Ekspert TV-dən yeni layihə
  Artıq ali məktəblərə qəbul imtahanlarının start götürdüyü və abituriyentlərin ixtisas seçimi haqda daha ciddi düşünməyə başladığı bir dövrdə QU Texnopark rezidenti Millibayt nəzdində fəaliyyət göstərən Ekspert TV onların düzgün seçim etməsinə şərait yaratmaq məqsədilə yeni layihə həyata keçirir. Layihə Qafqaz Universiteti akademik heyəti tərəfindən ixtisaslar haqda əsas məlumat, onların tədrisi, ixtisasın praktikası, ona ehtiyac duyulan sahələr, gələcək iş imkanları barədə mühim bilgilərin video vasitəsilə auditoriyaya təqdim olunmasını nəzərdə tutur. Beynəlxalq münasibətlər, Mühasibat uçotu və audit, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi, Sənayenin təşkili və idarə olunması kimi bir çox mühəndislik, pedaqoji, iqtisadi və idarəetmə ixtisaslarının çəkilişi artıq yayımlanmışdır. Layihə hazırda uğurla davam etməkdə və abituriyentlərin, eləcə də orta məktəb müəllimləri və valideynlərin böyük marağına səbəb olmaqdadır. Layihə üzrə videoları izləmək istəyən şəxslər eksperttv.az saytında yerləşən Təhsil və Karyera sütunundan istənilən videonu seçə bilərlər. Layihənin ən böyük üstünlüklərindən biri məlumatları video vasitəsilə yayımlayaraq ixtisas seçimi kimi önəmli məsələnin həlli zamanı abituriyentlərə zamandan əlverişli şəkildə yararlanmaq şansı yaratmaqdır.  
 Qeyd edək ki, Ekspert TV birbaşa olaraq mütəxəsislərin dilindən müxtəlif sahələrdə izləyiciləri maraqlandıran suallara görüntülü şəkildə cavab verən internet portalıdır. Öz videoları ilə bütün yaş qrupu nümayəndələrinin suallarını cavablandırmağı nəzərdə tutan Ekspert TV yayımlanan videoların sayını müntəzəm olaraq artırmaqla istifadəçilərin üçün təmin etdiyi imkanları günbəgün daha sərfəli edir.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF