"Happy Farm" CEO və təsisçisi Anna Degterevanın təqdimatında seminar

May ayının 12-də QU Texnopark tərəfindən təşkil edilən Təşəbbüskarlıq seminarları çərçivəsində növbəti görüş keçiriləcəkdir. 

Seminar "Happy Farm" CEO və təsisçisi Anna Degterevanın təqdimatında baş tutacaq. Biznes inkubatoru, bir neçə uğurlu təşəbbüskar sahibkarın kapitalist Anna xanım layihəni hazırlayarkən cəmiyyətdəki hansı problemi nəzərə aldığınızı vurğulamağın, tez bir zamanda keyfiyyətli iş meydana gətirməyin əhəmiyyəti kimi önəmli mövzulardan bəhs edəcək. 

Tədbirdə həm də "Sedaktiv" CEO və təsisçisi Maksim Semençuk, "Reprezent" təsisçisiAleksandr Tomilin kimi xüsusi qonaqlar iştirak edəcək. "Məhsulun təsisatından yatırımcı təqdimatına gedən yol" adlana görüş rus dilində olacaq.

Qafqaz Universiteti əsas bina akt zalında saat 5-də həyata keçiriləcək seminarda maraqlanan hər kəs iştirak edə bilər.

Esmer Haşimli

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır