30 Nisan 2015 Perşembe

VII Международный молодежный фестиваль мультикультурализма


29 апреля с.г. в университете «Кавказ» (город Хырдалан) состоялся VII Международный молодежный фестиваль мультикультурализма, посвященный 92-летию со дня рождения Гейдара Алиева. На фестивале представлены экспозиции разных стран: народные промыслы, национальные костюмы, кухня. Украшением фестиваля стали выступления национальных коллективов со своими песнями и танцами из 17 стран мира.
Россию на фестивале представляли студенты университета. Все они приехали в Азербайджан учиться из разных российских регионов. Организационную поддержку студентам из России оказал Российский информационно-культурный центр в Баку.










 http://azpress.az/index.php?lang=ru&sectionid=news&id=37839

Qafqaz Universitetində “Gənclik və Multikulturalizm festivalı” keçirildi


Ümummilli lider Heydər Əliyevin anadan olmasın 92 illik yubileyinə həsr edilmiş və ulu öndərin böyük ruhunu anmaq və onun bizə bəxş etdiyi müstəqil Azərbaycanın gəncliyə və millətlərarası dialoqa olan qayğısını nümayiş etdirmək məqsədi ilə Qafqaz Universitetində ənənəvi 7-ci “Gənclik və Multikulturalizm festivalı” keçirilib. Festivalda Universitetin özfəaliyyət dərnəkləri( xor, ansambl, dram, rok) bir-birindən maraqlı çıxışlar nümayiş etdirir. Azərbaycanda oxuyan xarici tələbələr də öz ölkələrinin stendini quraraq mətbəx və digər mədəniyyət nümunələrini nümayiş etdiriblər. Eyni zamanda Azərbaycanın müxtəlif sənət adamları festivalda iştirak edirlər. Qafqaz Universitetinin 25-dən çox tələbə maraq klublarının gənclərin maraq dairəsini əhatə edən stendləri qurulur. Klublar rəngarəng viktorinalar, əl işləri, fəaliyyət sahələrinə uyğun sərgilər, Azərbaycan və dünya mətbəxinə və folkloruna məxsus stendlər nümyiş etdiriblər. Müxtəlif atraksiyonlar və şou göstəricilər də festivalı daha da zənginləşdirəcək. Tədbirdə Abşeron icra hakimiyyətinin xarici ölkələrin Azərbaycandakı səfirləri və səfirliklərin nümayəndələri iştirak edib. Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç bildirib: ”Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 92-ci ilinə həsr edilmiş və universitetimizin tələbə dərnəkləri tərəfindən hazırlanmış Gənclik və Multikulturalizm festivalı” na xoş gəlmisiniz. Hörmətli Prezidentimiz cənab İlham Əliyevin fərmanı əsasında “Baku Beynelxalq Multikultiralizm Mərkəzi” qurması üzərinə, altı ildən bəri devam eden bu festivalımızın adına “Multikültiralizm” kəliməsi əlavə edilərək daha geniş bir məna qazandırılıb. Bu festivalın təşkilində əməyi olan Qafqaz Universiteti tələbə dərnəkləri birlikdə Azərbaycanda fəaliyət göstərən xarici ölkələrin səfirliklərinin, Bakı Beynəlxalq Multikultiralizm Mərkəzi və Qafqaz Universitesti Mədəniyyət şöbəsinə təşəkkür edirəm ”.
Festivalda “Bakı Beynəlxalq Multikultiralizm Mərkəzi” nin nümayəndəsi, səfirlər, səfirliklərin nümayəndələri çıxış edərək multikultiralizmin əhəmiyyətindən danışıblar. Tələbələrin keçirdiyi bu tədbirin bu sahədə nümunə olacağını qeyd ediblər. Tələbələr tərəfindən keçirilmiş sorğu əsasında tanınmış paraolimpiaçımız İlham Zəkiyevi ilin idmançısı seçilib və ona plaket təqdim ediblər.

İlkin

“Qafqaz”da VII Beynəlxalq Gənclik şənliyi və Multikulturalizm Festivalı keçirildi



Dünən Qafqaz Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş VII Beynəlxalq Gənclik şənliyi və Multikulturalizm Festivalı keçirildi. 
 
Tədbirdə açılış nitqi söyləyən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin qurulması səbəbilə 6 ildir ki, davam edən Gənclik Şənliyinin adına multikulturalizm sözü əlavə edilib: “Gənclik şənliyinin adına multikulturalizm sözünün əlavə edilməsi bugünkü tədbirimizə yeni dəyər qazandırıb. Eyni zamanda universtitetimizdə fəaliyyət göstərən Xarici tələbələr dərnəyinin də adına multikulturalizm sözü əlavə edilib. Sözügedən dəyişikliklər tələbələrimizin təklifləri əsasında həyata keçirilib”.
 “Dünyanın 7 universitetində  Azərbaycan multikulturalizm fənni tədris olunur”
Daha sonra çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihələr üzrə rəhbəri Hikmət Babayev qeyd etdi ki, ümummilli liderin anadan olmasının 92-ci ildönümünə həsr olunan tədbirin gənclik şənliyi və multikulturalizm festivalı adlandırılması heç də təsadüfi deyil: “Ulu öndərimiz Heydər Əliyev hakimiyyətə gəldiyi ilk illərdən etibarən Azərbaycanda multikulturalizm dövlət siyasəti səviyyəsinə qaldırıldı. Çox sevindirici haldır ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də bu siyasət davam etdirilir”. H. Babayevin sözlərinə görə, ötən il Azərbaycanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması dövlətimizin bu sahəyə olan diqqət və qayğısının bariz nümunəsidir: “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi olaraq Azərbaycanın multikultural ənənlərini təbliğ etməklə yanaşı, dünya sülhünə töhfə verməyə çalışırıq. Prezident İlham Əliyevin “Dünya Azərbaycanın multikulturalizm təcrübəsini öyrənməlidir” sözlərini həyata keçirməkdəyik”. H. Babayev onu da əlavə etdi ki, hazırda Avropa və Rusiyanın 7 universitetində  Azərbaycan multikulturalizm fənni tədris olunur: “Xalqımızın multikulturalizm təcrübəsi uzun inkişaf yolu keçib. Belə ki, dünyada məşhur olan Azərbancan ədiblərinin yaradıcılığında aydın müşahidə etmək olur ki, xalqımız bəşəri idealara, dəyərlərə çox böyük önəm verib. Biz keçmişdən bu yana bütün dünyanın yükünü öz qəlbinə yığıb, dünyada sülh istəyən bir xalqın övladlarıyıq”.
Tədbirdə çıxış edən səfirlər və səfirlik nümayəndələri ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinə xidmətlərindən geniş söhbət açdılar. Onlar Qafqaz Universitetində keçirilən ənənəvi gənclik şənliyi və multikulturalizm festivalının ümummilli liderin anadan olmasının 92-ci ildönümünə həsr olunmasını Azərbaycan gəncliyinin ulu öndərə sədaqəti kimi qiymətləndirdilər.
Daha sonra 20-yə yaxın səfir və səfirlik nümayəndələri digər tədbir iştirakçıları ilə birlikdə universitetin həyətində qurulmuş müxtəlif ölkələrin tarix və mədəniyyətini əks etdirən stendlərlə tanış olublar. Tədbir universitet tələbələrinin ifa etdiyi mahnı və rəqslərlə davam etdirildi.
Elvin Əliyev
http://zaman.az/az/newsDetail_getNewsById.action?newsId=67783

27 Nisan 2015 Pazartesi

Startapçılar yetişdirən “QUTexnopark”- dan reportaj

Qafqaz Universitetinin tərkibində Texnopark fəaliyyət göstərir. "QUTexnopark" Universitet infrastrukturunda mühüm əhəmiyyət kəsb edən bölmələrdən biridir. 20 ayrı ofisdən ibarət olan "QUTexnopark" 1000 m2-lik sahəni əhatə edir.

Qafqaz Universiteti Texnoparkının (QUtechnopark) direktoru İsa Qasımov Xəbərlər-ə Azərbaycanda universitet daxilində texnopark fəaliyyətinə ilk dəfə Qafqaz Universitetinin başladığını deyir:
“2013-cü ilin yanvar ayında universitetin Elmi Şurasının qərarı ilə təsis edilən Qafqaz Universitetinin texnoparkı "QUTexnopark" adlandırılıb. Texnopark təsis olunarkən ABŞ, RF, İsveç, əsasən isə Türkiyə universitetlərinin bu sahədəki təcrübəsi və modeli əsas götürüldü. QUTexnopark istər dövlət, istərsə də özəl sektorlarla sıx əməkdaşlıqda maraqlıdır və bu istiqamətdə görüşlər keçirir. Texnoparklarda ekosistemin inkişafında İnkubasiya Mərkəzlərinin rolu böyükdür. Burada da əsas məqsəd gənc nəsildə olan yenilikçi potensialı üzrə çıxararaq onu inkişaf etdirməkdir”.


İsa Qasımov  bu məqsədlə də QUTexnoparkın hazırda Yeni Fikir Müsabiqəsi layihəsinin həyata keçirildiyi vurğulayıb:  “Yeni Fikir Müsabiqəsinin məqsədi gənclər arasında innovasiya sahibkarlığı yanaşmasının inkişaf etdirilməsinə, texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına və onun reallaşdırılmasına töhfə verməkdir. Müsabiqədə müxtəlif sahələr üzrə, mobil proqramlar, İnternet, proqram təminatı, oyunlar, xidmət proqramları, korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları, istehlakçı elektronikası və s. yeni iş fikirlərinin inkişafına dəstək verilir. İldə bir dəfə keçirilən müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilər”.



Startapçı ağlındakı fikirlə qazanır, cibində isə heç nə yoxdur.
İsa Qasımov qeyd edib ki, 3 il ərzində Yeni Fikir Müsabiqəsinə 422 layihə gəlib və hazırda onlardan 22-sinə birbaşa dəstək verilir: “Bilirsinizmi, startapçıların əksəriyyəti niyə gənc olur? Çünki onların həyata baxışı fərqlidir. Burada bir çox amillər rol oynayır.  Məsələn, indiki yeniyetmə və ya gənclərin baxdığı cizgi filmlər nisbətən yaşlı nəslin baxdığı cizgi filmlərdən tamam fərqlidir.
 Elm, innovasiya qarşıya yeni hədəflər qoymursa, deməli inkişaf etmir. Startapçı ağlındakı fikirlə qazanır, cibində isə heç nə yoxdur. Startapçılar insanlara, bəşəriyyətə daha "lüks" imkanlar təklif edərək pul qazanırlar. Startapçıya 10 minlik investisiya yatırsan, 100 min istəyəcək ki, daha "lüks" şərait yarada bilsin.  Texnoparkda elə startapçı var ki, 200 manatla layihəyə başlayıb, amma hazırda 10-15 minlik bir dövriyyə onu qane etmir. Soruşsan deyəcək ki, mənə daha böyük bir investisiya lazımdır. Çünki startapçıların hədəfləri günü-gündən böyüyür. Belə olmasa, bu iş getməz. Ona görə, heç yerdə startapçıya qoyulan imkanlar yetərli sayılmaz”.



İsa Qasımov vurğulayır ki, Texnopark fəaliyyətində fəaliyyətlərə biznes müstəvisindən baxmaq önəmlidir: “Əgər yaxşı şirkət qurmaq istəyirsənsə, bir ayağın xaricdə olmalıdır. Çünki qloballaşma bunu tələb edir. Buna görə də rəqabətə davamlı investisiyalar olmalıdır. Müasir iş dünyasında akademik fəaliyyət çox böyük rol oynayır. Əgər bu ikisini (iş dünyasının peşəkalığı ilə universitetlərin akademik bacarıqlarını ) bir arada idarə edə bilirsinizsə, uğurlarınız çox olacaq. Dünyanın bütün inkişaf etmiş, sənayeləşmiş ölkələrində bu belədir.
Startap, insanların hər hansı problemini həll edə bilən məhsullar ortaya çıxaran fikirlərin üzərində işləyərək inkişaf etdirilmə fəaliyyətləri ilə başlayır. İnsanların daha "komfort" şəraitdə yaşamaq istəyi startapçılar üçün yeni fürsətlər açır. Hədəflər böyük olmalıdır. Mühəndis insan ortadakı dəyərlərə dəyər qatır. Buna görə də təcrübəli mühəndislər qazancını aylıq maaşla deyil, daha yüksək göstəricilərlə hesablayır”.



İsa Qasımov bildirib ki, QUtechnopark-da 1 İnkubasiya Mərkəzi, 10 şirkət fəaliyyət göstərir: “Mərkəzdə Universitet daxilində yeni fikir müsabiqəsində iştirak edən və ya etməyən startap layihəsi olan gənclər çalışır. Burada yeni fikirlər formalaşır və inkişaf etdirilir. Bura təşəbbüskar gənclərin çox istifadə etdiyi bir məkandır. Texnoparkda fəaliyyət göstərən şirkətlərdə 60 nəfər işləyirsə, bunlardan 30-a yaxını müəllim və tələbədir. Bizi fərqləndirən ən başlıca amil Qafqaz Universiteti markasıdır və müəllim və tələbələr bu markadan faydalanmaq imkanına sahibdir”.
İsa Qasımovun sözlərinə görə, QUtechnopark şirkətlərin və startupların fəaliyyəti üçün lazım olan bütün zəruri ehtiyaclar- İnternet, mentorluq, hüquqi və s. xidmətlərlə təmin olunub.



İsa Qasımov gələcəkdə texnoparkların formalaşması və onların fəaliyyətini tənzimləyən hüquqi bazanın olacağına ümid etdiyini vurğulayıb.
QUtechnopark-da ofis açaraq innovasiya fəaliyyəti göstərən şirkətlər isə bunlardır: AZEL ELEKTRONIK LTD, Mina MMC, EkspertTV.az ("MilliByte" şirkəti ilə ortaq layihə əsasında), Weby.az, İTB-world, CeDAWI, ACCODERS MMC, Azer.Net  MMC, EMBT Group Consulting, AEEC LLC











Mirvari Nəcəf
 http://xeberler.az/new/details/startapcilar-yetisdiren-qutexnopark-dan-reportaj--9491.htm

Yeni Fikir 2015 Müsabiqəsi qalibləri bəlli oldu VİDEO

Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) həyata keçirdiyi Yeni Fikir 2015 Müsabiqəsinin qaliblər bəlli oldu.
Qaliblər aşağıdakı kimi mükafatları qazandılar.
1-ci yeri qazanan layihə: "Security Copter" - 5000 manat
2-ci yeri qazanan layihə: "Baku Parking" - 3000 manat
3-cü yeri qazanan layihə: "SOTEQA LAB" - 2500 manat
4-cü yeri qazanan layihə: "Braille Pad" - 1500 manat

Müsabiqədə yüksək nəticə göstərərək mükafatlar qazanan digər layihələr:
"Avtomatik Müdafiə Qurğusu" - 1000 manat
"Appoll" - 1000 manat
"KURSLU.COM - onlayn təlim şəbəkəsi" - 1000 manat
"seyahetler.com" - 1000 manat
"ServiceOn" - 1000 manat
"Reflected Security" - 1000 manat
"Kitabmatik" - 500 manat
"Never Again" - 500 manat



Yuxarıda qeyd olunan layihələrin inkişafı üçün QUTechnopark-ın təmin edəcəyi digər dəstəklər aşağıdakı kimidir:
1. Layihənin müəllifləri, iş fikirlərinin şirkətləşdirilməsi məqsədilə, QUTechnopark-da təsis edilmiş İnkubasiya Mərkəzindən 1 il müddətində ödənişsiz istifadə edə biləcək.
2. İrəli sürülən ideyanın şirkətləşməsi istiqamətində mentor dəstəyi və gərəkli təlimlər verilir.
3. İrəli sürülən iş fikrinin şirkətləşməsi istiqamətində investor tapa bilmək üçün dəstək verilir.
4. İrəli sürülən iş fikrinin şirkətləşməsi üçün beynəlxalq təcrübənin öyrənilməsinə dəstək verilir.
5. Media (KİV) vasitəsi ilə diqqətləri cəlb etmək imkanı və lobbiçilik dəstəyi verilir.

“Yeni Fikir - 2015” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

“Yeni Fikir - 2015” müsabiqəsinin qalibləri mükafatlandırılıblarBakı, 25 aprel, İbrahim Əsədov, AZƏRTAC 

Aprelin 25-də Bakıdakı “Park İnn” otelində Qafqaz Universiteti Texnoparkı (QUTechnopark) tərəfindən təşkil olunan “Yeni Fikir - 2015” müsabiqəsinin final mərhələsi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə müsabiqə barədə məlumat verilib. Qeyd olunub ki, bu müsabiqə “QUTechnopark”ın təşkil etdiyi ən böyük layihələrdən biridir.

Yeni Fikir Müsabiqəsi (YFM) innovativ sahibkarlığı inkişaf etdirmək məqsədi ilə həyata keçirilir. Bununla belə, gənclər arasında innovasiyaların tətbiqinə əsaslanan sahibkarlıq fəaliyyətini təşviq edir ki, bu da elmi tədqiqatlarda, eləcə də intellektual insan kapitalının hazırlanması işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.

Müsabiqədə Azərbaycanda yaşayan bütün gənclər iştirak edə bilərlər.

YFM yüksək texnologiyaların inkişafı istiqamətində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verir. Bu istiqamətlərə başlanğıc ideyası, mobil proqramlar, internet, proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları və istehlakçı elektronikası, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və s. daxildir.

Müsabiqənin missiyası innovativ sahibkarlığı dəstəkləmək, “QUTechnopark”da yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasına zəmin hazırlamaq, informasiya-kommunikasiya texnologiyalarının inkişafına, eləcə də təşəbbüskar gənclərə öz şirkətlərini qurmaqda dəstək vermək və təşəbbüskar yanaşmanı inkişaf etdirməkdən ibarətdir.

Müsabiqənin nəticəsinə görə ən yaxşı 10 layihənin şirkətləşməsinə QUTechnopark ilkin maliyyə, ofis və əlavə investor dəstəyi verir.

Eyni zamanda, seçilən 10 layihənin müəllifləri QUTechnopark İnkubasiya Mərkəzindən bir il müddətində ödənişsiz istifadə edə biləcək.

Bildirilib ki, müsabiqə üçün 196 layihə qeydə alınıb. Onlardan 12-si finala çıxıb.

Sonra final mərhələsi üçün seçilən layihələrin təqdimatı olub. Onlardan 10-u müsabiqənin qalibi seçilib və mükafatlandırılıb.


http://azertag.az/xeber/849873

26 Nisan 2015 Pazar

Yeni Fikir 2015 Müsabiqəsi başa çatıb.

 Yeni Fikir 2015 Müsabiqəsi başa çatıb. 
Xəbərlər-in məlumatına görə, bu gün Park İnn Oteldə keçirilən finalda 12 layihə komandası yarışıb.
Qeyd edək ki, Müsabiqəyə ümumilikdə 252 müraciət daxil olub ki, onlardan 196-sı layihə şəklində qeydiyyata alınıb.
Müsabiqədə startap komandaları layihələrini münsiflər qarşısında təqdim ediblər.

Xəbərlər qaliblərin siyahısını təqdim edir.
Qaliblər aşağıdakı mükafatları qazanıblar.
1-ci yeri qazanan layihə: "Security Copter" - 5000 manat2-ci yeri qazanan layihə: "Baku Parking" - 3000 manat
3-cü yeri qazanan layihə: "SOTEQA LAB" - 2500 manat
4-cü yeri qazanan layihə: "Braille Pad" - 1500 manat






Müsabiqədə yüksək nəticə göstərərək mükafatlar qazanan digər layihələr:
"Avtomatik Müdafiə Qurğusu" - 1000 manat
"Appoll" - 1000 manat
"KURSLU.COM - onlayn təlim şəbəkəsi" - 1000 manat
"seyahetler.com" - 1000 manat
"ServiceOn" - 1000 manat
"Reflected Security" - 1000 manat
"Kitabmatik" - 500 manat
"Never Again" - 500 manat
Yuxarıda qeyd olunan layihələrin inkişafı üçün QUTechnopark-ın təmin edəcəyi digər dəstəklər aşağıdakı kimidir:
1. Layihənin müəllifləri, iş fikirlərinin şirkətləşdirilməsi məqsədilə, QUTechnopark-da təsis edilmiş İnkubasiya Mərkəzindən 1 il müddətində ödənişsiz istifadə edə biləcək.

2. İrəli sürülən ideyanın şirkətləşməsi istiqamətində mentor dəstəyi və gərəkli təlimlər verilir.


3. İrəli sürülən iş fikrinin şirkətləşməsi istiqamətində investor tapa bilmək üçün dəstək verilir.


4. İrəli sürülən iş fikrinin şirkətləşməsi üçün beynəlxalq təcrübənin öyrənilməsinə dəstək verilir.


5. Media (KİV) vasitəsi ilə diqqətləri cəlb etmək imkanı və lobbiçilik dəstəyi verilir.

Müsabiqə “QUTechnopark”-ın təşkil etdiyi ən böyük layihədir. Yeni Fikir Müsabiqəsi (YFM) innovativ sahibkarlığın inkişaf etdirmək məqsədi ilə həyata keçirilir. Bununla belə, gənclər arasında innovasiyaların tətbiqinə əsaslanan sahibkarlıq fəaliyyətini təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də intelkektual insan kapitalının hazırlanması işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.
İldə bir dəfə keçirilən müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilər.
http://xeberler.az/new/details/yeni-fikir-2015-musabiqesi-fotolarda--9471.htm
Məltəm Talıbzadə
Fotolar: Tərlan Yusif

25 Nisan 2015 Cumartesi

“Yeni Fikir-2015” müsabiqəsi başa çatır

“Yeni Fikir-2015” müsabiqəsi başa çatırYeni Fikir-2015” müsabiqəsi başa çatır. Final mərhələsi 25 aprel, saat 14:00-18:00-da “Park Inn Hotel”in “Dan Ulduzu” salonunda keçiriləcək. Müsabiqə “QUTechnopark-ın təşkil etdiyi ən böyük layihədir.
 
Bu layihə innovativ sahibkarlığın inkişafına dəstək vermək məqsədilə həyata keçirilir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı-sahibkarlığı təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır”.
 
İldə bir dəfə keçirilən müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilər. Müsabiqənin məqsədi texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verməkdir.
 
Bu sahələr isə başlanğıc (start up) ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları və istehlakçi elektronikası, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və s.-dir.
 
 http://ictnews.az/read.php?lang=1&content=36406#

Həqiqət İSABALAYEVA

Bu gün Yeni Fikir 2015 Müsabiqəsinin final mərhələsi keçiriləcək


STARTUP AZƏRBAYCAN


STARTUP AZƏRBAYCANBu gün Park İnn Oteldə Qafqaz Universiteti Texnoparkı (QUTechnopark) tərəfindən təşkil olunan Yeni Fikir 2015 Müsabiqəsinin final mərhələsi  keçiriləcək.
Xəbərlər-in məlumatına görə, finalda 12 layihə komandası yarışacaq.
Qeyd edək ki, Müsabiqəyə ümumilikdə 252 müraciət daxil olmub ki, onlardan 196-sı layihə şəklində qeydiyyata alınıb.
Müsabiqə “QUTechnopark”-ın təşkil etdiyi ən böyük layihədir. Yeni Fikir Müsabiqəsi (YFM) innovativ sahibkarlığın inkişaf etdirmək məqsədi ilə həyata keçirilir. Bununla belə, gənclər arasında innovasiyaların tətbiqinə əsaslanan sahibkarlıq fəaliyyətini təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də intelkektual insan kapitalının hazırlanması işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.
İldə bir dəfə keçirilən müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilər.
YFM yüksək texnologiyaların inkişafı istiqamətində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verir. Bu istiqamətlər başlanğıc (start up) ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyalari və istehlakçı elektronikası, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və sairədir.
Müsabiqənin missiyasına innovativ sahibkarlığı dəstəkləmək, “QUTechnopark”-da yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasına zəmin hazırlamaq, ölkənin dayanıqlı sosial iqtisadi inkişafına dəstək vermək, informasiya-kommunikasiya texnologiyalarının inkişafına, eləcə də təşəbbüskar gənclərə öz şirkətlərini qurmaqda dəstək vermək və təşəbbüskar yanaşmanı inkişaf etdirmə daxildir.

Müsabiqənin nəticələrinə görə ən yaxşı 10 layihənin şirkətləşməsinə QUTechnopark ilkin maliyyə, ofis və əlavə investor dəstəyi verəcək.

İlkin maliyyə dəstəyi:
  • 1-ci yer 5 000 manat
  • 2-ci yer 3 000 manat
  • 3-cü yer 2 500 manat
  • 4-cü yer 1 500 manat
  • 5-10-cu yerləri qazanacaq hər bir layihə üçün 1 000 manat
  • https://qu.edu.az/qucpanel/?p=news_add
 Məltəm Talıbzadə

BP və Qafazın ”Bir gün”ü

DSC_8162
Qafqaz Universiteti və BP Azərbaycan şirkəti ilə birgə “Mühəndislik məktəbinin genişləndirilməsi”layihəsini həyata keçirməkdədir.
Layihə üç mərhələdən ibarət olub, birinci mərhələdə universitetimiz mühəndislik fakültəsi tərkibində Kimya mühəndisliyi ixtisası açılmışdır. İkinci mərhələdə isə Mexanika mühəndisliyi ixtisası qurulmuş olub, bu ixtisasın tərkibində yüksək texnologiyalı avadanlıqlarla təchiz olunmuş laboratoriyalar qurulmuş və 09 dekabr 2013-cü il tarixində açılışı olmuşdur. Universitetimiz həmin laboratoriyalardakı cihazları və bu cihazlarla aparılan təcrübələri geniş ictimai kütləyə dəqdim etmək üçün “Mexanika mühəndisliyi laboratoriyalarənda ” bir gün ” adlı tədbir həyata keçirir. Tədbirdə Qafqaz Universitetinin rəhbərliyi, Bp-nin nümayəndələri, alimlər, ictimaiyyət nümayəndələri və tələbələr iştirak edib.
Rəsmi hissədə universitetin rektoru professor Ahmet Saniç çıxış edib: “ Qafqaz Universiteti Ümummilli Liderimiz Heydər Əliyevin tövsiyəsi və xeyir duası ilə 1993-cü ildən Azərbaycanda öz fəaliyyətinə başlamışdır. Azərbaycanın elm, təhsil və mədəniyyət həyatında özünəməxsus dəsti xətti ilə seçilən Universitetimiz, Azərbaycan təhsilinin və dövlətçiliyinin çiçəklənməsi yolunda əzmlə çalışmaqdadır. Qafqaz Universiteti, hal-hazırda 3 fakültə, 2 institut və 25 ixtisasla təhsil fəaliyyətini davam etdirir. TS-EN-ISO 9001:2008 keyfiyyətli idarəetmə və elektron universitet sisteminin tətbiq edildiyi universitetimizdə hazırda 4000-ə yaxın tələbə təhsil alır. Universitetimizdə 17 xarici ölkədən çox sayda tələbə təhsil alır və hal-hazırda bir sıra xarici ölkələrdən dəvət olunmuş professor müəllim tam ştatla elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Qafqaz Universiteti tələbələrin hər tərəfli inkişafına köməklik göstərmək, onlar üçün sağlam tədris şəraiti yaratmaq, ölkə prezidentimiz Zati-aliləri İlham Əliyev cənablarının siyasi kursunu dəstəkləyən gənc nəslin inkişaf etdirilməsi məqsədi ilə mütəmadi olaraq yeniliklər həyata keçirməkdədir.”
BP-in Azərbaycan ofisindən isə Qvami Rəhimli, BP ilə Qafqaz Universiteti arasında olan əməkdaşlığın tarixindən danışıb. Mövcud əməkdaşlıq nəticəsində əmək bazarına uyğun ixtisaslı kardların yetişdirilməsi, universitetin maddi texniki bazasının təkmilləşdirilməsi ilə bağlı görülən işlərdən uğurlu nəticəsinin olduğunu qeyd edib.

   Çıxış edən natiqlər tərəfindən qeyd olunub ki, bu əməkdaşlıq nəticəsində qurulmuş laborotoriyalar tələbələrin nəzəri və praktiki biliklərinin müasir standartlara uyğun şəkildə inkişaf etdirilməsi, ali təhsil müəssisələri ilə sənaye arasında körpü rolunu oynamaqla yanaşı iqtisadiyyatın gücləndirilməsi istiqamətində atılmış uğurlu bir addımdır.Sonda universitetin mühəndislik fakültəsində oxuyan tələbələr     qonaqlara laborotoriyalardakı avadanlıqların iş prinsipi haqda məlumat veriblər. Tələbələr vurğulayıblar ki : “Bu laborotoriyalarda nəzəri biliklərini praktik biliklərə çevirirlər. Bu da bizim müasir texnologiyalardan istifadə etməyi bacaran mütəxəsis kimi hazırlanmağımızda vacib amildir.”
DSC_8138
unnamed (2)

24 Nisan 2015 Cuma

Bakıda biznes-inkubatorlar. Nə var, nə yox?

QUTechnopark
QUTechnopark
QUTechnopark
Qafqaz Universiteti Texnoparkı 2013-cü ili yanvar ayından fəaliyyət göstərir.

Ofis:
  • QUtechnopark-da 1 ədəd İnkubasiya Mərkəzi fəaliyyət göstərir
  • Ayrılmış ofislər
  • Oyun otağı
  • Elektik, isitmə, soyutma, havalandırma, təmizlik, mühavizə
  • QUtechnopark-da fəaliyyət göstərən rezidentlər barədə məlumat
Xidmətlər:
  • Şirkətlərin və startupların fəaliyyəti üçün lazım olan bütün zəruri ehtiyaclar
  • Sürətli internet
  • Mentorluq, hüquqi və s. xidmətləri verilir
  • Ekosistemin inkişafı üçün innovasiyaların tətbiqinə və inkişafına yönəlik müxtəlif layihələr həyata keçirilir
  • Yeni Fikir müsabiqəsi
  • Təşəbbüskarlıq Seminarları
  • İşgüzar Çevrənin İnkişafına xidmət göstərən görüşlər
Qiymətlər:
  • 1 kv.metr sahə üçün aylıq 7 manat kirayə hesablanır
Qeydiyyat:
  • Qeydiyyatdan keçmək üçün bura müraciət edin
Ünvan:
  • Qafqaz Universiteti, Xırdalan şəh., Həsən Əliyev küç., 120 AZ0101, (tel: +994 (12) 349-99-58)
Rəsmi səhifə:

Tələbələrin istehsalatla yaxından tanış olmasına şərait yaradılır

Tələbələrin istehsalatla yaxından tanış olmasına şərait yaradılır
Dünən Qafqaz Universitetində müasir avadanlıqlarla təmin edilmiş mexanika laboratoriyasının açılışı oldu. Universitetin rektoru, professor Əhməd Saniç bu yeniliyi əlamətdar hadisə kimi dəyərləndirdi.
Rektor qeyd etdi ki, rəhbərlik etdiyi kollektivdə tələbələrin hərtərəfli inkişafına kömək göstərmək, onlar üçün sağlam tədris şəraiti yaratmaq, ölkə Prezidenti cənab İlham Əliyevin siyasi kursunu dəstəkləyən gənc nəslin elmi biliklərinin artırılması məqsədilə mütəmadi olaraq yeniliklər həyata keçirməkdədir. O, yeni laboratoriyanın əhəmiyyətini xüsusi vurğulayaraq onun ərsəyə gəlməsində əməyi olanlara xatirə hədiyyələri təqdim etdi.
“bp-Azərbaycan” şirkətinin əməkdaşı Qvami Rəhimli bp-nin Qafqaz Universiteti ilə səmərəli əməkdaşlığından danışdı, yaradılan şəraitə görə təşəkkürünü bildirdi.
Universitetin mexanika fakültəsinin dekanı dosent Yadullah Babayev qeyd etdi ki, laboratoriyanın istifadəyə verilməsi tələbələrin nəzəri və praktiki biliklərini müasir standartlara uyğun inkişaf etdirmək, ali təhsil müəssisələri ilə sənaye arasında körpü rolunu oynamaqla yanaşı, iqtisadiyyatın gücləndirilməsi istiqamətində də atılmış uğurlu bir addımdır.
Artıq neçə ildir universitet “bp-Azərbaycan” şirkəti ilə birgə “Mühəndislik məktəbinin genişləndirilməsi” layihəsini həyata keçirməkdədir. Layihə üç mərhələdən ibarət olub. Birinci mərhələdə mühəndislik fakültəsi tərkibində kimya mühəndisliyi ixtisası açılmışdır. İkinci mərhələdə isə mexanika mühəndisliyi ixtisası yaradılmış, onun tərkibində yüksək texnologiyalı avadanlıqlarla təchiz olunmuş laboratoriyalar qurulmuş və 9 dekabr 2013-cü ildə açılışı olmuşdur. Bu gün isə universitet həmin laboratoriyalardakı cihazlarla aparılan təcrübələri geniş ictimaiyyətə çatdırmaq məqsədilə “Mexanika mühəndisliyi laboratoriyalarında “bir gün” adlı tədbir həyata keçirir.
Universitetin tələbələri tədbirdə iştirak edən qonaqlara avadanlıqların iş prosesi, onların müəssisələrə faydası haqqında ətraflı məlumat verdilər.
Tədbirdə Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin tələbələri, alimlər, media nümayəndələri iştirak edirdilər.
Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”

Qafqaz Universitetində “Mexanika mühəndisliyi laboratoriyalarında bir gün”


qafqaz 1Abşeron rayonun ərazisində yerləşən Qafqaz Universitetində BP Azərbaycan şirkəti ilə birgə “Mühəndislik məktəbinin genişləndirilməsi” layihəsini həyata keçirilir. Aprelin 23-də “Mexanika mühəndisliyi laboratoriyalarında bir gün” adlı tədbir baş tutub. Tədbirdə Qafqaz Universitetinin rəhbərliyi, BP-nin nümayəndələri, alimlər və tələbələr iştirak edib. Tədbirin məqsədi – universitetin bu laboratoriyalardakı cihazları və həmin cihazlarla aparılan təcrübələri geniş ictimai kütləyə təqdim etməkdir.
Rəsmi hissədə universitetin rektoru professor Ahmet Saniç çıxış edərək bildrirb ki, Qafqaz Universiteti tələbələrin hər tərəfli inkişafına köməklik göstərmək, onlar üçün sağlam tədris şəraiti yaratmaq, ölkə prezidentimiz İlham Əliyevin siyasi kursunu dəstəkləyən gənc nəslin inkişaf etdirilməsi məqsədi ilə mütəmadi olaraq yeniliklər həyata keçirməkdədir.
BP-in Azərbaycan ofisinin nümayəndəsi Qvami Rəhimli, BP ilə Qafqaz Universiteti arasında olan əməkdaşlığın tarixindən danışıb. O, mövcud əməkdaşlıq nəticəsində əmək bazarına uyğun ixtisaslı kardların yetişdirilməsi, universitetin maddi texniki bazasının təkmilləşdirilməsi ilə bağlı görülən işlərdən söz açıb. Qeyd olunub ki, bu əməkdaşlıq tələbələrin nəzəri və praktiki biliklərinin müasir standartlara uyğun şəkildə inkişaf etdirilməsi, ali təhsil müəssisələri ilə sənaye arasında körpü rolunu oynamaqla yanaşı iqtisadiyyatın gücləndirilməsi istiqamətində atılmış uğurlu bir addımdır.
Sonra Mühəndislik fakültəsinin tələbələri laboratoriyaların imkanlarını nümayiş etdiriblər. Laboratoriya ilə taanışlıq zamanı bildirildi ki, “Mühəndislik məktəbinin genişləndirilməsi” layihəsi çərçivəsində universitetdə Mühəndislik fakültəsi, Mexanika mühəndisliyi ixtisası açılıb, bu ixtisasın tərkibində yüksək texnologiyalı avadanlıqlarla təchiz olunan laboratoriyalar kompleksi qurulub və həmin laboratoriyalar 2013-cü ildə açılıb.
Qeyd edək ki, Qafqaz Universiteti Ümummilli Lider Heydər Əliyevin tövsiyəsi və xeyir duası ilə 1993-cü ildən Azərbaycanda öz fəaliyyətinə başlayıb. Azərbaycanın elm, təhsil və mədəniyyət həyatında özünəməxsus dəsti xətti ilə seçilən Universitet Azərbaycan təhsilinin və dövlətçiliyinin çiçəklənməsi yolunda əzmlə çalışmaqdadır.
Qafqaz Universiteti, hal-hazırda 3 fakültə, 2 institut və 25 ixtisasla təhsil fəaliyyətini davam etdirir. TS-EN-ISO 9001:2008 keyfiyyətli idarəetmə sisteminin tətbiq edildiyi universitetimizdə hazırda 4000-ə yaxın tələbə təhsil alır. Universitdə 13 xarici ölkədən çox sayda tələbə təhsil alır və hal-hazırda bir sıra xarici ölkələrdən dəvət olunmuş professor müəllim tam ştatla elmi-pedaqoji fəaliyyətlə məşğuldur.
Bu çərçivədə universitetimiz BP Azərbaycan şirkəti ilə birgə “Mühəndislik məktəbinin genişləndirilməsi”layihəsini həyata keçirməkdədir. Layihə üç mərhələdən ibarət olub, birinci mərhələdə universitetimiz mühəndislik fakültəsi tərkibində Kimya mühəndisliyi ixtisası açılmışdır. İkinci mərhələdə isə Mexanika mühəndisliyi ixtisası qurulmuş olub, bu ixtisasın tərkibində yüksək texnologiyalı avadanlıqlarla təchiz olunmuş laboratoriyalar qurulmuş və 09 dekabr 2013-cü il tarixində açılışı olmuşdur. Universitetimiz həmin laboratoriyalardakı cihazları və bu cihazlarla aparılan təcrübələri geniş ictimai kütləyə dəqdim etmək üçün 23 aprel 2015-ci il tarixində saat 14:00-17:00 arasında “Mexanika mühəndisliyi laboratoriyalarənda ” bir gün ” adlı tədbir həyata keçirir.
 Ətrabə Rzayeva

QU Texnopark Tanıtım Filmi







Müxtəlif sahələrdə təhsilin inkişafında innovativ yanaşmaları ilə
fərqlənən Qafqaz Universiteti texnopark fəaliyyətində də Azərbaycanda
yeniliyə imza atdı. Bu məqsədlə Azərbaycanda ilk dəfə universitet
daxilində texnopark fəaliyyətlərinə başlandı.
Link : http://qutechnopark.az

Qafqaz Universitetinin Mexanika mühəndisliyi laboratoriyalarında “BİR GÜN” adlı tanışlıq tədbiri keçirilib.


Açılış mərasimində çıxış edən Qafqaz Universitetinin rektoru Ahmet Saniç ölkədə təhsilə göstərilən dövlət qayğısından danışdı. Prezident İlham Əliyevin təhsilə daim xüsusi önəm verdiyini vurğuladı. 
Dövlət başçısının “Qara qızılı insan kapitalına çevirmək” kəlamını xatırladan natiq  təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən danışdı.Bu laboratoriyalar “BP-Azərbaycan” şirkəti ilə Qafqaz Universiteti arasında bağlanan memoranduma əsasən qurulub. Burada  universitetin tələbələrinə ölkə daxilində beynəlxalq standartlar səviyyəsində təhsil almağa şərait yaradılıb. 
Ümumilikdə Universitet BP ilə birgə “Mühəndislik məktəbinin genişləndirilməsi”layihəsini həyata keçirməkdədir. Layihə üç mərhələdən ibarət olub, birinci mərhələdə universitetin mühəndislik fakültəsi tərkibində Kimya mühəndisliyi ixtisası açılıb. İkinci mərhələdə isə Mexanika mühəndisliyi ixtisası qurulub olub.Bu ixtisasın tərkibində yüksək texnologiyalı avadanlıqlarla təchiz olunmuş laboratoriyalar yaradılıb. Bu tədbirin də məqsədi  həmin laboratoriyalardakı cihazları və bu cihazlarla aparılan təcrübələri geniş ictimai kütləyə dəqdim etməkir. 
BP-nin rəsmisi Qvami Rəhimli isə dedi ki,layihə Qafqaz Universiteti ilə uğurlu tərəfdaşlığın davamıdır.Sonra tədbir iştirakçıları labaratoriyalarla yaxından tanış oldular.Binada ümumilikdə Mexanika mühəndisliyi fakülətəsi tərkibində 11 labaratoriya fəaliiyət gösətərir.Labaratoriyalar ən müasir avadanlıqlarla təchiz olunub.

http://www.aztv.az/readnews.php?lang=az&id=19352


22 Nisan 2015 Çarşamba

“Qızlar cəsarətli olsalar, İT sahəsinə gedə bilərlər”



“İKT sahəsinə elə “Bethclip”lə gəlmişəm”
“İT TƏLƏBƏ” rubrikasının budəfəki müsahibi  “Startap Azərbaycan 2014” müsabiqəsinin qaliblərindən biri, Qafqaz Universitetinin V kurs tələbəsi Nigar Mövsümlüdür. Nigar Mövsümlü  hazırda biznes sahəsində çalışır. “Chamadan” Kofe Evinin həmtəsisçisidir.
Xəbərlər Nigar Mövsümlü ilə müsahibəni təqdim edir:

- Nigar xanım, informasiya texnologiyaları (İT) sahəsinə marağınız nə vaxtdan başlayıb?
- Bu sahəyə marağım 4-5 il əvvəl, universitetə qəbul olduğum ərəfələrdə başladı. Amma ixtisas seçimi edəndə bu sahə haqqında dərin məlumatım olmadığından marağım olan digər sahəni, biznesi oxumağı seçdim. Düşündüm ki, biznes sahəsində oxuyaraq İT bilikləri qazanıb onları bir araya gətirmək olar. Elə planladığım kimi də oldu, hal-hazırda Biznesin İdarəolunması ixtisasından məzun oluram, öz biznesimin ilkin toxumlarını atmışam, növbədə İT ilə birləşdirib innovativ bir məhsul/servis ortaya çıxartmaqdır.
Mən Türkiyənin Hacettepe universitetində oxuyarkən çox dəyərli professorlarımızdan biri bir dəfə belə bir cümlə işlətdi: “Bakalavr dərəcəsində mühəndislik dərsləri almış, magistratura dərəcəsində Biznes oxumuş birindən qorxmaq lazımdır. O dünyanı dəyişdirməyə qadir bir gücdür!”
Professorumun nə demək istədiyini anlamağım zaman aldı. Belə ki, heç bir biznes ideyası olmadan sadəcə biznes biliklərinə yiyələnmək heç nəyə açar deyil. Ancaq əvvəl ideyasını qurub sonra biznes biliklərinə yiyələnmək isə özü bir açıq qapıdır. İxtisas seçimi etmək istəyən gənclərimizə bu mövzuda düşünmələrini tövsiyə edərdim.
-Biznes sahəsində hansı uğurları əldə etmisiniz?
-Qrup yoldaşım Nərminlə bu ilin martında  öz “Kofe evimizi”(Coffee House) açdıq. Hələki bu universitet daxilində kiçik bir layihədir, startap mühitinin dili ilə desək, bu Minimum Viable Product,  bizim ‘minimum səmərə gətirəcək məhsulumuzdur. Əslində bir neçə il daha gözləyib daha mükəmməl bir servislə insanların qarşısına çıxa bilərdik. Ancaq bu bilinən bir faktdır ki, biznesin nəbzini tutmaq çox önəmlidir, başlamaq çox önəmlidir. Bunun üçün lazım olan cəsarət isə həmişə olmur. Biz də cəsarətimiz varkən başladıq..! (gülür)

Əvvəla mükəmməl məhsul və servis üçün əlimizdə yetəri qədər maddi mənbə olmadığından investorlarla görüşüb onlara öz biznes planımızı təqdim etdik. Amma bütün investorlar eyni cavab verdilər: Niyə məhz sizə yatırım etməliyik? Biz görüşlərə böyük ümidlərlə getmişdik, çünki 5 il ərzində universitetdə sayılıb-seçilən tələbələrdən olmuşduq, xaricdə təhsil almışdıq, geniş ətrafımız var idi. Onlar üçün isə sertifikatlar, diplomlar, yüksək qiymətlər ancaq ikinci dərəcəli əhəmiyyət kəsb edirdi. Onların bizdən tələb etdiyi bu sahədə təcrübə idi və o da bizdə yox idi. Biz də öz təcrübəmizi yaratmaq qərarına gəldik!

- Yuxarıda qeyd etdiyiniz Kofe biznesinin əsas mahiyyəti nədir?
- Bu hazırda standart bir kofe biznesidir.Qafqaz Universiteti tələbələrinin universitet havasından çıxıb, ayrı bir auraya düşüb öz dostları ilə baş-başa qala biləcəkləri bir kofe zonasıdır. Ancaq layihənin texnologiya ilə inteqrasiyasını planlaşdırırıq ki, bu da bu servis sahəsində bizə üstünlük qazandıracaqdır.Bunun isə tam detallarını paylaşmayım, sürpriz olsun. Hal-hazırda bu sahədə bizə dəstək olacaq investor axtarışındayıq.

-Bundan əlavə hansısa İT şirkətində və yaxud da hansısa bir qrumun İT sahəsində çalışırsınızmı?
- İT sahəsində bir il startup idarə komandasında işləmişəm. Hazırda isə o komandadan ayrılmışam və öz biznesimi İT ilə inteqrasiya etməyə çalışıram.


- Startap komandasından ayrılmağınıza səbəb nə oldu?
- O komanda ilə bir il işləmişəm və  “Bethclip”in çox gözəl heyəti var idi. İKT sahəsinə elə “Bethclip”lə gəlmişəm. Səbəb isə digər prioritetlərimin olduğu əvvəlcədən bilindiyi halda mənim qarşıma çox tələblər qoyuldu və mən də qarşılığını tələb etdim təbii olaraq. Yəni tələbə həyatımla, mənim biznes maraqlarımla tam üst-üstə düşmürdü. Sadəcə bu biznesdir, o tələb edir, mən də tələb edirəm və hardasa fikirlər toqquşur.
BethClip komandasına isə uğurlar arzu edirəm.

-Sizcə, İT sahəsinin insanlara ən çox xeyirli tərəfi nədir?
- İnternetdən istənilən məlumatı əldə edə bilirsən. Yəni, hər hansı bir mövzunu bilmirəm, çünki kitab yoxdu, kitab almağa pulum yoxdu kimi problemler, bəhanələr artıq İnternet vasitəsilə əsassız olub. Bu gün istənilən bir məlumat bizim əlimizin altındadır. Ancaq mən deyərdim ki, bu digər dillər üçün daha düzgün olardı. Azərbaycan dilində informasiya mənbələrinin həddindən artıq limitli olması isə, zənnimcə, çox böyük bir problemdir. İnternetdə azərbaycan dilində bir məlumat axtarıb tapa bilsəm də, həmin məlumatdan məmnun qaldığımı xatırlamıram. Bunu da maraqlı tərəflərin diqqətinə çatdırıram. Xülasə, İnternetin ən böyük faydası informasiya zənginliyidir, bu isə bizim dilimizdə çox limitlidir.

-Hazırda ölkəmizdə İT sahəsində  freelance – yəni sifarişlə işləmək geniş yayılıb. Siz də sifarişlər qəbul edirsiniz?
- Heç bir sifariş qəbul etmirəm. Mən İT mütəxəssisi deyiləm, İT işləri görmürəm. Bu sahəyə marağım olub və özümü bu sahənin qismən fərqli biznes və marketinq bacarıqları istiqamətində inkişaf etdirmişəm. İT bizneslərinin biznes və marketinq baxımından fərqli trendləri var, mən sadəcə bu sahələrdəki ehtiyacları başa düşürəm.

-Gün ərzində İnternetdən nə qədər istifadə edirsiniz?
- Neçə saat istifadə etmirəm desək, sadəcə yatdığım saatlar olar hər-halda. İnternetin bizə verdiyi imkanlar hədsizdir. Bir-iki il bundan əvvəl fiziki vasitələrə külli miqdarda pul ödəyərək əldə etdiyimiz istəklərimizi artıq internet vasitəsilə ya ödənişsiz ya da cüzi bir məbləğə, ən əsası isə sürətli və rahat bir şəkildə həyata keçirdə bilərik. Məsələn, mən düşünürəm ki, online kursların keyfiyyəti artdıqca və keyfiyyəti genişləndikcə dil öyrənmək üçün kursa getməyə ehtiyac qalmır, həkimə getmədən artıq bir çox xırda problemlərimizin həllini online tapa bilirik, fitness və sağlamlıq klublarına külli miqdarda aylıq ödənişlər etmədən evdə sağlam qidalanmağın və düzgün idman etməyin əsaslarını öyrənə bilirik. Hətta bir addım belə atmadan MİT, Harward, Stanford kimi dünyanın çox köklü universitetlərinin dərslərini ala bilirik! Bəli, bütün bunlar tamamilə mümkündür.


- Ən çox istifadə etdiyiniz sosial şəbəkə və saytlar hansılardır?
- Facebook-dan və bundan əlavə Linkedin-dən çox istifadə edirəm. Bu mənim işimdə çox vacibdir. Hazırki Çamadan Kofe evinin Facebook, İnstagram səhifələri var. Orada istifadəçilərə öz fikirlərimizi çatdırır, məhsullarımızı reklam edirik. Bundan əlavə öz promosiya fəaliyyətlərimizi həyata keçirtmək üçün Foursquare və Swarm mobil tətbiqlərindən istifadə edirik. Slideshare –də  ən böyük köməkçim və ilham məmbəyimdir. Linkedin professional sferada özümü tanıtmaq üçün istifadə etdiyim bir mobil tətbiqdir. E-mail adresim mənim ən böyük sirdaşımdır. Onun hərşeydən, hətta məndən qabaq, xəbəri var. Bundan əlavə Business İnsider, Entrepreneur, Mashable, Tedx kimi beynəlxalq, Xeberler.az, Technimum kimi yerli biznes, İT və asudə vaxt saytlarını izləməyə çalışıram.

