Qafqaz Universitetində “Mexanika mühəndisliyi laboratoriyalarında bir gün”


qafqaz 1Abşeron rayonun ərazisində yerləşən Qafqaz Universitetində BP Azərbaycan şirkəti ilə birgə “Mühəndislik məktəbinin genişləndirilməsi” layihəsini həyata keçirilir. Aprelin 23-də “Mexanika mühəndisliyi laboratoriyalarında bir gün” adlı tədbir baş tutub. Tədbirdə Qafqaz Universitetinin rəhbərliyi, BP-nin nümayəndələri, alimlər və tələbələr iştirak edib. Tədbirin məqsədi – universitetin bu laboratoriyalardakı cihazları və həmin cihazlarla aparılan təcrübələri geniş ictimai kütləyə təqdim etməkdir.
Rəsmi hissədə universitetin rektoru professor Ahmet Saniç çıxış edərək bildrirb ki, Qafqaz Universiteti tələbələrin hər tərəfli inkişafına köməklik göstərmək, onlar üçün sağlam tədris şəraiti yaratmaq, ölkə prezidentimiz İlham Əliyevin siyasi kursunu dəstəkləyən gənc nəslin inkişaf etdirilməsi məqsədi ilə mütəmadi olaraq yeniliklər həyata keçirməkdədir.
BP-in Azərbaycan ofisinin nümayəndəsi Qvami Rəhimli, BP ilə Qafqaz Universiteti arasında olan əməkdaşlığın tarixindən danışıb. O, mövcud əməkdaşlıq nəticəsində əmək bazarına uyğun ixtisaslı kardların yetişdirilməsi, universitetin maddi texniki bazasının təkmilləşdirilməsi ilə bağlı görülən işlərdən söz açıb. Qeyd olunub ki, bu əməkdaşlıq tələbələrin nəzəri və praktiki biliklərinin müasir standartlara uyğun şəkildə inkişaf etdirilməsi, ali təhsil müəssisələri ilə sənaye arasında körpü rolunu oynamaqla yanaşı iqtisadiyyatın gücləndirilməsi istiqamətində atılmış uğurlu bir addımdır.
Sonra Mühəndislik fakültəsinin tələbələri laboratoriyaların imkanlarını nümayiş etdiriblər. Laboratoriya ilə taanışlıq zamanı bildirildi ki, “Mühəndislik məktəbinin genişləndirilməsi” layihəsi çərçivəsində universitetdə Mühəndislik fakültəsi, Mexanika mühəndisliyi ixtisası açılıb, bu ixtisasın tərkibində yüksək texnologiyalı avadanlıqlarla təchiz olunan laboratoriyalar kompleksi qurulub və həmin laboratoriyalar 2013-cü ildə açılıb.
Qeyd edək ki, Qafqaz Universiteti Ümummilli Lider Heydər Əliyevin tövsiyəsi və xeyir duası ilə 1993-cü ildən Azərbaycanda öz fəaliyyətinə başlayıb. Azərbaycanın elm, təhsil və mədəniyyət həyatında özünəməxsus dəsti xətti ilə seçilən Universitet Azərbaycan təhsilinin və dövlətçiliyinin çiçəklənməsi yolunda əzmlə çalışmaqdadır.
Qafqaz Universiteti, hal-hazırda 3 fakültə, 2 institut və 25 ixtisasla təhsil fəaliyyətini davam etdirir. TS-EN-ISO 9001:2008 keyfiyyətli idarəetmə sisteminin tətbiq edildiyi universitetimizdə hazırda 4000-ə yaxın tələbə təhsil alır. Universitdə 13 xarici ölkədən çox sayda tələbə təhsil alır və hal-hazırda bir sıra xarici ölkələrdən dəvət olunmuş professor müəllim tam ştatla elmi-pedaqoji fəaliyyətlə məşğuldur.
Bu çərçivədə universitetimiz BP Azərbaycan şirkəti ilə birgə “Mühəndislik məktəbinin genişləndirilməsi”layihəsini həyata keçirməkdədir. Layihə üç mərhələdən ibarət olub, birinci mərhələdə universitetimiz mühəndislik fakültəsi tərkibində Kimya mühəndisliyi ixtisası açılmışdır. İkinci mərhələdə isə Mexanika mühəndisliyi ixtisası qurulmuş olub, bu ixtisasın tərkibində yüksək texnologiyalı avadanlıqlarla təchiz olunmuş laboratoriyalar qurulmuş və 09 dekabr 2013-cü il tarixində açılışı olmuşdur. Universitetimiz həmin laboratoriyalardakı cihazları və bu cihazlarla aparılan təcrübələri geniş ictimai kütləyə dəqdim etmək üçün 23 aprel 2015-ci il tarixində saat 14:00-17:00 arasında “Mexanika mühəndisliyi laboratoriyalarənda ” bir gün ” adlı tədbir həyata keçirir.
 Ətrabə Rzayeva

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır