların minimum riyazi məntiq və elektronika bilikləri olmalıdır - bunun yoxlanması üçün bütün qeydiyyatdan keçmiş komandalar 27 - 28 Fevral tarixlərində keçiriləcək online seçim müsabiqəsində iştirak etməlidirlər.
Qeydiyyatdan keçmiş və online seçim müsabiqəsində ilk 10 yeri tutan komandalar yarışın final müsabiqəsində iştirak edə biləcəklər.

Təlimlər
 Təlimlərin keçirilməsində məqsəd yarış iştirakçılarının yarış mühiti və istifadə olunacaq maddi-texniki baza ilə tanış olmasıdır. Təlimlərdə iştirakçı komandalara aşağıdakı mövzularda seminarlar veriləcək:
·Elektronika hakaton və AzRoboHack anlayışları
·Yarışda maddi-texniki baza kimi istifadə edilən Arduino ve Raspberry pi kartlari və bundan istifadə imkanlari
  
Final
Yarış 1 gün - 2 May saat 10:00-da olacaktir. Bu müddət ərzində yarış iştirakçıları təlimlər zamanı təyin edilmiş meyarlara cavab verən elektronika tətbiqləri təqdimat edirlər.
Qiymətləndirmə
Hazırlanmış elektronikalar aşağıdakı göstəricilərinə görə qiymətləndiriləcək:
·yenilikçilik
·sənayeyə olan faydası
·ətraf mühitə olan faydası
·ölkənin İKT sahəsində nəzərdə tutula biləcək perspektivləri
·elektronika dizaynı,
·         işinin stabilliyi,
·         alqoritmin stabilliyi, yazılan proqram təminatının səliqə və stabilliyi.

Mükafatlandırma mərasimi Qafqaz Universitetində təşkil edilən ənənəvi VI Gənclik Şənliyində həyata keçiriləcək və davamı olaraq hazırlanan elektronikaların sərgisi keçiriləcəkdir.
Layihə haqqında gündəlik xəbərləri TWITTER səhifəmizdən əldə edə bilərsiniz.



17 Şubat 2015 Salı

İZKO Tanıtım Günləri davam edir FOTO

 İZKO adı altında fəaliyyətdə olan komandamızın "İZ" layihəsinin  Universitetin bütün tələbə və müəllim heyətinə çatdırılması və daha çox insanın bu sosial layihədə iştirakını təmin etmək məqsədi ilə  tanıtım günləri davam edir. 

Tanıtım günləri 17.02.2015 tarixində də Qafqaz Universiteti İqtisadiyyat və İdarəetmə fakultəsi binası və Dil Tədris Koordinatorluğu binasında (Hazırlıq binası) keçirilmişdir.






















 



İZ layihəsinin ilk tanıtım günü - FOTO

İZ layihəsinin ilk tanıtım günüİZ layihəsinin koordinasiya komandasi  İZKO layihənin ilk tanıtım gününü 16 fevral 2015-ci il tarixində müəllim, tələbə və digər üzvlərinə təqdim etdi. 
Layihəyə göstərilən maraq və istəklər İZKO komandasını daha da həvəslə işləməyə təşviq etdi. 
Tanıtım günləri 17 fevral tarixində də iqtisadiyyat korpusu saat 12:00-14:00 və Dillər məktəbində 13:00-14:00 arasında davam edəcəkdir. 
İZ Layihəsinin təqdimatı olunarkən online olaraq layihələrinizi təqdim edə bilərsiniz.