-İT ilə bağlı olan seminarlarda, təlimlərdə, konfranslarda tez-tezmi  iştirak edirsiniz?
- Bəli, iştirak edirəm. Ən son iştirak etdiyim Dubayda keçirilən  konfranslardan biri olub. Bundan əlavə İstanbulda əvvəllər tərkib hissəsi olduğum startapı təmsil etmişəm, Litvanın Vilnius şəhərində sahibkarlıqla bağlı yarışda iştirak etmişəm.

- Son dövrlər insanların İT-ə bu qədər maraq göstərməsinin səbəbini nədə görürsünüz?
- Azərbaycanda mən deməzdim ki, o qədər maraq göstərilir. İstərdim ki, daha çox insan maraq göstərsin. Azərbaycanın ənənəvi istehsal sahələri (neft-qaz sənayesi) ölkədə əsas və hətta yeganə istehsalat gücüdür, qeyri-ənənəvi istehsal sahələrindən biri isə hazırda texnologiya, xüsusilə də İnternetin inteqrasiyası ilə olan fiziki, xüsusilə də qeyri fiziki istehsalatdır. Geniş miqyasda düşünsək, bunların hər ikisinin bir ölkədə olması həmin ölkənin iqtisadi strategiyasının güclü olmağı deməkdir. Daha spesifik olaraq desək, İnternet vasitələrindən istifadə həyatımızı asanlaşdırır və insanların həyatını asanlaşdıraraq bundan pul qazanmağı mümkün edir.  Ona görə də, İT və bu kimi qeyri-ənənəvi istehsal sahələri çox önəmlidir.

- Elə dostlarınız var ki,  bu sahəylə məşğul olub, özünə gözəl həyat qurub - ev alıb, maşın alıb və s?
- Tələbə yoldaşlarımdan yox, amma bir neçə nəfər tanıyıram ki, bu sahədə məşğul olub və yetəri qədər gəlir əldə edib. Ancaq İT sektorunun gələcəyi mən deyərdim ki, hələ qabaqdadır.


- Bu sahədə təhsil alanlar, adətən, deyirlər ki, İT ilə bağlı biliklərini oxuduqları təhsil müəssisələrindən deyil, daha çox iş yerlərindən, İnternetdən əldə edirlər. Bununla bağlı sizdə vəziyyət necədir?
- Qatılıram bu fikirlərə, amma qeyd edim ki, bir çox layihələrə qatılanda mənim universitetdəki biliklərim olmasaydı, mən heç bir şey edə bilməzdim. O layihələrdə də işlədikcə universitetdə qazandığım bilikləri tətbiq etməyə başladım. Bu danılmaz bir faktdır ki, insan oxuduqca yox, gördükcə daha çox qavrayır.Elə buna görə də, son zamanlar bütün beynəlxalq təhsil sistemində video materiallarla, komanda şəklində, faktları canlandıraraq (casestudy-based, evidence-based tutorial) tədris daha çox özünü göstərir.

- Tədris prosesində,gündəlik işlərinizdə texnologiyadan- mobil telefon, kompüter,planşetdən istifadəniz gündəlik fəaliiyətinizi asanlaşdırmağa kömək edirmi?
- Onlar olmadan həyatı təsəvvür edə bilmirəm. Necə ki, köhnə nəsil texnologiya ilə həyat təsəvvür edə bilmirdisə, bizdə isə əksinə. Deyərdim ki, texnologiya həyatımızın bir parçasıdır.

-  Bu sahədəki fəaliyyətiniz dərslərə davamiyyətinizə təsir edirmi?
- Çox maraqlı sualdır. Bunu bir neçə ay əvvəl televiziya verilişlərinin birində də dilə gətirdim. Ümumiyyətlə, universitetlər ilk növbədə öz məqsədlərini başa düşməlidirlər. Universitetin məqsədi odur ki, tələbəyə iş bacarıqları versin. Baxın, iş bacarıqlarını xüsusilə vurğuladım. Tələbə də sonuncu kurslarda özünə iş tapıbsa və universitetdən də ona dəstək olunmasını istəyirsə, universitet tələbəni başa düşməlidir. Bizim Qafqaz Universiteti təhsilin keyfiyyətinə görə seçilən universitetdir. Amma buna baxmayaraq, bununla bağlı bir çox problemlərim  olub. Universitetim faydalı fəaliyyətlərimi gördükcə mümkün qədər başa düşməyə çalışıb.

-Yeri gəlmişkən, niyə məhz Qafqaz Universitetini seçdiniz?
- Qafqaz Universiteti təhsilin keyfiyyətinə, bir də universitetdaxili auraya görə sayılıb seçilən universitetdir. Və bizim universitetdə müəllim heyəti ilə tələbələr arasında xüsusi bir münasibət var ki, bu digər əksər universitetlərdə yoxdur. Mən öz şəxsiyyətimin əksini orada tapdığıma görə, oranı seçdim.


- İT sahəsindəki bilik və bacarıqlarınızın digər fənlərin mənimsənilməsində sizə hansısa köməyi dəyirmi?
-  Konkret bu sahədə əldə etdiyim biliklərim yox, təcrübələrim kömək edir.Amma dəqiq deyə bilmərəm ki, mənim bu İT biliyim var və bu hansısa fənnin mənimsənilməsinə kömək edir.

-İT sahəsində pul qazanmağın ən asan yolu nədir?
- Azərbaycanda deyərdim ki, ən asan yolu reklamdır. İstənilən bəlli sayda oxucu, izləyici kütləsi olan sayt reklamdan pul qazanmağa çalışır.

- Sizcə, niyə bu sahəyə qızlardan daha çox oğlanlar maraq göstərir?
- Əlbəttə ona görə ki, qız ya müəllim olmalıdır, ya həkim!( istehza ilə deyir). Ənənəvi Azərbaycan ailəsinin ağlında “qız işi ya müəllimlikdir, ya həkimlik” düşüncəsi var olub, elə ona görə də, qızlar maraq göstərmirlər. Yəni elə düşünürəm ki, bu ailədən gəlir. Ailədə qızlar kifayət qədər cəsarətli olub öz xəyallarının arxasıyca getsələr, kimliklərini öz sənətləri ilə ortaya qoya biləsələr, İT sahəsinə  də gedə bilərlər, kosmonavt da ola bilərlər. Mən kosmonavt, pilot olmadığım üçün insan  mühitimizi və seçimlərimə müdaxilə etməyə icazə verdiyimə görə özümü qınayıram.

- Sizin fikrinizcə Azərbaycanda  İT sahəsinin inkişafı üçün daha hansı addımların atılması vacibdir?
- Biz bəlli yaşa gəlirik. İlk öncə 6 yaşımızda məktəbə gedir və günümüzün yarıdan çoxunu orda keçiririk. Bu artıq ilkin məqsədlərimizin formalaşdığı mərhələdir. Yəni, sözüm ondadır ki, hər şey təhsildən başlayır. Buna görə də, orta məktəblər, universitetlər, bir sözlə bütün tədris müəssisələri uşaqları düzgün şəkildə yetişdirməlidirlər.  Yaradıcı təhsil vasitələrindən istifadə olunmalıdır. İT sahəsinə maraqların formalaşması üçün tədbirlər görülməsi yaxşı olardı.
Bir də qeyd edim ki, digər inkişaf etmiş ölkələrdə proqlamlaşdırma dili artıq orta məktəblərdə tədris olunur, bu isə o demekdir ki, proqramlaşdırmanın ilkin biliklərinə hamı yiyələnməlidir.

Nəzrin Cavid
Fotolar: Nəcəf, Tərlan