Qafqaz Universiteti Asiya İnkişaf Bankının Gənclərin Debat Müsabiqəsinə ev sahibliyi etdi



Qafqaz Universiteti Asiya İnkişaf Bankının Gənclərin Debat Müsabiqəsinə ev sahibliyi etdi

Qafqaz Universitetinin Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzi, Asiya İnkişaf Bankının təşkil etdiyi Gənclərin Debat Səsi Müsabiqəsinə ev sahibliyi etdi. Asiya İnkişaf Bankının Ölkə Direktoru, cənab Olli Noroyono AİB-nin Azərbaycandaki  missiyasından bəhs edərək Debat Müsabiqəsinin açıq elan etdi.
Cənab Oriyono həmçinin tələbələr arasında debat müsabiqəsinin təşkil edilməsinin vacibliyindən danışdı. O qeyd etdi ki,  Qafqaz Universitetində keçirilən milli çempionatın qalibi regionun digər ölkələrinin çempionları ilə yarışacaq. Regional müsabiqənin qalibləri, mayın 2-sində Bakıda keçiriləcək Asiya İnkişaf Bankının illik iclasında debat aparacaqlar.
Qafqaz Universitetinin rektoru professor A. Sanic, qonaqları Qafqaz Universitetinə gəlişi münasibəti ilə salamladı. O qeyd etdi ki, Qafqaz Universiteti tələbələrin inkişafına  çox önəm verir. Sonra rektor vurğuladı ki, tələbələr üçün yalnız sinif daxili fəaliyyətlər deyil,  həmçinin dərsdən əlavə fəaliyyətlər və müsabiqələr də olduqca vacibdir. O, AİB-yə bu tədbiri təşkil etdiyi üçün təşəkkür etdi və bildirdi ki, Qafqaz Universiteti ev sahibliyi etməkdən məmnundur. Rektor bütün komandalara uğurlar arzuladı.
Yarışda Azərbaycanın  5 universitetindən  8 komanda (ADA Universiteti 2 komanda, Turizm Universiteti 2 komanda, Qafqaz Universiteti 2 komanda, Xəzər Universiteti 1 komanda və Dövlət İdarəçilik  Akademiysı 1 komanda) iştirak edirdi.
 http://www.hamar.az/?p=11795

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF