Kayıtlar

Mayıs, 2015 tarihine ait yayınlar gösteriliyor

“Qafqaz” 18-ci məzunlarını yola saldı FOTOLAR

Resim
Qafqaz Universitetində “Qafqazdan dünyaya” adlı 18-ci məzuniyyət proqramı keçirilib.    1993-cü ildə müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin razılığı ilə fəaliyyətə başlayan Qafqaz Universiteti hər il olduğu kimi bu il də məzunlarını böyük qürurla yola salıb. Təhsil aldıqları müddətdə onlarla yaxın ünsiyyətdə olan universitet rektoru, professor Ahmet Saniç məzunlara ürək sözlərini bildirib: “Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi: “Təhsil bir millətin gələcəyidir”. XXI əsr elm, texnologiya əsridir. Bu əsrdə siz gənclər görəndə Azərbycanın layiq olduğu zirvəyə çatacağına insanın şübhəsi qalmır. Və düşünürəm ki, gələcək Azərbaycan siz gənclərin, siz məzunların əlindədir. Sizə arzum odur ki, bilik və bacarıqlarınızı, Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafına həsr edəsiniz. Yolunuz və bəxtiniz

Biznes inkubator – gənclərə yeni imkan

Resim
 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişaf, makroiqtisadi sabitlik təmin edilmiş, əlverişli biznes və investisiya mühiti yaradılmış, sahibkarlıq fəaliyyəti genişləndirilmişdir. Bu gün iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdəndir və bu sahədə özəl sektor xüsusi rol oynayır. Dövlət başçısının "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq, Azərbaycanda innovativ sahibkarlığın stimullaşdırılması üçün özəl bölməyə xüsusi diqqət göstərilir, müxtəlif istiqamətlər üzrə dövlət dəstəyi tədbirləri davam etdirilir. Bu siyasətə uyğun olaraq, ölkəmizdə investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün müvafiq innovasiya strukturlarının - innovasiya mərkəzlərinin, biznes-inkubatorların, texnoparkların yarad